Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Niyə qısqanırıq?
Niyə qısqanırıq?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1602
Səs ver:
 Sevginin bir göstəricisi olduğuna inanılan qısqanclıq, mütəxəssislərə görə insanın sevilməyə həddindən artıq ehtiyac duyması, etibarsızlıq və çatışmazlıq duyğusuyla baş edə bilməməsi ilə qaynaqlanır.

Psixoloq Aylin Sezer, qısqanclığın insanın təbiətindəmi olduğunun yoxsa sonradan öyrənilən bir anlayışmı olduğunun hələ də mübahisə edildiyini ifadə etdi. Sezer, qısqanclığın ictimai və mədəni bir fakt olduğunu ifadə edərək, "İnsan yaşadıqca, içində olduğu cəmiyyətin yaratdığı əlaqə qaydalarına görə qısqanmağı öyrənər. Öz ana və atasının əlaqəsi o insanın qarşı cinslə əlaqəsində bir nümunə olacaqdır. Onların sevgi, hörmət, sədaqət, qısqanclıq təriflərini öyrənən uşaq, böyüdüyündə öz əlaqəsində bu təriflərə uyğun davranacaqdır. "dedi.
 
Qısqanclıq sevginin göstəricisidirmi?

Psixoloq Sezer, bunları söylədi:
"Eşq, həddindən artıq sevgi və bağlılıq duyğusudur. İnsanın duyğularını idarə etməkdə çətinlik şəkməsi vəziyyəti baş verə bilər. Xüsusilə əlaqələrin başında yaşanan bu duyğu zamanla, əlaqə yetkinləşdikcə yerini daha idarə edilə bilər və qalıcı duyğular olan sevgi, güvən və sədaqətə buraxar.
İnsanın sahib olduğu bu qiymətli şeyi itirməkdən narahatlıq duyması gözlənilən bir vəziyyətdir.
Bu səbəblə bir-birini həqiqətən sevən iki insanın arasında bir miqdar qısqanclıq olması təbiidir, lakin sahiblənmə duyğusunun eşqlə əlaqəsi yoxdur.
Qısqanc insanlar sevilməyə həddindən artıq ehtiyac duyar. Yaşadıqları etibarsızlıq və çatışmazlıq duyğusu ilə baş edə bilmədikləri üçün əlaqədə olduqları insanın sevgisini kimsəylə paylaşmaq istəməzlər. "
 
 

Qısqanclığın içindəki duyğular

Qısqanclığın içərisində özünə inam əkshikliyi və çatışmazlıq duyğularını saxladığını söyləyən Sezer, özünə inam zəiflədiyi zaman insanın özünü qeyri-kafi, dəyərsiz hiss etməyə başladığını, sahib olduğu sevgiyə layiq olmadığını və itirəcəyini düşündüyünü ifadə etdi.
Sezər, "Bu narahatlıq da qısqanclıq hissinə və onunla baş etmək üçün göstərilən yalnış davranışlara səbəb olar. Halbuki sədaqət təhdidlə deyil, sevgiylə təmin edilər. Qısqanclıq nəticəsində sərgilənən hirs, təzyiq altında tutma, şübhəçilik kimi göstəricilər qarşı tərəfi daha da uzaqlaşdırır" dedi .

Sədaqətin qısqanclığa təsir edən ən əhəmiyyətli faktorlardan biri olduğuna diqqət çəkən Sezer, yoldaşların bir-birlərini aldatmasının əlaqəyə dərindən təsir etdiyini söylədi.
"Qısqanclıq, sahib olduqlarını qoruma istəyindən qaynaqlanan bir növ qorxudur" sözünü xatırladan Sezer, qısqanclığa hirs, dəyərsizlik, çarəsizlik, çatışmazlıq, təklik kimi duyğuların yoldaşlıq etdiyini dilə gətirdi.

Qadın və kişi arasında qısqaclıq dərəcəsi baxımından bir fərq axtarışının mənalı olmadığını ancaq qısqanclığın hər iki cinsdə reaksiyaları fərqliləşdirdiyinə də toxunan Sezer, "Qadınlar yaradıcı davranıb, altdan alaraq, öz haqq və istəklərindən imtina edərkən, kişilər isə təhdid və dava ilə qısqanclıqlarıyla baş etməyə çalışır" dedi.
 


Şərhlər:
Baxılıb: 1602
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz