Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
19-cu əsrin qadın gigiyenası
19-cu əsrin qadın gigiyenası
Göndərən: Pure Love
Şərhlər: 14
Baxılıb: 620
Səs ver:
O dövrün məlahətli gözəlləri sivilizasiyanın bizə bəxş etdiyi nemətlərindən xəbərsiz idi. Onların gündəlik həyatda adi gigiyenik məsələlərdə hansı problemlərlə üzləşdiyini təsəvvür etmək belə dəhşətlidir... Məsələn, 150-200 il əvvəl tər qoxusunun öhdəsindən gəlmək asan deyildi, intim yerlərinin mütəmadi təmizliyi isə sonsuzluq səbəbi hesab edilirdi!

Köpüklü vannadan zövq almaq ötən əsrin qadınlarının ağlına belə gəlməzdi. Yeri gəlmişkən, çoxu heç vannaya girməyə də razılaşmırdı. Hesab edilirdi ki, tez-tez çimmək sağlamlığına ziyandır. Bu baxımdan avropalılar kranda könülsüz yuyunmağa üstünlük verirdi. Onlar elə düşünürdülər ki, su dəri məsamələrinə daxil olaraq infeksiya yaradır, immuniteti zəiflədir və nəticədə vərəmə gətirib çıxarır. Bu da həkimlərə öz xəstələrini daim dilə tutmaq bahasına başa gəlirdi. Məsələn, Fridrix Bilç XIX sonunda "Yeni təbii müalicə" kitabında almanlara belə nəsihətlər verirdi: "Uşaqlıqdan sudan qorxan, çayda və ya vannada çimməyə cəsarət etməyən insanlar var. Lakin bu, qorxu əsassızdır. Beş, ya altı dəfə çimdikdən sonra suya öyrəşmək olar".

Hətta XV əsrdə padşahlar ömür boyu yalnız bir dəfə çimirdi. İzabella da yalnız iki dəfə yuyunduğunu etiraf edib: toydan əvvəl də doğulanda. ХIV Lüdoviki həkimlər çimməyə məcbur edib, amma su onu vahiməyə salmış və o, bununla bir daha məşğul olmamağa and içir.
ХVIII əsrin sonlarına qədər yalnız əllər və ağzın yuxarı hissəsi yaxalanırdı. Doktorlar üzün hər tərəfini mütəmadi olaraq yumağı məsləhət görmürdülər, hesab edirdilər ki, bu, soyuqdəyməyə səbəb ola və ya gözləri kor edə bilər. Amma XIX əsrdə həkimlərin səyləri nəticəsində xəstələrin vanna qəbul etməsi normal hal almışdı. Vanna duzlu, isti və ya soyuq, eləcə də duzlu dəqiqələrə görə tənzimlənirdi.

Əvəzində ətirli ot cövhərləri çox populyar idi. Yeri gəlmişkən, XIV Lüdovikin zamanında ətirlər kralın göstərişinə həvalə olunub. Ətirsiz saray həyətinə gəlmək qadağan idi, çimməyən aristokratları isə ətirlərdə "boğmaq" lazım gəlirdi.

On doqquzuncu əsrin ortalarında müəyyən bakteriyaların xəstəliklərin inkişafında rolu və zərərləri aşkar olandan sonra mütəmadi olaraq yuyunmaq kütləvi xarakter almağa başladı. Bununla belə XX əsrin əvvəllərinə qədər qadınlara intim bölgələri yumaq tövsiyə edilmirdi.

Çimməkdən daha betəri isə kitablar idi. Həkimlər deyirdilər ki, mütaliə, zehni fəaliyyət və s. bu kimi hallar qadınların kritik günlərdə xüsusilə təhlükəlidir. Menstruasiya dövründə kitab oxumaq həddindən artıq gərginlik yaradır, həm də sağlamlıq üçün təhlükəlidir. Nə qədər qəribə olsa da, kəskin qoxulu ətirlər, bədəni sıxan korsetlər zərərli olsa da, onlar heç vaxt qadağan edilməyib...

Tər iyi ilə mübarizə üsulunu yalnız 1888-ci ildə fikirləşib tapıblar və ilk dezodorantı elə həmin il buraxıblar. Lakin onlar elə də effektli deyil. Bu gün hamımız istifadə etdiyi antiperspirantlar isə 1903-cu ildə istehsal olunmağa başlanıb.

XVIII əsrdə dəbə daxil olan nəhəng saç düzümləri yığmaq çox zəhmətli idi. Dəbdəbəli saç düzümlərini peşəkar saç ustaları, özü də bir neçə saata yığırdılar. Gözəllər qülləyə oxşayan saç düzümlərində doyunca gəzmək üçün həftələrlə, hətta aylarla saçını dağıtmadan yatırdı. Hə, təəccüblü deyil ki, bu "sənət əsərləri" bit-birələrin, siçanların sevimli yuvasına dönmüşdü. İş o yerə çatmışdı ki, fransız krallarından birinin qızının ölümünə elə öz bit-birələri səbəb olub. Orta əsrlərdə ispanlar bit-birələrə qarşı saçlarına sarımsaq sürtürdülər.

Məlum məsələdir ki, bitlərin hücumuna məruz qalan baş qaşınır. O dövrün "istedadları" bunun da həllini tapmışdı. Belə ki, kübar xanımların başını rahat-rahat qaşıya bilməsi üçün başını üçün xüsusi çubuq hazırlanırdı. Saçı yumaq vaxtı gələndə isə sabundan söhbət belə gedə bilməzdi. Şampun əvəzi müxtəlif vasitələrdən istifadə ediblər: kül, xardal və sair. Saçları sağlam və parlaq etməyə imkan verən şampunlar isə yalnız XIX sonunda satışa buraxılıb. XIX əsrdə isə qadın gözəlliyinin zəruri elementi sayılan müxtəlif növ sabunlar buraxıldı.

Elə o dövrlərdə bit-birələrin ipək parçada hərəkət edə bilmədiyi məlum olur. Alt paltarlarını ipəkdən tikməklə orta əsrin adamları bu problemini nisbətən həll edir. Belə paltarlar varlı xanımlara bu zəhlətökən həşəratlardan özünü qorumağa kömək edirdi. 1920-cı illərə qədər xüsusi ilə adlı-sanlı qadınlar qapalı geyimlərə üstünlük verirdi. Ona görə də o dövrün qadınları bədən tüklərini təmizləməyə ehtiyac duymurdu.
Təbii ki, menstruasiya dövrləri üçün nəzərdə tutulmuş heç bir hazır gigiyenik vasitələri satışda olmayıb.

Orta əsrlərdə Avropada tualet kağızından söhbət gedə bilməzdi. Çində isə onu hələ VI əsrdə buraxmağa başlayıblar! Səlnamələrə görə, 1391-ci ildə xüsusi olaraq imperator və onun sarayı üçün təxminən 750 000 ədəd bu gigiyenik vasitə hazırlanıb. Avropalılar isə onunla 1857-ci ildə alman sahibkar sayəsində tanış olub. Müasir tualet kağızı rulonları isə 1890-cu ildə ABŞ-da istehsal olunub. Bu günə qədər tualet kağızı kimi, əsasən köhnə qəzet vərəqlərindən istifadə ediblər.

O dövrlərdə gözəl qalmaq həqiqətən çətin idi...


Şərhlər: 14
Baxılıb: 620
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
qonaqa
oxumaq maraqlı idi
27 noyabr 2016 21:19
# 14
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
efsane..
Medeniyyeti bilmeyen Avropa indi dunyaya medeniyyet deyir dehsetdi
25 noyabr 2016 11:38
# 13
Qlamurr
Bütün bu yazılanlar bir daha sübut edir ki,mədəniyyət məhz şərqdə yaranıb ,sadəcə qərblilər ağıllı olublar,bizdən öyrəndiklərini bizə fərqli şəkillərdə sunurlar))
22 noyabr 2016 21:21
# 12
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
MODABAZ
Sitat: Onun_Mələyi
vaaaayyy....iryendim lap24yaxwiki indi kasmetologiya yaxwi ikniwaf edib
19 noyabr 2016 14:17
# 11
Heyata daim gulmek lazimdii
vipbetul
ne maraqli tarixdir hemde temizlikden sohbet gede bilmez
19 noyabr 2016 14:01
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
evli.mutlu.cocuklu
Sitat: Onun_Mələyi
vaaaayyy....iryendim lap24yaxwiki indi kasmetologiya yaxwi ikniwaf edib

19 noyabr 2016 14:01
# 9
ummuselma
Amma islam dini haqda yazilmayib. çünki islam dini təmizliyi əsas sayırdı. Avropalilar da yuyunmagi muselmanlardan öyrənib onu niyə yazmirlar görəsən. Hədis də var ki təmizlik dinin yarısıdır.
19 noyabr 2016 09:40
# 8
Gülüş.
[quote=Onun_Mələyi ]vaaaayyy....iryendim lap24yaxwiki indi kasmetologiya yaxwi ikniwaf edib[/quote
heyf deyil temizlik
19 noyabr 2016 01:29
# 7
YalniZ-ArZu
Sitat: Dilaycan
Emelli basli mundarciliqmis ki...
19 noyabr 2016 00:38
# 6
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Onun_Mələyi
vaaaayyy....iryendim lap24yaxwiki indi kasmetologiya yaxwi ikniwaf edib
18 noyabr 2016 23:45
# 5
Bir duam var,səndən amin gözləyirdua09123
Cindrella
Heqiqeten indiki dovre gore kecmis dovr cetin olub.
18 noyabr 2016 23:42
# 4
aziz a
Fuuuu.sukur bu gunumuze.

Fuuuu.sukur bu gunumuze.

Fuuuu.sukur bu gunumuze.
18 noyabr 2016 23:23
# 3
Qelbim doludu !!!!
BARBI
Gozel ve baximli qalmaq ele indi de cox cetindir.O dovrde sadece indiki qeder kosmetika inkisaf etmemisdi
18 noyabr 2016 23:21
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dilaycan
Emelli basli mundarciliqmis ki...
18 noyabr 2016 23:04
# 1
Heyat gozel olsaydi dogulduqda aglamazdiq.Heyat temiz olsaydi oldukde yuyulmazdiq.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz