Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bir qadını ağlatmaq çox çətin deyil
Bir qadını ağlatmaq çox çətin deyil
Göndərən: Pure Love
Şərhlər: 9
Baxılıb: 276
Səs ver:
Bir qadını ağlatmaq çox çətin deyil əslində. Qadınlar hər şeyə ağlaya bilər; bir filmə, bir mahnıya, bir yazıya... Ən az kişilər qədər yəni! Amma bir qadını ürəkdən ağlatmaq çətindir. Əgər bir qadın ürəkdən ağlayırsa, ağladan onun ürəyinə girmiş deməkdir.

Amma o ürəyin dəyərini bilməmiş olacaq ki ağladan, gözünü belə qırpmadan tək-tək batırar iynələrini ürəyə! Bax o zaman sanki böyük bir yumruq gəlib oturar boğazına qadının. Udquna bilməz, nəfəs ala bilməz; çünki boğazındakı qəhər canını çox ağrıdar. Gözləri dolar qadının , susar...

Ağlamayacağam, deyər içindən. Amma maneə ola bilməz . Çünki ürəyinə girmişdir bəziləri və iynələr batırmaqdadır.. Bu ağrıya nə qədər qarşı qoya bilər ki bir qadın. İncə incə süzülər yaşlar gözündən; əvvəl bir neçə damla, sonra bir yağış seli... Və qadın durmadan ağlar içdən; həm də çox!

Sanmayın ki gedənə ağlayar qadın! Gedənin gedərkən qoparttığı yerdir onu ağladan, orada buraxdığı yaradar. O yaranın heç bağlanmayacağını, bağlansa belə izinin qalacağını bilər qadın; ona görə həmişə ağlar. Amma bilərsinizmi, ağlamaq qadınları yetkinləşdirər. Hər damla, daha çox qadın edər qadınları. Hər damla bir dərsdir çünki.

Bəzən qadınlar ağladığında çox insan, ağlama niyə ağlayırsan ki, dəyməz onun üçün deyərlər. Bilmədiklərindəndir belə demələri. Çünki ürəkləri ağrıyan qadınlar ağlamazlarsa, ölərlər. İçlərindəki zəhərdir onları öldürən! Ağlayaraq o zəhərdən xilas olar qadınlar, o irini təmizləyərlər yaralarındakı! Çünki bilərlər, o irin təmizlənməzsə iltihaba çevrilər yaraları.

Çevrilməməsi lazımdır halbuki. Ona görə də bolca ağlayarlar. Zaman keçər sonra. Qadınlar özlərinə sarılmağı öyrənərlər. Ümid edirəm öyrənərlər, yoxsa ruhlar azğın yollara çarpar özünü. Yolunu itirən ruhların doğru yolu tapması da qəlbi incidər . Bunu bilər qadınlar, ona görə gec ya tez öyrənərlər özlərinə sarılmağı...

Çox ağlayan qadınlar, bir çox şeydən imtina edən qadınlardır əslində. Hər damla yetkinləşdirər qadınları bəli amma yetkinləşdikcə o avamca inandıqları eşq gerçəyi onların gözündə kiçilər. Kiçildikcə dəyərini itirər bax zaman özlərinə sarılıb, yeni bir qadın yaradarlar özlərindən. Güclü, məğlub olmaz, məğrur və eşqə inanmayan...

İnsanlar soruşurlar çox vaxt səbəb nədi bu qədər suby qadın var deyə;hamısı karier dərdində olan. Çünki inanclarını itirdi o qadınlar. Zamanında ürəklərinə o qədər çox iynə batdı ki, o qədər çox ağladılar ki! Artıq özlərindən başqa bir doğru olmadığına inanırlar, ona görə özlərinə sarılırlar.

Çünki bilirlər ki sarıldıqları adamlar onları layiq olmadı; həm də heç bir zaman! həmişə bir mənfəətləri oldu sarıldıqları adamların.


Şərhlər: 9
Baxılıb: 276
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
lale.veliyeva19
Əvvəl məndə çox kövrək idim ama sonra öyrəşdim ağlamamağa göz yaşlarımı artıq heç kim görməyəcək söz vermişəm buna ama insanlar sanki inadla bizi ağlatmaq istəyirlər
26 oktyabr 2016 19:27
# 9
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

Angela7
Yazını çox bəyəndim, mən də çox kövrək biriyəm, göz yaşlarımı saxlaya bilmirəm çox vaxt.
23 oktyabr 2016 17:19
# 8
May 2016 tarixindən bəri günlərimdə SƏN adlı dəyişiklik var.
ʚɞღ..Sultanım..ღʚɞ
Mende cox kovrek qadinlardan sayiliram.)
Xususen eseblesende mutleq aglamaliyam yoxsa ureyim partdiyar
22 oktyabr 2016 16:12
# 7
Bu Günə Kimi Heç Kəs Həqiqi Xoşbəxtliyə Nail Olmayıb, Əgər Bədbəxt Deyilsənsə Özünü Xoşbəxt Saya Bilərsən...!
Totu
Aglamaq insani rahatlaşdırır mən çox kövrəyəm bir şey olankimi gözlərim dolur
22 oktyabr 2016 08:12
# 6
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
son bahar
Eseblewenden sonra aglamaq ruhumu rahatlawdirir
22 oktyabr 2016 01:52
# 5
...
evli.mutlu.cocuklu
Qadin her seye aglayir men her seye aglamasamda cox kovreyem
22 oktyabr 2016 00:45
# 4
Fi-Ra
Qadını bir soğan da ağladır)))) Zarafat bir yana mən ağlamışam belə. Amma hansısa bir oğlan üçün yox, Anam üçün, darıxdığım üçün. Çox gözəl yazıdır. Təşəkkür edirəm.
22 oktyabr 2016 00:07
# 3
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
vipbetul
aqlayan qadinlari xoslamiram qadin mohkem olmalidir her bir seye gore aqlamamalidir guclu olmalidir goz yasini gizletmyi bagarmalidir
21 oktyabr 2016 23:33
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aLoNe AnGeL
Çox ağlayan qadınlar, bir çox şeydən imtina edən qadınlardır əslində. Hər damla yetkinləşdirər qadınları bəli amma yetkinləşdikcə o avamca inandıqları eşq gerçəyi onların gözündə kiçilər. Kiçildikcə dəyərini itirər bax zaman özlərinə sarılıb, yeni bir qadın yaradarlar özlərindən. Güclü, məğlub olmaz, məğrur və eşqə inanmayan...
men beleyem

21 oktyabr 2016 23:15
# 1
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz