Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hansı psixoloji tipə məxsussan?
Hansı psixoloji tipə məxsussan?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1497
Səs ver:
alt

Psixologiya tarixində bir neçə tip yaranıb ki, onun vasitəsilə insanları bu və ya digər qruplara ayırmaq mümkündür. Bu qruplar özünüaparma, emosionallıq və digər psixoloji vəziyyətlərə görə formalaşır. Bu tiplərdən ən vacibi isə insan temperamentinə görə formalaşanlardır. Bu anlayış Hippokrat tərəfindən yaradılıb və o , temperament müxtəlifliyini insan orqanizmində bu və ya digər maye mühitinin üstün olması ilə izah edirdi. Öz növbəsində temperament tiplərini sanqvinik, xolerik, fleqmatik və melanxolik adlandırmışdır. Lakin əslində buna rus alimi İvan Pavlov elmi izahat vermişdir. O, aşkara çıxarıb ki, temperamentlərdə müxtəliflik əsəb sistemi ilə bağlıdır. Əminliklə demək olar ki, temperament anadangəlmədir və onu dəyişmək mümkün deyil, sadəcə bir qədər təsir etmək olar.

 

Məhz temperament xarakterin formalaşmasında əsas baza rolunu oynayır.

Sanqvinik - mimika, hərəkət və kifayət qədər aktivliyi ilə seçilir. Fikrini bir yerə cəmləməyi bacarır, yeniliyə asanlıqla uyğunlaşır, həmçinin bacarıqlı olur. Hisslərin, əhvalın, məqsədin dəyişkənliyi ona xasdır. Ünsiyyətcildir, insanlarla əlaqəyə tez girir, mühit dəyişkənliyinə və istənilən vəziyyətə tez uyğunlaşır.
Xolerik də aktivliyi ilə fərqlənir. O, səbirsiz, özündən tez çıxandır. Məqsəd və maraqları qətidir, diqqətin yönəlməsində çətinlikləri olur, mühit dəyişkənliyinə isə rahat uyğunlaşır.

Fleqmatik - mimikası, hərəkəti, hətta nitqi də nəzər cəlb etməyəndir. Hisslərinə təsir etmək çətindir. Demək olar ki, həmişə sakit və təmkinlidir. Diqqətini çətinliklə cəmləyir, vərdişlərini gec dəyişir, yeniliyə can atmır, mühit dəyişkənliyi onluq deyil, ünsiyyətə gec girir, lakin enerjili və işgüzardır.

Melanxolik - hissiyyatlı və küsəyəndir. Diqqəti dəyişkəndir, mimikası nəzər cəlb etmir. Melanxolik utancaq və qərarsızdır. Bununla yanaşı gündəlik həyatda (adət etdiyi şəraitdə) kifayət qədər uğurlu və özünə əmindir.
Reallıqda sanqvinik və melanxoliklərə daha çox rast gəlinir. Ümumiyyətlə müəyyən temperamentə məxsus insanlar azdır, əksər hallarda qarışıq tiplərə rast gəlinir.

Psixologiya elmində vacib tip K.Q. Yunq tərəfindən tədqiq edilən ekstravert və intorvert tipləridir. Yunq iki psixo-tipin xüsusiyyətlərini ətraflı təsvir edib. Onlardan biri intorvert – psixoloji daxilə yönəlmə, digəri isə xarici aləmə yönəlmiş – ektravertdir. Bu xüsusiyyətlər insanın ünsiyyətində, xarakterində özünü göstərir.

Ekstravert daha ünsiyyətcildir və bunun sayəsində də sosial uğurlu tiplərdir. O, liderdir, mühit və oradakı fəaliyyət onun xüsusiyyətidir. Tənhalığı çətinliklə keçirir. Daxili aləmi, hiss və həyəcanları onu bir o qədər də narahat etmir. Buna görə də ətrafdakıların hisslərinə qarşı bəzən diqqətsiz olur. Səthi, qəddar və ümumiyyətlə həssas olmur.

İntorvert isə, əksinə xəyalpərəstdir və real aləmdən uzaqdır . Öz fantaziya və arzuları ilə yaşayır. Buna görə də bəzi qanunlar ona çox sərt görünür. Kifayət qədər passivdir, münasibət qurmaqda çətinlk çəkir. Lakin onun hissləri dərin və möhkəmdir. İndividual fəaliyyətdə uğur qazana bilər.

Maraqlı faktlardan biri də odur ki, ekstravert və intorvert tiplərin təsviri "kişi”"qadın” anlayışlarına uyğun gəlir. Belə ki, kişi aktiv və lider, qadın isə passiv və emosionaldır.



Şərhlər:
Baxılıb: 1497
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz