Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Təhsil qızların ikinci xoşbəxtliyidir
Təhsil qızların ikinci xoşbəxtliyidir
Göndərən: Pure Love
Şərhlər: 6
Baxılıb: 279
Səs ver:
Bir çox cahil insanların fikrincə, dinimizdə qadının təhsil almasına yaxşı baxılmır. Lakin unudurlar ki, İslam dini elmə böyük qiymət verir. "Qurani - Kərim”də buyrulur : "Heç bilənlə bilməyənlər bir sayıla bilərmi?” Peyğəmbərimiz(s.a.v) də " Beşikdən məzaradək elm öyrənin” buyurmuşdur. Yəni qadınlarımızın elmə yiyələnməsini əngəlləmək istəyənlərin dini əsas gətirmələri heç də düzgün hesab edilmir.
Gəlin birlikdə aydınlıq gətirək: İlk öncə təhsilli qadınla, təhsilsiz qadın arasındakı fərqi müqayisə edək. Bildiyimiz kimi hər bir qadın ilk növbədə həm də anadır. "Uşaqlarınızı tərbiyə edin və elm öyrədin” şüarını əsas götürərək, bunu hansı şərtlər daxilində, hansı qadın daha yaxşı bacara bilər?
Təbii ki, qadının ailə ocağındakı ən başlıca vəzifəsi uşaqları düzgün tərbiyə edib, düzgün yetişdirməsidir. Qadın bu yolda ən bacarıqlı tərbiyəçidir. Bu baxımdan qadınların elm və biliyə sahib olmaları nə dərəcədə vacib bir amildir, bunu hər kəs dərk etməlidir. Bilirik ki, uşaqların tərbiyəsi lap kiçik yaşlarından başlayır. Təhsili, biliyi, bacarığı mükəmməl olan bir qadın, doğru –dürüst övladlar yetişdirməkdə təbii digərindən fərqlənəcək. Hələ bu bacarıqlara qadının özü ilə bərabər doğulmuş həya, ismət və əxlaq da əlavə olunarsa, deməli, gələcək üçün mükəmməl bir şəxsiyyət yetişdirmək yolunda heç bir maneə qalmır deməkdir. Hətta sübuta yetirilmişdir ki, elm və biliyə sahib olan qadınlarımız həyat yoldaşları tərəfindən daha çox sevilib hörmət olunanlardı.
Bu gün cəmiyyətimizdə belə bir fikir formalaşıb: "Oğlan uşaqları təhsil almaqda birinci sırada olmalıdırlar, çünki onlar gələcək ailəsi üçün pul qazanmaq kimi məsuliyyətli bir problemlə qarşılaşacaqlar”. Doğrudur, kişi ailə başçısı kimi bu məsuliyyəti daşıyır və daşımalıdır. Ancaq bu o demək deyil ki, ailə qurduğu qızın ali savadı olmamalıdır. Olacağı halda nə qədər sağlam bir ailənin formalaşması daha qəbuledilən deyilmi?
Bu gün qızlara təhsil sarıdan diqqətin azalması səbəbləri nədir? Bir çox səbəblər var ki, məhz bu səbəbləri üstün tutaraq bəzi valideynlər qızlarını təhsil almaq hüququndan məhrum edirlər. Qızlar üçün ancaq "ev işləri, tikmə, naxış, mətbəxt işlərinin” daha çox vacib olduğunu üstün sayırlar. Bu doğrudanmı belədir? Həqiqətənmi qızlarımız təhsildən çox ev işlərinə diqqət ayırmalıdırlar? Bəs onda yuxarıda dediyimiz savadlı, bilikli, əxlaqlı övlad yetişdirmək üçün bu qadınlar çətinliklə qarşılaşmayacaqlarmı?
Bir başqa səbəb isə erkən nigaha üstünlük verilməsidir.Çox acınacaqlı bir haldır ki, bu gün yuxarı sinif şagirdləri arasında dərsə gələn şagirdlərin əksəriyyətini oğlanlar təşkil edir. Bu təbii daha çox regionlarda rast gəlinən bir haldır. Qızlar birmənalı olaraq ailə qurması üçün "hazırlanır” və yaxud gələcək nişanlısı artıq ona dərsə davam edib ictimaiyyət içinə çıxmağa qadağa qoyur. Bu halın özü gələcəkdə qadının kişidən asılı hala düşüb onun köləsinə çevrilməsinə yol açmırmı? Savadı olmayan bir qadın haqqında kişinin düşündükləri ancaq bu ola bilər : "Sən otur yeməyini bişir”, "sənə söz demək düşmür”, "sənin haqqın yoxdur” və s. Bu məhz təhsili olmayanlar üçün deyilə bilən sözlərdi. Bunu da ancaq "vəzifəsindən” istifadə edən kişilər qadını susdurmaq üçün söyləyərlər. Hətta ailədə mübahisələr yarandığı halda kişilərin ən güclü "silahı” – "səni boşayaram, gəlib mənə möhtac olarsan yenə” sözüdür. Ağır kəlmədir, başa düşürəm,amma savadlı, ağıllı qadın kişinin bu düşüncələri qarşısında heç vaxt aciz qalmaz axı. Bu düşüncədə olan kişilər də əslində elmə, biliyə sahib olsalar da düzgün düşünmə təfəkküründən uzaqdırlar. Qadın deyib "susdurmaq” istədikləri onların övladlarının anası, evinin qadını deyilmi? Bütün bu xoşagəlməz hallarda, qadın hüquqlarını bilərsə, özünü daha yaxşı müadfiə etməyə nail olmazmı?
Bu gün bu fikir də elə bil dəb halını alıb: qız 22 yaşındadırsa, artıq kənardan ona "evdə qalmış” kimi baxırlar. Valideynlər isə gecə-gündüz qızının bəxti açılacağı günü həsrətlə gözləyir,sanki bir ağır "yükü” daşıyırlar kimi narahatçılıq keçirirlər. Bu əslində yanlış düşüncədir. Araşdırmalar da bunu sübut edib ki, ailədə boşanmaların əksəriyyəti məhz erkən nigahın nəticəsində baş verir. Təhsilini tam başa vurmuş, müəyyən biliyə və savada yiyələnmiş bir qız gələcək həyatını qurmaqda da, onu qoruyub saxlamaqda da digərindən üstün olacaq. Deməli, qızları vaxtından tez nigaha cəlb etməkdənsə, onları daha düzgün bir yola, elm öyrənmə yoluna yönəltmək lazımdı.
Mən demirəm ki, biliyindən, savadından sui- istifadə edib qadınlar ailədə "hakimiyyət” davası döysünlər. Yaxud da bilikli olmaqlarını əsas tutub üstünlüklərini nümayişkarcasına önə çəksinlər.Əsla, ailə adlandırdığımız kiçik bir dövlətin başçısı kişilər olmalıdır. Bu bizim milli dəyərlərimizin ən qiymətli olanlarından biridir. Qızlarımızı təhsildən yayındıran bütün valideynlər bu gün bunu anlamalı və qəbul etməlidirlər artıq. Xoşbəxt övlad, sağlam ailə başçısı, əxlaqlı və tərbiyəli bir övlada sahib olmaq istəyirsinizsə, təhsili ikinci plana keçirməyin. Mən onu deyərdim ki, ən gözəl qız tərbiyə etmək ona həm milli-mənəvi dəyərlərimizi öyrətmək, həm də təhsil verməkdir.
Bu ikisi bir arada olarsa qızlarımız qadın zənginliyinin ən uca zirvəsində olarlar!
Bu gün ali məktəbdə təhsil alan qızlarımızın sayı nə qədər çox olsa da, yenə də oxumağı ikinci plana keçirənlərə də rast gəlmək olur. Daha çox pedaqoji sahəyə üstünlük verən qızlarımız dəqiq sahalərdən uzaqdırlar. Bunun da özəl səbəbləri var təbii. Çünki qadın müəllimlik sənətinə sahib olarsa, kişilər işləməyə icazə verirlər. Bu gələcək xəbərlərdə bir başqa mövzunun müzakirəsi ola bilər deyə bu haqda çox yazmayacam. Bu günsə, deyəcəklərimi bu sonluqla bitirmək istəyirəm:
Xoşbəxt gələcəklərini təmin etmək üçün biliyə və təhsilə yer ayıran qızlarımız həqiqətən alqışa layiqdirlər!

Sevinc xanım


Şərhlər: 6
Baxılıb: 279
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
tehsil insan heyatinda cox vagibdir
19 oktyabr 2016 10:02
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Totu
Təhsil hamı üçün vacibdir ən çoxda qızlar üçün)təşəkkür
19 oktyabr 2016 08:35
# 5
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
evli.mutlu.cocuklu
Məndə razıyam bu fikirlər ilə
19 oktyabr 2016 08:33
# 4
İnci
Men bu fıkırlerın gamsı ıle razıyam sevınc xanımın kım oldugunu bılmedım ama tam dıgru vurgulayıb kısı oxumasa bele pulunu dasdan cıxara bılır ama qadın dukanda ıslese soz olur supurgecı ıslese soz olur bes bı yazıq nece dolansın?lap oslemedı evde oz usagına ne oyretsın?bızde qonsu vardı deyırdı 7ye qedr oxumuam ındı usaqları 7ye qedr oxuduram sonra ozum bılmırem deye oxudacda ılmırem ona gore usaqda oz yolundan azır oxumur bır seye de ınamıram men hansı usagın kı anası oxuyub o ysaqlarda oxuyur hansınınkı kı a ıle b qanmır onlar da savadaız olur hec gelecekde ıslemese bele dunya gorusu ıcun tehsıl mutleqdı 16yasından ere vermek evrzıne oxutsalar lap yaxsı olar er her zaman var oxu gez gor sonra gedersen da hara telesırsen?!men buna gıre oz anama cıx boyk munnetdarlıgımı bıldırırem ne yaxsı kı oxudub yoxsa ındı ne halda olardım hec tesevvur etmek ıstemırem
19 oktyabr 2016 01:56
# 3
Her gulusun arxasında bır keder vardır
Fira Deniz
tehsil dogurdanda qizlarin ikinci xowbextliyidi. qizlarimiz tehsil almali dunay goruwu olmalidi. geleceyin analaridi ovaldalrina terbiye verenlerdiler.ayaqlari uzerinde durmagi bacarmalidurlar.bezen qiz hara oxumaq hara bu fikirle razilawmiram.bizim tehsil almaga iwlemeyede huququmuz var.
18 oktyabr 2016 23:16
# 2
.Bir də görürsən ki, "həyatda eləmərəm" dediyin şeyin, baş rolundasan
MODABAZ
Mencedee tehsıl onemlıdı meselen ele bızım aıledee-anam rus dılı edeb mlm ,atam Neft akademyasın,bacım bdu men sdu,qardawımda aztunu oxuyur ama bezende qınamıram cunkı ımkanda olmaya bıler maddı cehetden de esas ama tehsıl olanda artıq ınsan oz heyatını qura bılır
18 oktyabr 2016 23:12
# 1
Heyata daim gulmek lazimdii
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz