Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Süfrə nizamı
Süfrə nizamı
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 5396
Səs ver:
alt


 

Evimizdə verəcəyimiz xüsusi dəvətlərdə hazırlıq mərhələsində süfrə nizamı və yemək xidmətimövzusunda bəzi narahatlıqlar yaşayarıq: "Oturma nizamı necə olmalıdır?  Çəngəl, qaşıq, bıçağın yeri haradır? Hansı yeməyi əvvəl təqdim etməliyəm?" 

 Əslində diqqət edəcəyimiz bir neçə vacib məqamla  qəşəng və düzgün bir süfrə nizamına sahib olmaq heç də çətin deyil!

 

 

Sizə işinizi asanlaşdıracaq və gözəl süfrələr açmanıza kömək olacaq məsləhətlərı təqdim edirəm:

Süfrə hazırlanarkən ən çox narahatlıq verən mövzulardan biri də çəngəl, qaşıq və bıçağındüzülüşüdür.  Əslində bunun çox  sadə bir yolu var. Bunlar istifadə məqsədlərinə görə xaricdən daxilə doğru yerləşdirilməlidir. Başlanğıcda bir az qarışıq gəlsə də, bu düzülüşü bir dəfəöyrəndikdən sonra rahatlıqla tətbiq edə bilərsiniz.

 


• Xörək çəngəli qabın soluna;
• Xörək bıçağı qabın sağına;
• Xörək qaşığı qabın sağına, bıçağın xaricinə;
• Balıq çəngəli qabın soluna, çəngəl xaricinə;
• Balıq bıçaqı qabın sağına, yemək bıçağı xaricinə;
• Desert çəngəli qabın soluna, digər çəngəllərin xaricinə;
• Desert qaşığı qabın ön hissəsinə;
•  Tort çəngəli qabın ön hissəsinə, sapı sola doğru;
•  Tort bıçağı qabın ön hissəsinə, iti tərəfi qaba, sapı sağa doğru, çəngəl yanına qoyulmalıdır.

 

 

Yalnız çəngəl, qaşıq, bıçaq düzülüşünü bilmək bəs deyil, əlbəttə ki... 
Dəvət süfrəsində uyğunlaşdırma çox əhəmiyyətlidir. Yaxşı qəşəng bir süfrə nizamında başqa nələrə diqqət etmək lazımdır?

 

 

• Su stəkanı qabın sol ön hissəsinə;
• İçki stəkanı su stəkanının sağına;
• Duz və istiot qabı iki xörək qabı arasına;
• Yağ və sirkə süfrənin ortasına yaxın;
• Souslar yağ ilə sirkəyə yaxın;
• Yağ qabı xörək qabının sol tərəfdən qarşısına;
• Salat qabı xörək qabının sol tərəfsən qarşısına;
• Meyvə qabı ortaya;
• Çörək qabı ortaya;
• Çiçək süfrənin ortasına;
• Salfet isə qeyri-rəsmi yeməklərdə  çəngəlin soluna, rəsmi yeməklərdə isə salfet qabının içinə qoyulmalıdır.

 

 

Hər kəsə ruzili bir süfrə və arxasında xoşbəxt ailə arzu edirəm.


Redakte etdi: Pretty girl

 



Şərhlər:
Baxılıb: 5396
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz