Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yeni Valehedici Faktlar...
Yeni Valehedici Faktlar...
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 852
Səs ver:


   O, Münasibətlərdə Bəzi Məqamlara Qarşi Səndən Daha Həssasdır

 Yeni tədqiqatlar göstərir ki, eşq-məhəbbət problemləri qarşı cinsə daha çox təsir edir. Odur ki, bu situasiyalarda kimin daha çox həssas olduğunu tapmağa çalış.

Dalaşırsınız

Cavab: Əlbəttə, aranızdakı xoşagəlməz söz-söhbətlər səni əsəbiləşdirə və hisslərini darmadağın edə bilər. Lakin bütün bunlar ona daha çox əzab-əziyyət verir. Sən dalaşandan sonra yaxın rəfiqənə və ya anana zəng vurub, ürəyini boşalda bilərsən. Amma kişilərin çoxu bunu özlərinə yaraşdırmadıqları üçün uzun müddət özlərinə gələ bilmirlər.

Bir Neçə Müddətdir Görüşə Bilmirsiniz

Cavab: ƏIaqəni hiss etmək üçün qadınların daim üz-üzə kontakta ehtiyacları yoxdur. Ən pis halda, onun səni düşündüyünü fikirləşərək, bir-iki həftə onu görmədən keçinə bilərsən. Kişilər isə əksinə. Onlar yalnız fiziki cəhətdən kiminləsə yaxın olarkən əlaqəni hiss edirlər. Odur ki, səndən uzaqda keçirilən vaxt ona daha çox təsir göstərir.

İkiniz də Stress Yaşayırsınız

Əgər ikinizin də həftəsi olduqca çətin keçirsə (sən rəfiqənin problemlərinə görə üzgünsən, onun isə işlə bağlı narahatlıqları var), bu səni xüsusilə sarsıdır.

Səbəb: həyatının digər sahələrində işlər pisləşəndə, qadın özünü ruhlandırmaq üçün, adətən, kişiyə arxalanır. Lakin sevgilinin də işləri tərs gətirə və həmin vaxt sənə yardım etmək iqtidarında olmaya bilər. Bu isə sənin əhval-ruhiyyəni ikiqat pozur.

Onun Anasını Sevmirsən

Cavab: Təəccüblüdür, onun anası ilə dil tapmasan, o səndən çox dilxor olur – xüsusən, anası ilə yaxın münasibətləri varsa. Kişilər nəyin bahasına olur-olsun, hər şeyin qaydasında olmasını istəyirlər və konfliktdən qaçmağa üstünlük verirlər. Əlqərəz, o, həyatının iki ən vacib qadını arasında problemi hiss edəndə narahat olur, özündən çıxır və stressə düşür.

Kişilər və Öhdəliklər Haqqında Fildrləşdiyin Hər Sey Yanlışdır

Kişiləri həmişə öhdəlikdən qorxurmuş kimi qələmə verirlər, lakin araşdırma sübut edir ki, bu, səhv fikirdir. Mütəxəssislər araşdırıblar ki, adətən, kişilər "Mən səni sevirəm” cümləsini qadınlardan 42 gün öncə deyir. Sənin üçün gözlənilməz olmasın deyə bu sözləri deməmişdən öncə sevgilinin hisslərini öyrən. Bunun üçün isə onun bədən dili ilə söylədiklərini anlamağa çalış.

  • Barda oturarkən o, ayağını sənin stulunun pilləsinə qoyur və dirsəyini həmin ayağına söykəyir. O, beləliklə, səninlə birgə olduğunu bildirir.
  • Səni görən kimi burnunu qaşıyır. Burada həssas zona yerləşir və o sənin yanında olarkən həyəcanlanırsa, qaşınma özünü büruzə verir.
  • Qonaqlıqda o, başqa birisi ilə söhbət edirsə belə, çiyinləri sən tərəfə dönmüş olur. Bu sənin hər zaman onun fikrində olduğuna işarədir.


Redakte etdi: Pretty girl



Şərhlər:
Baxılıb: 852
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz