Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Niyə ginekoloqa müraciət etməliyik?
Niyə ginekoloqa müraciət etməliyik?
Göndərən: Ayten Melek
Şərhlər: 6
Baxılıb: 423
Səs ver:
Hər bir qadın öz cinsi sağlamlığına qarşı çox diqqətli olmalıdır. İstənilən dəyişiklik ciddi xəstəliyin simptomu ola bilər. Bu səbəbdən qadın özündə aşağıdaki simptomları müşahidə etdikdə mütləq ginekoloqa müraciət etməli və lazım olan müayinələrdən keçməlidir. Bu simptomlar arasında:
– Qadın cinsiyyət yolllarından istənilən qeyri-normal ifrazatlar. Kəsmiyə bənzər, yaşıl, qəhvəyi, qanlı, irinli, pis qoxulu, yandıran, qadın cinsiyyət yollarına yeyici təsir edən, qaşınmaya səbəb olan ifrazatlar hər hansı infeksiyanın əlaməti ola bilər. Dərhal ginekoloqa müraciət edin. Belə infeksiyalar vaxtında müalicə olunmazsa, çox ağır fəsadların (iltihablar, sonsuzluq) inkişafına səbəb ola bilər.
Əgər qadında qanlı ifrazatlar cinsi əlaqədən sonra müşahidə olunursa, bu uşaqlıq boynu eroziyanın və hətta onkoloji xəstəliyin əlaməti ola bilər.

– Ağrılar. Ümumillikdə ağrının köməyi ilə orqanizm bizə hər hansı pozulma haqqında siqnal verir. Qarının aşağı hissəsində ağrılar, cinsi əlaqə zamanı ağrılar, menstruasiya zamanı güclü ağrılar cinsiyyət sistemində olan xəstəliklərin və pozulmaların əlaməti ola bilər.
Belə ağrılar mioma, endometrioz, kolpit (uşaqlıq iltihabı), onkoloji xəstəliklər zamanı mümkündür.
Əgər ağrı qəfildən əmələ gəlib və çox kəskin xarakter daşıyırsa, bu yumurtalığın yırtılmasının (apopleksiya) əlaməti ola bilər.

– Qanaxmalar. Menstruasiyadan kənar qadın cinsiyyət yollarından qanlı ifrazatların olması ciddi xəstəliklərin simptomu ola bilər. Belə qanaxmalar miomanın, endometriozun, hətta onkoloji xəstəliklərin əlaməti ola bilər.
Menopauza dövründə olan (menstruasiyalar tam kəsiləndə) qadının cinsiyyət yollarından qanlı ifrazatların olması bir çox hallarda onkoloji xəstəliyə işarə edir.

– Menstrual funksiyasının pozulması (menstruasiyalar öz vaxtında başlamır – daha tez və ya daha gec başlayır, menstruasiyanın müddəti qısalıb və ya əksinə uzanıb, bir neçə ay ərzində menstruasiya baş vermir və s.) da narahatçılıq üçün səbəb yaradır. Cavan qadınlarda bu hormonal pozulmanın, erkən klimaksın, yumurtalıqların tükənməsi sindromunun simptomu ola bilər.


Şərhlər: 6
Baxılıb: 423
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
son bahar
Ginikoloqa ilk defe aile qurandan sonra getmisem...usaga malice alanda axirinci defede oglum dogulanan 1 hefde sonra emeliyyat bolgesine baxisa indi oglum 7 ayliqdi hele bir narahatligim yoxdu sukur olan kimi hekime qacanam agriya dozumum yoxdu o bezileri kimi canimi disime tutub canimda cekmeyi sevmirem
3 oktyabr 2016 07:56
# 6
...
Efsuw2016
Men korpemi itirende gedmisdim qanaxmayla
3 oktyabr 2016 00:52
# 5
Məni bu həyatda ən çox xoşbəxt edən sənin yanımda olman, yaxşı ki varsan və yaxşı ki, mənim yoldaşımsan
vipbetul
butun hekilere vaxtinda muragiyet etmek lazimdir
3 oktyabr 2016 00:44
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
YalniZ-ArZu
Sevmirem ginekoloqa getmeyi:(
3 oktyabr 2016 00:25
# 3
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
İnci
VallH men mırta gedırem sıgırtanın qulagından ırag pulsuzdu deye her 3 altı aydan bır gedırem
3 oktyabr 2016 00:19
# 2
Her gulusun arxasında bır keder vardır
MODABAZ
Mencede bır problem olandaa gınekoloqaaa getmelıdıı onda daha faydalı meslehetlerrr deyırlerr mende getmıweem genekoloqa cox wukur her orqan saglamdıı
3 oktyabr 2016 00:10
# 1
Heyata daim gulmek lazimdii
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz