Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evli amma subaylardansınızmı?!
Evli amma subaylardansınızmı?!
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1371
Səs ver:

 Toyunuz - ən xoşbəxt olduğunuz, həyatınızın ən mənalı günü idi. Əfsanəvi gününüz gerçəyə çevrildi, yoldaşınızla birlikdə oldunuz və bir həyat qurdunuz. 
Hər səhər onu işə yola saldınız, hər axşam da gəlməsini pəncərə önündə gözlədiniz. Lakin indi hər zamankindən daha çox təksiniz. Sizi kimsə anlamır deyilmi? Bu hekayə tanışdırmı? Məşhurların klinika psixoloqu Dr. Sherry Blake, xəbərdar edir "Ailə quran subaylardan ola bilərsiniz!"

"The Single Married Woman: True Stories of Why Women Feel All Alone In Their Marriages" (Ailə quran subay qadın: Qadınların evliliklərində hiss etdiklərinin gerçək hekayələri) kitabında xəbərdarlıq işarələrini və nə etmək lazım olduğunu izah edir.
 
Evliliyinizdə tək qaldığınızın 10 işarəsi ...

Ünsiyyətiniz qopma nöqtəsindədir!
Bir-biriniz ilə olan ünsiyyətinizin bitmək üzrə və verdiyiniz cavablar ola bildiyi qədər qısa və konkretdir.

Bir-birinizin yoldaşlarından xoşunuz gəlmir!
Birlikdə daha az zaman keçirirsiniz. Yoldaşlarla yeyilən keyfli axşam yeməkləri yerini tək yenən axşam yeməklərinə buraxdı.

Yükünüz daha da artdı!
İtən bütün əşyalardan az qala siz məsulsunuz. Evdə sanki bir GPS aləti vəzifəsi görürsünüz.

Hər şeylə siz üzləşirsiniz!
Heç bir zaman bitməyən bir batareya kimisiniz. Yorğun görünürsünüz ya da elə hiss edirsiniz və başınızda bu sual meydana çıxır "Harada səhv edirəm?". 
Ən son xatırladığınız uşaqları və evi özüm qurmadım niyə bir tək mən yoruluram?

Partiya idarəçisiniz!
Bütün fəaliyyətlərin insan qaynaqları sizsiniz. Yeri gəlir bir təşkilatçı yeri gəlir bir təmirçi olursunuz.

Biz, mən oldu!
Əlaqənizdəki biz itdi. İlk günlərdəki "biz" dolu xatirələr yerini "mən və sən" kimi mövzulara buraxdı .. Yoldaşınız qarşınızdadır amma sanki orada deyilmiş kimidir ...

Super gücləriniz olduğunu düşünür!
Süper qadın paltarınız 7/24 üzərinizdə, işdə ,evdə və hər yerdədir ... Az qala bütün peşələrə uyğunlaşma təmin edirsiniz, şofer, aşbaz, tibb bacısı, ana, yoldaş ...

Kömək üçün yalvarırsınız!
Heç bir şəkildə evdə istədiyiniz köməyə cavab ala bilmirsiniz. Sanki, mənə toxunmayan ilan min il yaşasın siyasəti hakimdir.

Romantik olaraq yoldan çıxdınız!
Romantik mənada yoldaşınızla aranızda heç bir bağ qalmadı. Bütün yaxınlığınızı itirdiniz.

Həyəcan bitdi!
Evliliyinizin bütün həyəcanı bitdi. Parlayan və sizi ümidləndirən heç bir şey yoxdur.Gözlərin davamlı olaraq evləndiyiniz adamı axtarır amma onu heç cür tapa bilmirsiniz.
 
Bu vəziyyətləri aradan qaldırmaq üçün Sherry'den 4 təklif!
Özünüzə qarşı dürüst olun.
Rolunuzun bütün məsuliyyətlərini üstlənin.
Qorxularınızla üzləşin və ünsiyyət qurun.
Fiziki, romantik və ruhi bir tarazlıq meydana gətirin.



Şərhlər:
Baxılıb: 1371
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz