Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Biz öz cinsiyyətimizin içinə həbs olunduq
Biz öz cinsiyyətimizin içinə həbs olunduq
Göndərən: Ayten Melek
Şərhlər: 6
Baxılıb: 395
Səs ver:
Bizi aldatdılar.
Bizi həyata qarşı aldatdılar həm də. Yalnızca bir məqamda, bir halda deyil… Biz aldanışa doğulduq. Yalan hekayələrin üzərində addımlarımızı atdıq. Bizə özümüzü tanımağa imkan vermədilər, “sən belə olmalısan” deyə uydurma anlatdılar. Bizdən düzəldəcəkləri şeyi ərsəyə gətirmək üçün uğraşdılar. Həm də bizimlə uğraşdılar. İçimizdə nə vardısa söküb yırtıb almağa çalışdılar. İçimizdə içimizdən nə qaldısa, nə göründüsə onu yasaq, murdar elan etdilər və bizi özümüzdən ürkütdülər. Əllərimizdən utandıq, ayaqlarımızdan utandıq, saçlarımızdan, dırnaqlarımızdan, sonra qəlbimizdən, hislərimizdən, istəklərimizdən utandıq. Yalanların içində sadəlövhcə, axmaqca çabalayıb qaldıq. Hədəf alındığımızı heç anlamadıq. Ən qorxulu, ən təhlükəli məxluq bizdik. Və buna görə ətrafımıza çəpərlər çəkdilər.

Bizə həyatı yasaqladılar.

Yolları, küçələri, kəndləri, şəhərləri- dünyanı bizə yasaqladılar. Bizi gizləmək üçün hündür, dəbdəbəli evlər tikdilər, divarlar ucaltdılar. O divarlardan kənara atdığımız addımları təkrar-təkrar, vasvasılıqla, dəqiqliklə ölçdülər, hesabladılar, vurdular, böldülər. Hər addımımızda onların şübhə dolu, sınayıcı, aşağılayıcı baxışlarıyla üzləşdik. Biz bu dünyaya doğulmadıq, bu yer, bu torpaq bizim olmadı. Yollarında yalnız onların təsdiqlədiyi addımları ata bildik, onlar bəlirlədiyi saatlarda və onlar bəlirlədiyi qaydalarla hərəkət edə bildik. Biz bu həyatı yaşaya bilmədik. Həyatımızı bizdən oğurladılar, ya da qəsb etdilər. Və bizə həyasızcasına başa salmağa çalışdılar ki, həyatımız onlarındı və biz həyatımızla onlara borcluyuq, çünki onların qövmündənik.

Biz öz cinsiyyətimizin içinə həbs olunduq.
Hər şey və hər kəs bizə cinsiyyətimizin ardından baxdı. Cinsiyyətimizdən çıxıb insan ola bilmək şansını bizə tanımadılar. Hər şeyi, yaşam şərtlərini bizə cinsiyyətimizlə bəlirlədilər. Cinsiyyətimizin içində çarmıxa çəkildik, hərəkət edə, tərpənə, qımıldaya bilmədik. Tərpənmək, qımıldamaq, yaşamaq, hiss etmək istədikcə acılara boğulduq.Cinsiyyətimizlə bizə yaşamağı, hiss etməyi yasaqladılar.

Bizi sevmədilər.
Sevgilərini yalnızca yonub-yonub yapdıqları məxluqa yönəltdilər. Onlar içimizdəki bizdən ürkdülər, nifrət etdilər. Biz yalnızca uşaqkən onların nəsilartırma instiktindən doğan məncil məhəbbətlərinə tuş gəldik. Bizi ona görə sevdilər ki, onlarındıq, onlardandıq. Bizim onlardan olmadığımızı hiss etdikləri an düşmənə, içimizdəki daha fərqli birini görüncə yırtıcıya çevrildilər. Biz də onları sevə bilmədik. Çünki biz görürdük, sevgilərinin arxasında silahlarını da yerə qoymağı unutmazlar. Çünki biz çox yaxşı bilirdik, onlar özlərinə çevirdiyi bizləri sevirlər – içimizdə gizlədiyimiz, sıxıb-sıxıb saxlamağa məcbur olduğumuz bizləri görməyə gözləri yoxdur. Çünki biz yaxşı bilirdik, ənənələrə, qaydalara, ətrafa sadiq sevgi saxta və qorxaqdı. Çünki biz duyurduq, onlardan gizlənməyə, qorunmağa məcburuq və bu dostca deyil.

Onlar ədaləti öldürdülər.

Onlar yalanlara boğulub bizi də qurban etdikcə ədaləti öldürdülər. Onlar yalançı idilər, haqsız idilər, qorxaq idilər, saxtakar idilər, ədalətsiz idilər, zalım idilər. Və biz onlara tapınmalı idik. Ama yaratdıqları bütlər bir-bir gözlərimizdə əriyib sabun köpüyü kimi yox olurdu. Və onlar özləri də yox olurdu. Gün gəldi və bizi onlara ancaq əllərindəki silahlar bağlaya bildi. Artıq ortada heç bir dəyər qalmadı. Artıq onlar yalnızca onlar olduqlarından dolayı bir dəyərə malik deyildilər. Onlar acımasızdı, biz də acımasız olduq. Mərhəmət istəməyəcək və mərhəmətsiz hala gəldik. Mərhəmət istəməyəcəkdik, çünki hər güzəşt bizlərdən nəsə verməkdi, təslim etməkdi. Mərhəmət göstərməyəcəkdik, çünki hər güzəşt bizlərdən nəsə verməkdi, təslim etməkdi. Onların mərhəməti bizim ədalətsizliyimizə – ölümümüzə hesablanmışdı.

Onlar bizi öldürdülər.
Onlar ölü idilər. Bir zaman onları da öldürmüşdülər. Və onların görəvi bizi öldürməkdi. Onlar bizdə ölünü görmək istərlər, tam varlıqları ilə ölümə heyrandılar. Ölümü hüzürlə və rahatlıqla seyr edərlər. Ölümə o qədər vurğundular ki, bir yaşam qığılcımından it kimi ürkərlər, təlaşa düşərlər və dərhal öldürmək üçün düzəvlərini qurarlar.

Bir gün birlikdə böyüdüyümüz, uşaqlığımızı, məsumiyyətimizi, saflığımızı və inamımızı paylaşdığımız öz qardaşlarımız yanlarımızdan əskildi. Onlara tabe oldu, onların qaydalarının, inanclarının içinə kökləndi. Və biz bir gün, dəhşətlər içində çılğınca və məsumca bağırdıq: “Artıq sən əvvəlki kimi yaxın deyilsən, artıq mən sənə əvvəlki kimi hər şeyi danışa bilmirəm”. Və o zaman dəhşətlə başa düşdük ki, həqiqətən o – qardaşımız bizə əvvəlki kimi yaxın deyil və biz ona əvvəlki kimi hər şeyi anlada bilmirik. Bəlkə də onun qəlbi yoxdur. Demək, o da bir ölüdür. Öz qardaşında, öz doğma qardaşında – halbuki, bir qədər əvvəl capcanlı idi, saf idi, sevgi və həyat dolu idi, dost idi – ölünü seyr etməyin və onu əbədilik itirməyin dəhşətini yaşadıq. Beləcə, doğma qardaşlarımız bir gün bizi gözətləyən ölü jandarmlara- nəzarətçilərə çevrildi. Və biz onların da gözlərində bir gün o yad, sınayıcı, şübhəli baxışları gördükdən sonra anladıq ki, biz yalnız buraxılmışıq.

Və biz də onları aldatdıq.
Artıq onları aldatmaq bizimçün faciə deyildi. Bizim varlığımızı danan, onu hesaba almayan, onu başqa şəklə salmağa çalışan onları aldatmaq faciə deyildi. Biz onları aldadaraq qabığımızın içində varlığımızı saxlamağa çalışdıq. Onlar bizim həyatımızı çalmışdılar, qarşılığında onların həqiqət payını çaldıq. Bütün həyatını yalanlara sığınıb yaşamışdılar, biz də öz gerçəklərimizi onlardan saxladıq.

Bir gün “bu həyatı bizə niyə yasaq etdiniz” deyə hesab sorduq,
“yalanların içinə niyə bizi gömdünüz” deyə. Bir gün ardımızda hər şeyi – onları, qardaşlarımızı, bacılarımızı, atalarımızı, analarımızı buraxaraq hər kəsdən və hər şeydən çıxıb getdik. “Bu həyat, bu küçə, bu şəhər, bu kənd bizimdir, onları bizə heç kim yasaq edə bilməz” dedik və bəlirlənməmiş bir saatda, bəlirlənməmiş bir nədənlə, bəlirlənməmiş istiqamətə addımladıq. Özümüzdən, hislərimizdən, istəklərimizdən, əllərimizdən və ayaqlarımızdan utanmadıq. Gecə saat 2, 3, 4, 5 gündüz saat 5, 6, 9, 10, torpaq və günəş, qaranlıq və işıq, şəhərlər və kəndlər, küçələr və evlər- hamısına sahibləndik. Və dünyaya nəhəng dalğaların içinə düşmüş kiçik bir yarpaq kimi kimsəsizcəsinə və sahibsizcəsinə yenidən gəldik.

Müəllif: Sevinc Sultan


Şərhlər: 6
Baxılıb: 395
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ulya 1988
uzundu oxuya bilməyəcəm
17 avqust 2016 15:26
# 6
son bahar
sebrim catmadi oxumaga
17 avqust 2016 12:42
# 5
...
MODABAZ
Sitat: Barbaris
men bawa duwmedim nese ne demekdir
16 avqust 2016 23:53
# 4
Heyata daim gulmek lazimdii
S.Heydarova
Maraqsız oldu
16 avqust 2016 23:48
# 3
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
Barbaris
men bawa duwmedim nese ne demekdir
16 avqust 2016 23:36
# 2
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
vipbetul
bir terefden baxdiqda bu yazini kimlerese hesr etmek olar hamiya ama yox
16 avqust 2016 23:18
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz