Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sızanaqsız həyat
Sızanaqsız həyat
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2830
Səs ver:
alt

Sızanağın müalicəsi, hər şeydən əvvəl, bir neçə gün ərzində nəticə vermir. Aşağıdakı məsləhətləri 8 həftəyə qədər tətbiq etmək lazımdır. Hətta sızanaqlar azalmağa başlamadan pisləşməyə doğru gedə bilər. Əgər 8 həftədən sonra inkişaf olmasa, bir mütəxəssisə müraciət etməlisiniz.
Əgər doğrudan da sızanaqlarınız sizə böyük sıxıntı verirsə və bəsit üsullar sizə kömək etməyəcək qədər problem böyükdürsə və ya dərinizdə izlər hələ də mövcuddursa, həkiminizə müraciət edin. Həkiminiz sizə sızanağa qarşı kremlər məsləhət görə bilər. Hətta oral antibiotik müalicəsini də lazım bilə bilər.
Sızanaq müalicəsində tətbiq edilən kremlər üzdəki yağ kanallarını açır və tıxanmasının qarşısını alır. Beləliklə, təkrar sızanaqların əmələ gəlməsinin qarşısını alır. Antibiotiklər isə sızanaqların əmələ gəlməsinə səbəb olan bakteriyaları yox edir.

Əgər dəridə olan məsamələr yağ və ölü dəri hüceyrələri ilə dolar və tıxanarsa, bakteriyalar da artmaq üçün fürsət tapar. Nəticədə, fərqli böyüklükdə və sərtlikdə sızanaqlar yaranar.

  1. Sağlam və balanslı qidalanın. Beləliklə, sağlam dəriyə də sahib olacaqsınız.
  2. Bol su için. Beləcə, dərinin elastikliyi artar və bu elastikliyini davam etdirər. Artıqların məsamələrdən çıxmasına kömək edər. Bununla yanaşı, bədəndə nə qədər az tullantı maddələri olarsa, dəri o qədər gözəlləşər.
  3. Kiçik məşqlər ürəyiniz və bədəniniz üçün faydalıdır. Bədəninizin qan dövranını artırar, beləliklə, dəri lazım olan qədər oksigen alar və qidaların faydalarını da artırar.
  4. Siqaret və spirtli içkilər istifadə etməyin. Bunlar C vitaminini bədəndən uzaqlaşdırır, dərini elastik saxlayan toxumalara zərər vurur. Spirt digər tərəfdən dəridə qırmızı nöqtələr və qaşıntı yaradır və damarlarınızı genişləndirir.
  5. Sızanaqları sıxmayın, partlatmayın. İz qalmasına səbəb ola bilər. Sızanaqları fırçalamaq da faydalı deyil. Su ilə bərabər sərt bez, dəsmal istifadə etməyin. Bunlar daha çox yağlanmağa və yara izlərinə səbəb ola bilər. Sadəcə əllərinizi istifadə edin. Gündə 2 dəfə ilıq su ilə yumşaq sabun istifadə edərək üzünüzü yuyun. Əllərinizlə üzünüzü masaj edin və sonra bol su ilə durulayın.
  6. Dəri və bədən sağlamlığı üçün çox zərərlidir. Stresdən uzaq olmağa çalışın.
  7. Bəzi qida maddələrinin sızanaqlara səbəb olması doğru olmasa da bəzi qidalar mövcud olan sızanaqlarınızı artıra bilər. Sızanaqlarınızı artıran qidalar haqqında şübhələriniz varsa, ondan bir müddət uzaq durun.
  8. Üzünüzə gərəksiz toxunuşdan uzaq olun. Hər toxunuş dərinizdəki bakteriya sayını artırır.
  9. Günəş sızanaqlarınıza yaxşı təsir etməz.
  10. Tərlədiyinizdə duş qəbul edin. Nəmli geyimlər geyinməyin. Bakteriyalar nəmli mühiti sevir. Bununla yanaşı tərli dəri sızanaqları artırır.
  11. Əgər saç spreyləri istifadə edirsinizsə, onları üzünüzdən uzaq tutmağa çalışın. Çünki məsamələri doldurub tıxaya bilər.
  12. Əgər uzun saçınız varsa, üzünüzdən uzaq tutun və yağı azaltmaq üçün müntəzəm yuyun.
  13. İstifadə etdiyiniz kosmetik məhsullar sızanaqlarınızı artıra bilər. Bəlli bir müddət istifadə etməyin və aradakı fərqi müşahidə etməyə çalışın.
  14. Nəmləndirici kimi məhsullar istifadə edirsinizsə, yağ tərkibli olmayanlara üstünlük verin.
  15. A vitamini dəri üçün çox vacibdir. Amerikalı dermatoloq Dr. Houvard Muradın araşdırmasına görə A vitamini ilə zəngin bəslənən insanlar digərlərinə görə çox az sızanaq problemi ilə üzləşir. A vitamini kök, yaşıl bibər, alma, armud, badımcan, kələm, ispanaq, lobya, kartof və pomidor kimi ərzaqlarda bol miqdardadır.


Şərhlər:
Baxılıb: 2830
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz