Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xoşbəxt bir həyat üçün ipucları
Xoşbəxt bir həyat üçün ipucları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1634
Səs ver:

 Xoşbəxt bir həyat üçün ipucları

Özünüzü, sizə verilən rolu oynayan kiçik bir oyunçu kimimi hiss edirsiniz? Bir zamanlar xəyalını qurduğunuz həyatın uzağına sovrulduğunuzumu düşünürsünüz? Unutmayın, neçə yaşında və hansı vəziyyətdə olursanız olun, arzu etdiyiniz həyatı reallaşdırmaq üçün gecikmiş sayılmazsınız. 2012'in sizin üçün mənalı və xoşbəxt bir həyatın başlanğıcı olmasını istəyirsinizsə, bu ipuclarına nəzər salın.

• Həyatınızdakı əskiklikləri, problemlərinizin qaynağını qavrayın.
Həyatınızı, başqasının həyatı üzərinə düşünürmüş kimi nəzərdən keçirin. Bir mənada həyatınızla özünüz arasına məsafə qoyaraq ona çöldən baxın. Zaman zaman dostlarımız bizə dərdlərini açdıqlarında özümüzü onların yerinə qoyduğumuz olar. Bu səfər başqasını özünüz yerinə qoyun. Məsələn bu həyatı yaşayan siz deyil də, ən yaxın dostunuz olsun. Sizcə onun xoşbəxt, mənalı bir həyat yaşamasının önündəki maneələr nədir? Problemlərinə öz seçimi ya da səhvlərimi səbəb olmuş? Bu, kiçik dəyişikliklərlə asanca həll edə biləcəyi bir şeymi, yoxsa problemlərinin öhdəsindən gəlmək və həyatını dəyişdirmək üçün uzun vədəli planlaramı ehtiyacı var? Okeanda üzən balıq kimi, özümüzü geniş bir perspektivdən görə bilmərik. Başqasını özünüz yerinə qoyaraq problem və çıxmazlarınızı daha geniş bir dünyagörüşüylə görə bilərsiniz.

• Nə istədiyinizdən əmin olun.
Həyat formanız sizi təmin etmirsə ya da həyatınızda bir əskiklik olduğunu düşünürsünüzsə bəlkə də əskik olan şey sizsiniz. Buna görə sanki bir başqasını yeni tanıyırmışsınız kimi özünüzü tanımaya çalışın. Özünüzdən soruşun: Sizi xoşbəxt edəcək olan şey, həqiqətən də karierinizdə yüksəlmək, daha yaxşı bir mənzilə daşınmaq ya da müvəffəqiyyətli olmaqmı? Yoxsa daha dinc və sakit bir həyat daha təmin edicimi olardı? Verəcəyiniz cavab, həyatınızı dəyişdirmə səfərində doğru addımı atmanızı təmin edəcək.

• Hər həftə özünüzə kiçik ev tapşırıqları təyin edin.
Problemləriniz böyük bir yun yumağı kimi görünürsə, nə qədər çətin gəlirsə gəlsin, bir ucundan tutmaqdan başqa çarəniz yox! Nə də olsa heç kim bir gün oyanıb istədiyi həyata qovuşmur! İstədiyiniz həyata qovuşmaq istəyirsinizsə bu istiqamətdə atacağınız kiçik addımları həyatınızın bir parçası halına gətirməlisiniz. Kiçik addımların böyük dəyişikliklərə qapı aralayacağını unutmayın.

• Həyat enerjinizi doğru istiqamətləndirin.
Enerjinizi nəyin götürüb apardığını, sizi nəyin istehlak etdiyini, eyni zamanda sizi nəyin odlayıb coşğulandırdığını təsbit edin. Sizi istehlak edən şeyləri həyatınızdan çıxararaq enerjinizi sizi coşğulandıran və xoşbəxt edən şeylərə sərf edin. Daha sonra da prioritetlərinizə və sizi coşğulandıran şeylərə necə çata biləcəyinizə qərar verməlisiniz. Bir dəfə yola çıxdıqdan sonra, "Bəzilərinin ya da başqa şeylərin səylərinizi kəsilməyə uğratmasına icazə verməyin," deyir Amerikanın ən təsirli natiqlərindən, bestseller kitabların yazıçıs(n)ı Cheryl Richardson və əlavə edir: "Ola biləcək araya girmələri və ya bölünmələri nəzərdə tutmağa çalışaraq lazımlı tədbirləri əvvəldən alın."

İçinizdəki səsə qulaq asın.
Unutmayın ki, həyatınızdakı hər şeyin; müvəffəqiyyət

 
 
, xoşbəxtlik ya da gücün tək bir qaynağı var: O da sizsiniz. Bu səbəblə, həyatınızda əskik olan bir şeylər olduğunu hiss edirsinizsə, ilk baxmanız lazım olan yer öz daxilinizdir. Özünüzə nizamlı olaraq görüşlər verin. Hekayə yaza bilər ya da şəkil atelyesinə başlaya bilərsiniz, amma etmək istədikləriniz başqalarına nə qədər qəribə gəlirsə gəlsin, bu görüşlərə laqeyd yanaşmayın.


Özünüzə həyat sahəsi yaradın.
Balkon və ya bağçanızın bir küncü, mətbəxiniz ya da evinizin yaxınlarındakı bir park ola bilər, amma özünüzü rahat hiss edə biləcəyiniz bir sahə meydana gətirin. Yanında evinizdə köhnə və istifadə etmədiyiniz ya da sevmədiyiniz hər şeyi atın. Beləliklə fiziki və romantik olaraq rahatlayacaq, enerjinizi istehlak edən şeyləri uzaqlaşdırdıqdan sonra düşüncələrinizin aydınlaşdığını və bədəninizə yenidən enerji dolduğunu hissedəcəksiniz, deyir Richardson.

İç dünyanızı çəkinmədən paylaşa biləcəyiniz dostluqlar qurun.
Mənalı bir həyat, heç bir zaman tək şəxsiyyət ola bilməz. Təcrübələrinizi, duyğu və düşüncələrinizi etibarla paylaşa biləcəyiniz mənalı əlaqələr, sizə kim olduğunuz və bu həyatdakı rolunuzla əlaqədar çox şey öyrədəcək.

Səbr etməyi öyrənin.
Bəli, gözləmək darıxdırıcı ola bilər, ancaq özünüzü həyatınızın bir üst pilləsinə hazırlamaq üçün tam da etməniz lazım olan şey bu ola bilər. Bu səbəblə, gözləmə müddətini özünüzü daha yaxşı tanımaq, daha güclü bir insan halına gəlmək və daha mənalı bir həyata qovuşmaq üçün bir fürsət olaraq görməlisiniz.

Daha çoxunu istəyin.
Bunun mənası, özümüzü olduğumuzdan daha qiymətli zənn edərək başqalarını kiçik hesab etmək, onlara kobud davranmaq, qürurlu olub aç gözlü bir ehtirasla gördüyümüz hər şeyə hücum etmək deyil. Mənalı bir həyat üçün ehtiyaclarınızın fərqində olaraq arzularınıza və özünüzə qarşı daha hörmətli olmanız lazımdır. Azla kifayətlənmək məcburiyyətində deyilsiniz!


Şərhlər:
Baxılıb: 1634
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz