Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xoşbəxt ailə
Xoşbəxt ailə
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1862
Səs ver:

Uşaq psixiatriyası mütəxəssisi Dr. İsmayıl Yavaş, ailə xoşbəxtliyinin təmin edilməsində sevgi və hörmətlinin ‘qızıl qayda' olduğunu söylədi.

Xoşbəxtliyin sirlərini maddələr halında bir araya gətirən psixiatr, ailələrin bunları etməsini tövsiyə etdi. Həyatı ‘havaya atılan beş topa bənzədərkən, bunları iş, sevgi, sağlamlıq, dostluq və mənlik olaraq sıraladı. Bunlar arasında yalnız ‘işin rezin bir top olduğunu söyləyən həkim, bunları dilə gətirdi: "Bu top, düşməsi halında təkrar zıplayır ancaq digər dördü şüşədən edildiyi üçün hər an qırıla bilər. Həyatımızı bu şüurla istiqamətləndirməliyik."

Yoldaşınıza sevdiyinizi söyləməkdən qaçınmayın

Yoldaşlar, sevgilərini hər üsulla bir-birinə ifadə etməlidir.

İncidici tənqidlərdən çəkinməliyik və bağışlamağı bacarmalıyıq.

Mübahisə çıxdığı anda mübahisəni bağlamalısız. Keçmişdə qalmış bir mövzunu xatırlatmamalıyıq. Daha sonra səhviniz varsa üzr istəməyi bacarmalısınız.

Keçmiş təcrübələrdən və xatirələrdən danışmamalıyıq.

Həddindən artıq idealist olmamalıyıq və qarşı tərəfdən möcüzələr gözlənilməməliyik.

Xoşbəxt ola bilmək üçün yaxşı bir insanla evlənməniz kifayət etmir, adamın özünün də münasib bir həyat yoldaşı olması lazımdır.

Adam özü üçün istədiyi şeyləri həyat yoldaşı üçün də istəməlidir.

İnsan almaq qədər verməyi bacarmalıdır, eqoist olmamalıdır.

Mənfiliklərdə dərhalyoldaşını günahlandırmaq səhvdir, mövzulara insafla baxılmalıdır.

Tək bu günü düşünmək, keçmişdəki kədər və hələ gəlməyən sabahdakı qayğıları bu günə daşımamaq lazımdır. .

İsraf xoşbəxtliyi pozar.

Qılınc yarası keçər, dil yarası keçməz. Mübahisələrdə kobud sözlərdən çəkinilməlisiniz.

Yersiz və əsassız qısqanclıq, şübhə və şübhələrdən uzaq dayanmalıyıq, zənn və qurun idilərə görə hərəkət etməməliyik.

Yaxın qohum müdaxiləsinə fürsət verilməməliyik.

Yaxşı niyyətlə belə olsa yaxın yoldaşlarınızın və qohumlarınızın şəxsi həyatınıza qarışmasına icazə verməyin. Evinizin sirlərini kimsəyə izah etməyin.

Gördüyünüz səhvləri düzəltməkdə tələsməyin.

Evliliyin məsuliyyətlərini könül xoşluğuyla qəbul edib, tam bir özünə inamla boynuna götürün.

Yoldaşınızla müştərək işlər etməyə vaxt ayırın ki irəlidə sizin üçün xoşbəxt xatirələr qalsın və bir-birinizə daha çox yaxınlaşdırsın.

Yoldaşınıza, özünü ifadə etmə və qabiliyyətlərini inkişaf etdirmə fürsəti tanıyın.

Müşavirə, ailə həyatında əhəmiyyətli bir prinsipdir.

Mübahisəsiz evlilik xəyaldır. Ailə xoşbəxtliyi evdə heç bir problemlə qarşılaşmamağına deyil, problemlərin öhdəsindən gələ bilməyə bağlıdır.

Problemdən qaçmaq, evi tərk etmək yerinə sakit başla düşünüb həll etmək lazımdır.

Bir mübahisə əsnasında insan yoldaşının gözəl xasiyyətlərini və yaxşılıqlarını da xatırlamağa çalışmalıdır. Bəyənmədiyi xasiyyətlərinin, bütün yaxşılıqlarını örtməsinə fürsət verməməlisiniz.


Hədiyyələşin ki sevginiz artsın, bu xoşbəxtlik və sevinc hər vəsiləylə sizin adətiniz olsun.



Şərhlər:
Baxılıb: 1862
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz