Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yeyərsən ətdən, işlərsən bərkdən
Yeyərsən ətdən, işlərsən bərkdən
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 829
Səs ver:
Yey601;rs601;n 601;td601;n, i351;l601;rs601;n b601;rkd601;n

Səhv: Dünən bir neçə ədəd siqaret çəkmisən
Tədqiqatçılar belə bir qənaətə gəliblər ki, siqaretin tüstüsü ağ ciyərlərə və ürəyə ziyan vura bilər. Arteriyanı daraltmağa və qan təzyiqini yüksəltməyə bir ədəd siqaret kifayətdir. Norveçdə aparılan tədqiqatlar göstərib ki, gündə dörd ədəd siqaret çəkməklə asanlıqla ürək və ağ ciyər xəstəliklərinə tutulmaq olar.
Həlli: Bu adəti tərgitməlisən - orqanizmin buna layiqdir. Arabir vitamin C qəbul et. Kaliforniya Sağlamlıq Universitetində aparılan tədqiqatlar göstərib ki, giləmeyvələrdə və tərəvəzdə olan vitaminlər (gündə 500 milliqram) ürək-damar xəstəliklərinin tamamilə qarşısını almağa qadirdir. Vitamin C siqaret tüstüsünün vurduğu ziyanı tam şəkildə aradan qaldıra bilmir. Lakin müxtəlif antioksidantlarla zəngin olan meyvə və tərəvəz qəbulu orqanizmə ziyanın qarşısını almağa qadirdir.

Səhv: İkimərtəbəli çizburger və çox böyük həcmdə qızardılmış kartof yemisən
Baxmayaraq ki ilk görüntüdən bu növ qidalar tutumlu görünür, əslində, onlar insan orqanizminin zəifləməsinə gətirib çıxarır. Aparılan son tədqiqatlar göstərib ki, yüksək yağlılığa malik olan qidalar arteriyaya ziyan vuran piyin 81% artmasına imkan yaradır; nəticədə bir neçə saatdan sonra orqanizmdə piylənmə prosesi başlayır. 
Həlli: Qidanı qəbul etdikdən bir neçə saat sonra ya qaçışla, ya da idman zalında idmanla məşğul ol. İdman hərəkətləri damarları yüngülləşdirir, qan dövranını yaxşılaşdırır və ürəyin sağlamlığını artırır. Müntəzəm məşqlər qan təzyiqinin, xolesterolun və triqliseridin (piy) səviyyəsini aşağı salır və arteriyadan lazımsız piyləri aradan qaldıran faydalı xolesterolu artırır.

Səhv: Səhər qaçışlarını təxirə salmalı oldun
Bir neçə gün idmanla məşğul olmamaq bədənini tənbəlləşdirə bilər, lakin ən pisi özünü 
günahkar hiss etməkdir.
Həlli: Özünü çox qınamağa dəyməz. İdman hərəkətlərinə qısa fasilə vermək ziyana səbəb ola bilməz. Üstəlik, bu səni fiziki və əqli cəhətdən yenidən bərpa edir. Sadəcə olaraq, hiss etdikdə ki əzələlərin boşalır və tənbəllik hissi yaranmağa başlayır, onda yenidən idman hərəkətlərinə qayıt. Bununla da sən 10 gün ərzində əvvəlki formana qayıda bilərsən.

Səhv: Qoruyucudan istifadə etmədin
Diqqətli ol. Bu, planlanşdırılmamış hamiləliyə, eyni zamanda, qan vasitəsilə yoluxa biləcək arzuolunmaz xəstəliklərə gətirib çıxara bilər.
Həlli: Böhran vəziyyəti üçün nəzərdə tutulmuş dərmanlardan istifadə et. Bu cür qorunma vasitələri qoruyucusuz intimlə məşğul olduğun zaman 24 saat ərzində 94%, 72 saat ərzində isə 89% effektiv olur. Lakin bu dərmanlarıın orqanizmdə harmonal dəyişiklik yarada biləcəyini unutmaq olmaz. Ona görə də hər hansı bir qoruyucu dərmanı qəbul etməmişdən öncə, şəxsi həkiminlə məsləhətləş. Verilən təlimatlara əməl etdikdən sonra, ginekoloquna baş çək.


Şərhlər:
Baxılıb: 829
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz