Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Facebook" qadınları yoldan çıxarır? [müzakirə]
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2167
Səs ver:
Ailəsində problem olan, həyat yoldaşı ilə münasibətində anlaşılmazlıqlar yaşayan, virtual məkanda "vaxtını öldürən” kifayət qədər ailəli qadın var.

Bəlkə də ilk baxışda bütün qadınlar düşünür ki, iradəmə hakiməm, yetkin insanam, kimsə məni yoldan çıxara bilməz. Buna şübhə eləməyənlər tapılar, amma bir çox qadın etiraf edir ki, ona gələn səmimi mesajlara cavab yazmaya bilmir.

"Məsləhət Odası”nda psixoloq Elnur Bayramovla facebook və qadın problemini müzakirə edirik. Oxuculardan gələn sualları isə hüquqşünas Kamran Məmmədov cavablandırır.

- Virtual məkanın, ələlxüsus sosial şəbəkələrin insan psixologiyasına ziyanı varmı?

Psixoloq Elnur Bayramov: İnsan xarakterləri müxtəlifdir və hər kəsin sosial şəbəkələrə münasibəti birmənalı deyil. Amma konkret olaraq sosial şəbəkələrin zərərlərini sadalasaq:
İnternet insanları fərdiləşdirir; canlı ünsiyyətdən çəkindirir; fərdlər üzbəüz deyə bilmədiklərini internet vasitəsi ilə çatdırırlar; hisslərə qapılaraq öz düşüncələrində çarəsiz olduğunu düşünürlər. Bəzən belə depressiyalar intiharla nəticələnir.

- Sosial şəbəkələrdə ünsiyyət ailənin dağılmasına gətirə bilərmi?

Psixoloq Elnur Bayramov: Bu suala birmənalı yanaşmaq olmaz. Əgər cütlükdən biri ittiham edirsə ki, digəri internetdə kiminləsə yazışırdı və bu səbəbdən ayrıldıq, bu, deyil. Əslində, sosial şəbəkələri ayrılmağa bəhanə axtaran insanların illərlə üst-üstə yığılmış problemlərinin pik nöqtəsi hesab etmək olar. Bir şeyi də qeyd edim ki, internetdə "darıxıram”, "kim var, kim yox?”, "mən yenə də təkəm” kimi statuslar real həyatda güçsüzlüyün, özündən narazılığın, özünü sevdirə bilməməyin nəticəsidir ki, onlar özlərini virtual aləmdə təsdiqləmək istəyirlər.

Oxucu suallarına cavablar:

A. Yusifova: Biz ailə qurandan sonra övladımız olmadı və övladlığa uşaq götürdük. Düzdü, prosedur çox uzun və yorucu oldu, amma indi qızımızın 7 yaşı var. Biz onu çox sevirik, o da bizi.

Bu günlərdə onu götürdüyümz uşaq evindən zəng edib dedilər ki, anası tapılıb, uşağını geri istəyir. Biz əlacsız qalmışıq, evimizin yerini dəyişdik, telefonları dəyişdik. Amma qızımızın əlimizdən alınacağından qorxuruq.

Bilmək istəyirəm, onun bioloji anasının uşağı bizdən almaq haqqı varmı? Anası onu 2 aylıqkən xəstəxanada qoyub qaçıb.

Hüquqşünas Kamran Məmmədov: Narahat olmayın, qanunla uşaq sizdə qalmalıdır. Amma uşaq evi də sizin kimliyinizi məxfi saxlamalı idi. Sizin kimliyinizi və ünvanınızı dediyi üçün uşaq evinin rəhbərliyinə xəbərdarlıq edin ki, bir də bu hal təkrarlanarsa, onlar barəsində ölçü götürülməsinə nail olacaqsız. Yəni siz polisə şikayət edə bilərsiniz.

Tövsiyə edərdim ki, siz həmin uşağı öz balanız kimi saxlamağa davam edin. Bir şeyi də unutmayın ki, məhkəmə olmamış uşağı heç kimə verməməlisiniz. Məncə, məhkəmə sizin ziyanınıza qərar qəbul etməyəcək.

Xavər Səlimova: Mən yoldaşımdan ayrılmışam, iki il evli olmuşuq. Evlənəndə ailələrimiz birləşib bizə ev aldılar, ərimin adına sənədləşdi. İndi mən evdəki qanuni haqqımı tələb edirəm, amma yoldaşım vermir, çünki ev onun adınadır. 3 otaqlı evdir. Övladımız yoxdur. Mən neyləyim?

Hüquqşünas Kamran Məmmədov: Məhkəmədə qohumların və ya digər şahidlərin köməyindən istifadə edərək həmin mənzildə sizin də payınızın olduğunu sübuta yetirin. Sübut edilsə mənzil bərabər payla bölünəcək.

Sahilə Xasıyeva: Oğlumun 16 yaşı var, mən ikinci dəfə ailə qurmuşam, uşaq birinci ərimdədir. Həyat yoldaşım oğluma öz soyadını vermək istəyir şəxsiyyət vəsiqəsi alanda.

Oğlum da razıdır, amma birinci həyat yoldaşım, yəni oğlumun bioloji atası razı deyil. Dəyişdirsək bizi məhkəməyə verəcəyini və uşağı əlimdən alacağı ilə hədələyir. Bilmək istəyirəm, soyadı dəyişə bilərikmi? Keçmiş həyat yoldaşım bizi məhkəməyə verə bilərmi?

Hüquqşünas Kamran Məmmədov: Xeyr, hədələr boş yerədir. Soyadı dəyişdirmisiniz deyə o oğlunuzu sizdən ala bilməz.

Soyad dəyişmək hər vətəndaşın hüququdur və siz də bu hüququnuzdan rahatlıqla istifadə edə bilərsiniz, heç bir problem görmürəm.

Aynur Bağırova: Mənim 24 yaşım var. Babam 7 ildir rəhmətə gedib, nənəmin 3 oğlu 1 qızı var, mən ikinci oğlunun böyük qızıyam. Babam öləndən sonra nənəmlə yaşayıram. Atam icazə vermir, məni zorla evə aparır, mən yenə nənəmin yanına qaçıram.
Bilmək istəyirəm mən nənəmlə yaşamaq istəyirəmsə məni kimsə zorla ondan ayıra bilərmi? Həm də deyim ki, nənəm pensiya ümidinə yaşayır, övladlarının heç biri ona kömək etmir.

Hüquqşünas Kamran Məmmədov: Xeyr, atanızın sizi zorla o evdə yaşamağa məcbur etməsi qanunla yolverilməzdir. Siz yetkinlik yaşını - 18 yaşını keçibsiniz və qanun sizə imkan yaradır ki, kiminlə yaşamaq istədiyinizi özünüz müəyyənləşdirəsiniz.

Qeyd: Oxucuların nəzərinə! Əgər sizin də hüquqi və psixoloji məsləhətlərə ehtiyacınız varsa suallarınızı aşağıdakı ünvana yazıb göndərə bilərsiniz.


Şərhlər:
Baxılıb: 2167
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz