Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Doğmaların zorladıqları qadınlar
Doğmaların zorladıqları qadınlar
Göndərən: Ayten Melek
Şərhlər: 6
Baxılıb: 552
Səs ver:
Təxminən dörd il əvvəl atası, əmisi və qardaşı tərəfindən zorlanan 15 yaşlı qızın məhkəmə prosesi gündəmi alt-üst etmişdi. Rayonların birində yaşayan bir qız anasını itirdikdən sonra atasının və qardaşının qulluğunda dururmuş. Bu qulluq isə ona həm də cinsi istismara məruz qalması bahasına başa gəlib.

Məhkəmə zamanı verilən ifadələr, zərərçəkmişin başına gətirilənlər cəmiyyətdə şok effekti yaratsa da, belə tükürpədici olaylara indi də rast gəlinir.

Yaxın qohumlar tərəfindən qızların zorlanması, cinsi təzyiq Azərbaycan üçün xarakterik deyil. Buna görə də məhrəm sayılan atanın, qardaşın, əminin və dayının bu cür cinsi zorakılığı cəmiyyətin sərt reaksiyası ilə qarşılanır. Hətta son zamanlar bu tip zorakılıqların və cinsi meyillərin qarşısını almaq üçün ölüm hökmünün tətbiqini təklif edənlər də var.

Xatırladaq ki, insanların öz doğmaları - genetik bağlılığı olanlarla könüllü və ya zorla cinsi əlaqəsi insest adlanır. İnsest əlaqə tərəflərdən birinin razılığı olmadığı halda zorla və təzyiq etməklə baş verdikdə istismar və cinayət sayılır.

Tabu var
Bu qaranlıq və mübahisəli mövzu barədə fikrilərini bölüşən filosof Niyazi Mehdi deyir ki, əksər mədəniyyətlərdə insestə qarşı tabu, qadağa var: "Çox zaman insest bacı-qardaş arasında baş verir. Lakin müxtəlif insest formaları ola bilər. Məsələn, valideyn-uşaq cinsi əlaqəsi, bacı-qardaş, xala-bibi-əmi-dayı qohumluğu olan və sair”.

Müsahibimiz deyir ki, Fransa, Hollandiya, Danimarkada insest normal qəbul olunur. Həmçinin Rusiyanın özündə də bu, cinayət sayılmır. Lakin bu kimi qohum evliliyinə icazə verilmir. Məsələn, bacı-qardaşın bir-biri ilə cinsi əlaqəsi normaldır. Lakin onlar evlənə bilməz. Niyazi Mehdiyə görə, Azərbaycanda insest əlaqə nadir hallarda baş verir, sadəcə, bu olayın tirajlanması böyük səs-küyə səbəb olur.

Tarixinə gəlincə, Qədim Misirdə və İnk qəbiləsində əksər kişilərin öz bacıları ilə evləndiyi barədə bilgilər var. Mütəxəssislər hazırda da davam edən bu prosesdə müsəlman ölkələrin azlıq təşkil etdiyini deyirlər.

Qeyd edək ki, sorğu nəticəsində məlum olub ki, dünya əhalisinin 15 faizi bir dəfə də olsa insest sayılacaq cinsi əlaqədə olub. Dünyada bu əlaqəyə meyilliyə Hindistanda daha çox rast gəlinir. Burada insest sayılacaq cinsi əlaqə 40 faizi keçir.

İnsest əlaqəyə meylin müxtəlif səbəblərdən baş verdiyi bildirilir. Psixologiya və konsultasiya mərkəzinin klinik psixoloqu Denis Rzayev deyir ki, insest əlaqə bütün dövrlərdə olub və müxtəlif cəmiyyətlərdə müxtəlif cür qarşılanıb: "Əsasən Avropa ölkələrində, Rusiyada, Amerikada rast gəlinir. Haram sayıldığı üçün müsəlman ölkələrində geniş yayılmayıb. Adını çəkdiyimiz ölkələrdə isə insest əlaqə bəzən cinsi azadlıq kimi qəbul olunur”.

Psixoloq deyir ki, öz doğmalarına qarşı zorakılıqların kökündə uşaq vaxtı yaşanmış psixoloji travma durur: "Araşdıranda bəlli olur ki, bunu edən insanların konkret psixoloji travmaları var. Belələri ruhi-əsəb diaqnozlu xəstə sayılmırlar. Bu, həm də mədəniyyət, tərbiyə çatışmazlığından doğan uyğunsuzluqdur. Yəni həmin şəxslər genetik pozuntu ilə doğulmurlar, mühitə görə davranırlar.
Doğmalarına qarşı zorakılıq edən kişilərdə intim fantaziya və intim tələbatın ödənilməsi sərhəd tanımır. Bu cür halları əsas götürüb deyirəm ki, əgər bir fərd bioloji tələbatlarının ödənməsi prosesində hansısa bir narahatlıq hiss edərsə, vaxtında üstünə düşməlidir. Çünki fantaziyalar sərhəd tanımır".

Kortəbii instinktin fəsadı
Bəzən insest əlaqəyə meyilli insanlarda fizioloji çatışmazlıqlar olduğu da deyilir. Lakin androloqlar problemin kökündə cinsi instinktlər dayandığından bu versiyanın yanlış olduğunu düşünürlər.

Respublika dəri-zöhrəvi dispanserinin uroloq-androloqu Rasim Şıxəliyev də bu cür düşünərək təbabətdə bu halın yolverilməz olduğunu, hətta bu cür əlaqədən genetik xəstə uşaqlar doğulduğunu deyir: "Hər bir insanda instinktlər var: özünüqoruma instinkti, qidalanma instinkti, cinsi instinkt... Bu problemin kökündə də cinsi instinkt durur. Unutmaq olmaz ki, seksual meyl kortəbii instinktdir. Əlbəttə, insanın psixolojı durumunun da böyük rolu var. Yalnız psixi xəstə insanlar cinsi instinktdən dolayı bu cinayəti törədirlər. İnsanı heyvandan ayıran şüurdur”.

Mütəxəssis insest əlaqələrin çoxalmasının həm insanın səhhətindən, həm düşdüyü ətraf mühitdən, həm cəmiyyətdən, həm də aldığı məlumatlardan asılı olduğunu iddia edir: "Seksual tərəfdən inkişaf etməmiş insanlar belə xəbərləri oxuyanda onun qeyri-normal olduğunu anlamırlar. Bu cinayəti törədən insanın psixikası mütləq ətraflı müayinə olunmalıdır. Fikrimcə, bu insanların 90-95 faizinin psixi fəaliyyətində problemlər var. Bu məzmunlu xəbərlərin yayılması da xoşagəlməz halların çoxalmasına rəvac verir. Bu xəbəri 95 faiz nifrətlə qarşılayırsa, 5 faizin beynində şüuraltı şəkildə maraq doğurur”.

Yasaq münasibətin doğmalaşması
Tarixi qədim olsa da, insest əlaqə hətta qədim Avstraliya qəbilələrində belə nifrətlə qarşılanıb. İbtidai qaydalarla idarə olunan bir qəbilədə belə, yasaq sayılan hərəkətin əhatəsinin indi genişlənməsi cəmiyyətdə seksual gərginliklə izah olunur.

Keçən əsrin ortalarında bir alman psixiatrı yazırdı ki, bir müddət sonra insanlar intim haqqında danışmağı intimlə məşğul olmaqdan üstün tutacaqlar. Bu, günümüzün reallığıdır. İnsanlar intimdən danışmağı, pornoya baxmağı onu həyata keçirməkdən üstün tuturlar. Bu, düşüncənin transformasiyasıdır. Odur ki, artıq "zorladı” başlıqlı xəbərlərin sayının azalması üçün cəmiyyətdə cinsi maarifləndirmə tədbirlərinə böyük ehtiyac yaranır.

Naibə QURBANOVA


Şərhlər: 6
Baxılıb: 552
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Ekizlerin mamasi
Edam cezasi ela olardiki bele mundarlarin sayi artmaya
15 oktyabr 2016 12:59
# 6
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Fiorella
Muselman olkesinde bu yolverilmezdir.cezasida edam olsa cog yaxsi olar.ruslardaki hecde qani mundardi ne desen cixir olardan
15 oktyabr 2016 12:17
# 5
vipbetul
menge buna bizim olkede edam cezasi verilmelidirki bu cur hallar artmasunheqiqetende ele exlaqsizliqa edam dusur
15 oktyabr 2016 11:52
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Onun_Mələyi
Elə belə şey ən çox rusiyadan çıxır,xarici ölkələrdə daha çox baş verir,çox təsüff..onlar zorla edirlərsə bu əsil vəhşilikdir,cinayətdir,hələ az yaşlı qızlara edirlər belə təcavüzləri,allah uzaq eləsin,ölüm hökmü çıxarılsa bəlkə bu kimi cinayətlər,təcavüzlər azalar.
15 oktyabr 2016 10:25
# 3
Bir duam var,səndən amin gözləyirdua09123
Barbaris
Bele zorakiliga uwaqlari doyub olduren ana ve ya atalaria vobwem cinayetlere olum hokmu verilse yaxwidir gunahsiz uwaqlarin hyatlarin mehv edirler bele qansizlar
15 oktyabr 2016 00:48
# 2
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnci
Buna be ad cerılır verılsın menım dunyamda bu vehsılıkdı bunu eden travma alıb ay ne edıb. En bılmırem bır tek bıldıyım sey onlar vehsı heyvandırlar ı fso
15 oktyabr 2016 00:08
# 1
Her gulusun arxasında bır keder vardır
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz