Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Üz tipinizə görə eynək seçimi
Üz tipinizə görə eynək seçimi
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 7435
Səs ver:

Sizə ən çox yaraşan günəş gözlüyü üçün saysız model sınağınıza,gərəyindən çox vaxt xərcləmənizə ehtiyac yoxdur. Üz tipinizi bilin və üzünüzə getməyəcək günəş eynəklərini əldə edin…


Oval üz tipi
Oval üz tipinə sahibsinizsə çox şanslısınız çünki mütənasib üz xəttləriniz sayəsində bəyəndiyiniz hər hansı bir eynək modelini ala bilərsiniz. Ayrıca yeni trendleri sınamaq istəyirsinizsə, könül rahatlığıyla təcrübəy edə  bilərsiniz.


Yumru üz tipi
Əgər yumru üz tipinə sahibsinizsə, üzünüzü uzun və incə göstərəcək modelləri seçməlisiniz. Başqa sözlə seçəcəyiniz çərçivə üzünüzün ən geniş qisimiylə eyni genişlikdə ya da bir az daha genişcə bir model olmalı. Ayrıca kvadrat ya da düzbucaqlı kimi iti xəttli modellər üzünüzə çox daha çox yaraşacaq. Xüsusilə yumru xəttli modellərdən uzaq dayanmağa çalışmalısınız.


Almaz üz tipi
Alınınız dar, çənəniz kiçik və almacıq sümükləriniz də diqqətə çarpansa almaz üz tipinə sahibsiniz deməkdir. Bu şərtlər altında oval çərçivəli günəş eynəklərini seçməniz sizin üçün çox daha doğru olacaq. Əgər oval eynəklərdən xoşlanmırsınızsa küncləri yüngül yumru, düzbucaqlı bir çərçivə modelini də seçim edə bilərsiniz.


Kvadrat üz tipi
Geniş çənə sümükləri, alın və almacıq sümüklərinə sahibsinizsə,  kvadrat üz tipi qrupuna girirsiniz deməkdir. Sizin onsuz da bucaqlı olan üz xəttlərinizi yumşaltmaq üçün yumru xəttli günəş eynəklərini seçməniz lazımdır. Yumru bucaqlı  çərçivələr yüzünüzə çox yaraşacaq.


Geniş üz tipi
Əgər geniş bir üz tipiniz varsa, yenə üzünüzün ən geniş qisimini keçməyəcək genişlikdəki modelləri seçim edebilirisiniz. Yumru xəttli ya da kvadrat çərçivələr üzünüzə çox yaraşacaq. Ancaq hərəkətli sapları olan modellərdən uzaq dayanmalısınız çünki bu tip modellər üzünüzün çox daha geniş görünməsinə səbəb ola bilər.


Üçbucaq üz tipi
Üzünüz alınınızdan çənənizə doğru daralırsa, üçbucaq üz tipinə sahibsiniz deməkdir.Alt qisimi çərçivəsiz olan metal modelləri  seçim edə bilərsiniz.

 

Tərcümə etdi və hazırladı: PURE LOVE



Şərhlər:
Baxılıb: 7435
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz