Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xoşbəxt Ailə Sirləri
Xoşbəxt Ailə Sirləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3080
Səs ver:

Qadın və kişi ailənin iki üzvü olsalar da, Allah-Təala ailənin himayədarlığını kişiyə məxsus xüsusiyyət kimi vermişdir. Rəsuli-Əkrəm (s.a.a.) buyurmuşdur. Kişi ailəsinin himayəçisidir. Eyni zamanda həyat yoldaşına və övladlarına qarşı məsuliyyəti vardır. Hər bir kişi ailə qurarkən öz xanımını qul deyil, ona dost, sirdaş, həyatına şərik mənasında düşünməlidir. Bunun üçün də kişi ailənin müdiri kimidir. Yaxşı müdirin yaxşı idarəçiliyi olmalıdır. Müdir öz vəzifələrini bilsə ailəsini xoşbəxt edə bilər. Qadının varlığı məhəbbət və sevgi dənizidir. Onun həyatında məhəbbət və bağlılıq olsa özünü daha da şən və rahat hiss edər, əks təqdirdə həyatı narahat və maraqsız olar. Qadın əvvəl ata-ana məhəbbəti ilə qarşılaşır. O, ər evinə gələndə də ümidlə gəlir ki, onu sevəcək, onun qayğısına qalacaq, ürəyinin istəklərini yerinə yetirəcək bir arxa, bir sığınacaq yeri var. Kişi bilməlidir ki, istəyirsə xanımı ona itaətkar olsun, ömrünün axırına qədər rahat, isti bir yuvaya sahib olsun, bunun bircə sirri vardır: məhəbbət və mehribanlıq. Bəzən ər-arvad arasında olan münasibət səmimi olmur. Bilməliyik ki, ürəkdə olan məhəbbət kafi deyil, onu dilə gətirmək lazımdır. Həzrət Peyğəmbər (s.a.a.) buyurmuşdur: "Kişinin öz xanımına dediyi "səni sevirəm" sözü,heç vaxt onun qəlbindən çıxmaz." Bəzən elə ailələrə rast gəlinir ki, o evdə qadının hörməti aradan gedir, kiçilir. Aylarca evdən bayıra çıxmağına belə icazə verilmir. Bəzən kişinin valideyni də bu işdə dəstək verir. Qadın əsir kimi, gecə-gündüz zəhmət çəkir. Yəqin ki, belə qadınlar ərləri tərəfindən ad günlərində, münasib günlərdə belə hədiyyədən, adi bir gül dəstəsindən məhrumdurlar. Axı qadın öz həyat yoldaşına əmanətdir. Əmanəti necə saxlayarlar. İmam Baqir(ə) buyurmuşdur: "Ailə quran hər bir şəxs öz yoldaşını əzizləyib hörmət etməlidir." Başqalarının yanında həyat yoldaşına hörmətsizlik etmə, təhqir etmə kin-küdurətə səbəb olar, isti ocağını soyuq edər, məhəbbəti aradan aparar. Allah-Təala hər bir ailəni öz amanında saxlasın. Hər kəsə gözəl nümunəvi ailə qismət etsin, xəta və səhvlərimizi əməl dəftərimizdə qeyd etməsin. Amin!



Şərhlər:
Baxılıb: 3080
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz