Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gözəllik ondur, doqquzu bər bəzək...
Gözəllik ondur, doqquzu bər bəzək...
Göndərən: Asya
Şərhlər: 10
Baxılıb: 378
Səs ver:
Qadınların evdən çıxmağı uzun sürən bir prossesdir. Xüsusilə də, əgər önəmli bir yerə gedirlərsə...
Saçları düzəltmək, paltar seçmək və sairə. Evdən çıxmaq üçün sonuncu ştrix makiyajdır. Makiyaj etməyi hər bir qadın bacarır. Lakin gözəl və professional makiyajın öz sirləri var.

Bilmək istəyirsiniz? Elə isə...
Dünyanın bəzi ölkələrində gündəlik qadın makiyajına birmənalı yanaşmırlar. Lakin nəzərə alsaq ki, kosmetika qadın üçündür, deməli, istənilən qadının cəmiyyətdə tutduğu mövqeyindən, nüfuzundan, ictimai vəziyyətindən asılı olmayaraq, bəzənib-düzənmək hüququ var.
Makiyaja başlamazdan əvvəl hara gedəcəyinizi bir də götür-qoy edin. Çünki hər yerə eyni makiyajla getmək olmaz. İş gününün, gecə ziyafətinin, gəzintinin makiyajları, təbii ki, bir-birindən fərqlənməlidir. Məsələn, idman məşğələsinə gedərkən makiyaj etmək gülüncdür. Məşqə gedərkən ən yaxşı halda suya davamlı tuşdan istifadə edə bilərsiniz. Ağır fiziki işlə məşğul olan qadınlar rəngli makiyajı birdəfəlik unudub yalnız dərilərinin zərifliyini qorumaq haqqında düşünməlidirlər. Bu zaman dəriyə uyğun qoruyucu kremdən və ənlikdən istifadə etmək vacibdir. Kimya sahəsində işləyən qadınlara gözləri boyamaq məsləhət deyil. Çünki istənilən dayanıqlı göz kosmetikası göz yaşlarına davam gətirə bilmir. Tüstü, kəskin qoxu olan yerdə isə göz yaşlarının qarşısını almaq mümkünsüzdür.
Həkim, müəllim, elmi işçi, ofis işçisi olan qadınların bəxti bu sarıdan yaxşıca gətirib. Bu sahələrdə çalışan qadınlar dekorativ kosmetikanın bütün nailiyyətlərindən ürəklə istifadə edə bilərlər.

Dərinin təmizlənməsi
Makiyajı yalnız yaxşı təmizlənmiş və istirahət etmiş dəriyə qoymaq olar. Gecələr üzünüzdəki makiyajı tonik və yaxud başqa vasitə ilə təmizləməyə heç vaxt tənbəllik etməyin. Bundan sonra isə üzünüzü yuyun. Gecə kreminiz ən yaxşı firmanın istehsalı olsa belə, onu hər gün deyil, günaşırı çəkin. Bu, dərinizə sərbəstlik verər. Çox vacib bir amili isə heç vaxt unutmayın: üzünüzdə maska olarkən həyat yoldaşınızın gözünə görünməyin! Əgər mütləq həmin vaxt maska etməlisinizsə, amma yoldaşınız evdədirsə, 20 dəqiqəliyə vanna otağında gizlənin. Beləliklə, həm sirli, həm də estetik olarsınız. Makiyaja səhər tezdən yuyunduqdan sonra başlayın. Qışda üzünüzü yuduqdan sonra makiyaj etmək üçün ən azı 20 dəqiqə gözləməlisiniz.

Seçdiyiniz gündüz kremini dərinizə çəkin. Yağlı kremdən istifadə edirsinizsə, 5 dəqiqə gözlədikdən sonra kağız masa dəsmalını üzünüzə yapışdırın və yağlılığı aradan götürün. Bundan sonra dəridə olan xırda qüsurları aradan qaldırmaq lazımdır.

Korrektəedici krem və ya karandaşla həm görünən kapilyarları, həm civizləri, həm də göz altında olan kölgələri örtmək olar. Quru və qabıq verən dəri üçün yağlı korrektəedici krem, normal və qarışıq dəri üçün isə duru vasitələr uyğundur. Korrektoru dərinizin normal rəngindən bir ton açıq alın.
Korrektor tonal krem deyil. Tonal krem dəriyə xüsusi rəng və hamarlıq vermək üçündür. Tonal kremdən istifadə edib-etməmək öz işinizdir. Ancaq qüsurları örtmək mütləq lazımdır!

Ənliyi, kirşanı neylər camalın...
Kirşandan da tonal krem kimi istifadə edə də bilərsiniz, etməyə də bilərsiniz. Nəzərə alın ki, ən yaxşı kirşan belə, gec-tez yayılır, topalaşır və xoşagəlməz görüntü yaradır. Qalın və dayanıqlı dəri makiyajı ancaq böyük ziyafətlər üçündür. Ümumiyyətlə, dəri həmişə qorunmalıdır: yayda günəşdən, qışda şaxtadan və küləkdən. Baxımlı və təmiz dərinin nə tonal kremə, nə də makiyaj üçün başqa vasitələrə ehtiyacı var.
Ənlikdən istifadə isə hər qadına məsləhət görülmür. Öz yanağınız təbii şəkildə qırmızıdırsa, onda ənlik estetikadan kənar qaba bir aksesuar kimi görünər.
Ənliklə üzə istənilən formanı vermək olar. Uzunsov sifətləri dairəvi göstərmək üçün ənlik almacıqlardan qulağın üst tərəfinə doğru çəkilməlidir. Çox yumru sifətlərə şirmayi görünüş vermək üçün isə dodaq sərhədinə paralel bir neçə millimetr yuxarıdan göz kənarlarına qədər çəpinə şəkildə çəkilməlidir.

O gözlər kimi....
Göz makiyajı tuşdur! Əgər kirpiklərinizə tuş çəkmisinizsə, artıq heç nədən istifadə etməyə bilərsiniz. Ancaq qələm, sürmə və yaxud kölgə çəkilmiş gözlərə tuş mütləq çəkilməlidir.
Göz qapaqlarına çəkilən kölgənin mütləq saç və göz rənginə uyğun olması yanlış bir fikirdir. Burada rəng sizin öz seçiminizdir. Əgər gözlərinizi əsaslı şəkildə bəzəmək istəyirsinizsə, başlayaq.
İki rəngli kölgə eleqantlılıq nişanəsidir. Gecə makiyajları üçün bir neçə rəngdən istifadə etmək olar. Gözü iri göstərmək üçün göz qapağına içəri tərəfdən açıq, kənarlardan isə tünd kölgə çəkmək lazımdır.
Kirpiklərin sərhədi ilə çəkilən sürmə gözə mənalı ifadə verir. Xətti duru sürmə ilə çəkməyə çətinlik çəkirsinizsə, adi göz qələmi ilə çəkin.
Gözünüzə uzunsov quruluş vermək üçün gözün iç tərəfinə qara qələm çəkmək lazımdır. Ancaq bunu iri gözlü xanımlar edə bilərlər. Çünki içəridən çəkilmiş qələm gözü kiçildir.
Son olaraq isə tuş çəkin. Alt kirpikləri boyamaq vacib deyil, xüsusilə də gözünüzün quruluşu dairəvidirsə. Alt kirpiyə tuş çəkən qadın yaşından böyük görünür.

Dodaqlar
Qadının adi gündəlik dodaq makiyajını tamamlamaq üçün dodaq boyasından başqa balzam və parıltılı boya da lazımdır. Əgər bu variant sizi qane etmirsə, istədiyiniz boyadan istifadə edin.
Gözünüzə makiyaj etməmisinizsə, dodağı da boyamayın! Birinci haşiyədən başlayın. Bəzən elə olur ki, dodağın haşiyəyə ehtiyacı olmur. Bu halda sadə rəngli boyadan istifadə etmək kifayətdir. İntensiv boya üçün haşiyə vacib şərtdir. Haşiyə ilə dodağa istənilən formanı vermək olar. Dodağınızı kiçik göstərmək üçün haşiyəni dodağın üstündən, iri göstərmək üçün isə kənarından çəkmək lazımdır. Bundan sonra dodağa ənlik çəkin. Haşiyənin içərisinə boya çəkin, sonra bərk kağızı ehtiyatla öpün. Sonra bir də ənlik çəkin və üstünü boyayın. Bu üsulla çəkilmiş boya dodaqda ən azı silinməyən boya qədər uzun müddət qalacaq. İndi isə istəyirsənsə, parıltı da əlavə edin.
Artıq evdən çıxmağa hazırsınız. Lakin çıxmazdan öncə dırnaq boyanızın tam olmasına da mütləq nəzər yetirin. Bircə dırnağın boyasının azca pozulması bütün zəhmətinizi heçə endirə bilər.
Hər şey qaydasındadırsa, yol açıqdır. İndi heç kim sizin gözəlliyinizin qarşısında biganə qala bilməz. Ancaq unutmayın ki, makiyaj sizi yox, siz makiyajı bəzəyirsiniz.


Şərhlər: 10
Baxılıb: 378
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ulya 1988
sadə makiaj etməyi sevirəm
22 avqust 2016 10:57
# 10
YalniZ-ArZu
Goresen kim idmana,mewqe gederken makiyaj edir?:)
21 avqust 2016 22:57
# 9
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
TuralSebnem
her Qadin hemiwe gozel baximli olmalidir!!
21 avqust 2016 16:02
# 8
ş
vipbetul
gozellik ondur doqquzu sadelikdir
21 avqust 2016 13:59
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
son bahar
Gozel olmayan qadin yoxdur.Sadece baximsiz xanim var.Men ozum gozel xanim olsamda gundelik yungul makiyajdan isdifade edirem menim fikrimce qadin hemise teravetli gozel gorsenmelidi
21 avqust 2016 12:56
# 6
...
narmiwka_15
bezi kiwiler neqederde diseki esas daxili gozellikdir ama bu sozdedi hami baximli qadini sevir insani dahada gozel gorseden onun saclari ve makyajidir cunki sac ve makyaj insani cox deiwir
21 avqust 2016 12:29
# 5
Be Happy))
qaranliq1
her bir qadin gozeldir sadece bezileri baximsiz ola biler
her bir qadin ozunu seliqeli ce baximli saxlamalidir
21 avqust 2016 11:36
# 4
♥♥♥Həyatda heç bir şeyim az olmadı sənin qədər.Və heç bir şeyi istəmədim səni istədiyim qədər.♥♥♥
MODABAZ
Bır qadına gozellık veren onun sac duzumu ve gozel makyajıdır bıde selıqesıdı baxımlı olmasıdı
21 avqust 2016 10:25
# 3
Heyata daim gulmek lazimdii
Barbaris
Saclara bezenmeye makyaja cox ustubluk verirem. ama sade makyaj edirem
21 avqust 2016 08:33
# 2
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
BARBI
Elbette gozelliyimizi tamamlayan makiyaj ve sac duzumudur. Buna her zaman xususi diqqet yetirirem.,
21 avqust 2016 07:44
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz