Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mən qadın deyiləm… Transsam
Mən qadın deyiləm… Transsam
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5092
Səs ver:
Mən qadın deyiləm… transsam
Transvestitler cerrahi emeliyyatla öz cinsini deyişen adamlara deyirler. Belelerine cemiyyetin münasibeti birmenalıdır. «Üzdeniraqdırlar» – vessalam. Ne sebeb lazımdır, ne de bir izahat. Hetta bu müsahibeye göre bele meni çoxlarının qınayacağını beri başdan görürem. Amma insan marağı ile etika ve meneviyyat üst-üste düşseydi, insanlar hele de daş dövründe yaşayardı. Bu müsahibeni hazırlamazdan evvel onun derc olunmasının lehine ve eleyhine olan arqumentleri tutuşdurdum. Eleyhine olanlar çox idi. Lehine ise yalnız bir fikir idi. Onu müsahibim özü mene bildirdi: «Cinayetkar deyilem, bomj deyilem, başqasının pulunu yemirem, öz emeyimle dolanıram. Allah da bizi bele yaradıb». Güclü arqument idi. Belelikle özünü internet anonslarında Meltem kimi teqdim eden azerbaycanlı transvestit. - Meltem (sonradan onun esl adının Emin olduğunu öyrendim – red.), üzr isteyirem, senin cinsin nedir, meselen pasportunda ne yazılıb? - Senedle kişi gedirem, amma hem qadın hissiyyatı var mende, hem de kişi. Döş qoydurmuşam, saçımı uzatmışam, ne görürsense özümünküdür. - Bes intimual oriyentasiyan? - Qadın kimi de ola bilirem, kişi kimi de. - Anadan bele olubsan? - Yox, kişi doğulmuşam, ümumiyyetle biz «transs»lar doğulanda kişi doğuluruq, sonra her kesin öz transintimual taleyi olur, yeni herenin heyatında bir hadise baş verir ki, ondan sonra o cinsini deyişdirir. - Bes sende bu nece oldu? - Uşaq vaxtımdan mende qan azlığı xesteliyi var idi. Uzun müddet idi  ki, müalice olunurdum. 18 yaşım olardı, sol ayağımda cinsiyyet üzvüne yaxın yerde damar partladı (gösterir, sol ayağını, bezi damarları hele de şiş idi). Bu hadiseden sonra özümde deyişiklik hiss eledim, mende qadın hissleri baş qaldırdı… Bununla da problemlerim başladı. Valideynlerim meni evden çöle atdı, çox çetinlikler gördüm. Amma özümü itirmedim, bele şeraitde ya ölmelisen, ya da ki, axıradek mübarize aparmalısan… Mehkeme yolu ile valideynlerimden evin bir otağının pulunu aldım, sonradan üstünü düzeldib gördüyün bu menzili aldım… - Heç adamlar arasına çıxmırsan, biz başqa bir yerde ne üçün görüşe bilmezdik ki? - Bu görkemde hara çıxım! Hem de sene göre, deyecekdiler buna bax, yanına «petux» salıb getirib. Çıxıram, lazım olanda, çox vaxt taksi ile, salona-zada gedende. - Adamlar seni görende ne deyir? - Ne deyecekler, evvelki kimi daha şoka düşmürler. Dedim axı, ele de küçe-bayıra çıxan deyilem. Bir de ki, cemiyyetin fikri meni maraqlandırmır. Cinayetkar deyilem, bomj deyilem, başqasının pulunu yemirem, halal emeyimle dolanıram. Allah da bizi bele yaradıb. - Bes polisle problemleriniz olmur? - Teeccüblü de olsa yox! Menimle işleri yoxdur. Homointimuallar kimi yol qırağında durmuram ki, meni incitsinler, başqa hellem-qellem işlerle de meşğul olmuram. - Bes münasibet, polisler sizin haqqınızda ümumiyyetle ne fikirdedirler? - Onlar bize deyib-dolaşmır, bize Allahın almışlığı, üzdeniraq kimi baxırlar. - Başqa transslarla elaqeniz varmı? - Elbette var, bele deyim ki, bizim de öz cemiyyetimiz var, bir-birimizi tanıyırıq, xeyir-şerine gedib-gelirik, bir-birimize hayan oluruq. Amma size ele gelmesin ki biz çoxuq, böyük şeherdir, sadece tez nezere çarpırıq. - Bes sen intim meselelerden başqa bir şey bilirsenmi, meselen qezet oxuyursanmı? - Meni savadsız bildin?! Bakıdövleti (BDU – red.) qurtarmışam, hüquq fakültesini. Her şeyi de izleyirem, her şeynen de maraqlanıram. - Meltem, maraqlıdır, aktiv, passiv ve s. intim xidmetlerini qoyaq kenara, ne zamansa sende heqiqi intimual hissler oyanırmı? - Çox ağıllı sual verdin, ona göre de semimi cavab vereceyem. Ne qeder intimual qadın görsem bele, yox, baxmayaraq men isteyende qadınlarla da ola bilirem, amma bezen şıq geyimli, gözel, cavan oğlan görende mende ona qarşı heqiqi hissler oyanır, qadın hissi. - Meltem, sen bundan sonra heyatını nece qurmaq isteyirsen, ne planların var? - Men heç ne fikirleşmirem. Ancaq işleyib yaşamaq, öz gücüme, heç kimden asılı olmayaraq yaşamaq, ölene kimi! - Günde tanımadığın çoxlu adamla görüşürsen, bes qorxmursan? - Yox neden  qorxum ki, qaradan qeyri reng var? Allah onsuz da alıb bizden, daha ne alsın? - Kosmetik emeliyyat bes vacib idi? - Silikon döşleri men hele 2003-de qoydurmuşam, Türkiyede. Ona qeder kişi kimi de gezirdim, eslinde bu emeliyyatla men özüme sübut eledim ki, daha geriye yol yoxdur. - Neçeyedir bele emeliyyatlar – kişiler üçün? - Ne ferqi var, o vaxt 4 min dollar vermişdim. Burada o söhbete son qoydu. Menimle söhbete ayırdığı vaxt bitmişdi. Siz nece fikirleşirsiniz, Meltem kimilere cemiyyetin münasibeti nece olmalıdır? Hazırda cemiyyetin seçdiyi – onlara göz yumub mövcudluqlarını sezmemek doğru yoldurmu?


Şərhlər:
Baxılıb: 5092
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz