Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Adını bilmədiyin qadınla sevişmək...
Adını bilmədiyin qadınla sevişmək...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2501
Səs ver:

 

"Parisdə son tanqo” dramının ssenarisini hələ on-on dörd il əvvəl oxumuşdum.

Sonralar filmi izləmək fürsətim olsa da, bilmədiyim səbəblərdən ona baxmaq istəmirdim.

Nəhayət, bir neçə gün öncə dünya kinosunun canlı klassiklərindən sayılan, italyan Bernardo Bertoluççinin bu filmini izlədim.

"Parisdə son tanqo” o dövr üçün həddindən artıq açıq-saçıq sayılan səhnələrinə (1970-ci illərdə intimoqrafik elementlərdən dolayı filmə keçmiş Sovetlər Birliyində və Avropanın bəzi ölkələrində qadağa qoyulmuşdu) görə ötən əsrin ən qalmaqallı ekran əsərlərindən sayılır.

İş o yerə çatmışdı ki, İtaliya məhkəməsi rejissoru intimoqrafiyanı yaymaqda ittiham edərək ona iki aylıq həbs cəzası vermişdi.

Filmin süjetiniə görə, Parisdə otel sahibi olan orta yaşlı amerikalının arvadı naməlum səbəblərdən intihar edir. Ümidsizliyə qapılmış kişi (Pol- Marlon Brando) təsadüfən rastlaşdığı gənc fransız qadına (Janna - Mariya Şnayder) vurulur.

Yuxarıda dediyim kimi film açıq-saçıq sənhələrinə görə o dövrdə bəzi ölkələrin qadağalarıyla üzləşmişdi. Məşhur epizodlardan birində Pol zorla Jannanın arxasına kərə yağı sürtür.

Sonralar Şnayder müsahibəsində demişdi ki, məlum səhnənin çəklişi zamanı o özünü alçalmış hiss etmiş və 2011- ci ildə xərçəng xəstəlyindən ölən aktrisa ömrünün sonuna kimi kərə yağı yeməmişdi.

Çəkilişlərdən sonra zorlanmış adamın hissini yaşadığını deyən Brando isə uzun müddət Bertoluççi ilə danışmadı.

Bu günümüzdən baxanda filmdəki intim hissələr bizə inqilabi görünmür. Əksinə, ona qadağa qoyulması gülünc gəlir.

Sözsüz ki, filmin unikallığı cinsəl münasibətlərin çılpaq təsvirində deyil.

"Parisdə son tanqo” 1972-ci ildə çəkilib.

1972-ci ilə qədər - çox yaxın 60-cı illərdə "Yeni dalğa”nın simasında fərqli kino estetika formalaşmışdı, Qərb gəncləri burjua dəyərlərinə qarşı çıxır, azad sevgini təbliğ edir, intimual inqilabı öz həyatlarında yaşayır, Amerikada xippilər puritan əxlaqı ilə hesablaşmaq istəmirdi.

Baş verənlərin mərkəzində isə mahiyyətcə bir insan dayanır- qiyamçı insan. Nəyisə dəyişmək, klişelerden qurtulmaq istəyən, artıq əvvəlki qaydalarla yaşamaq istəməyən insan.

"Parisdə son tanqo” məhz bu insan haqdadır.

Bəziləri filmi burjuaziyaya qarşı yönəlmiş hesab edir.

Amma film bəlli təbəqənin, bəlli dəyərlərin hədəfə almaq çərçivələrindən kənara çıxır, o, qlobal, ekzistensial bir şeydən danışır: fərdin dünyanın mahiyyətinə, Tanrıya qarşı qiyamından, insan varoluşunun mənasızlığından.

Polun ona xəyanət edən, yalan danışan və sonra hansısa səbəbdən özünü öldürən arvadını maskalanmış sociumun metaforası kimi də tərif etmək olar.

Maskalanmış socium 45 yaşlı Polu qiyamçıya çevirilir, o, cəmiyyətlə təmasda olmaq istəmir, mənzilinin qapısının arxasındakı hər şey onun üçün zir-zibil, tullantıdır.

Dünya, keçmiş və gələcək onu maraqlandırmır, o sevişdiyi qadının adını, kim olduğunu, hardan gəldiyini də bilmək istəmir. Ailə, din onun üçün riyakarlığın mənbəyidir.

Qısası, ehkamlara maksimalist davranan Pol makiyajsız, natural həyat istəyir.

Amma gənc Janna radikal dəyişikliyə hazır deyil.

"Parisdə son tanqo”nu ölməz edən təkcə bu deyil. Həm də Marlon Brandonun dahiyanə oyunudur.

Brando obrazın tənahlığını, əvvəlcədən məğlubiyyətə məhkum olduğunu dərk edən insanın faciəsini, əlacsızlığını fiziki ağrı səviyyəsində, üzünün hər əzasında göstərir.

Bolluca improvizələr edən aktyorun ifasını tamaşaçı onun gerçək yaşamı kimi qavrayır.

Brandoya filmin nə haqda olması sualı ünvanlananda o "həyat və əzab haqda” cavabını vermişdi.

Filmdə iki kadr xüsusən yaddaqalan oldu. Döşəmədə uzanmış Polun hərəkətsiz, büzüşmüş vəziyyəti ilə küçədəki hərəkətliliyi kamera növbəli göstərir.

Bertoluççi Polun daxili vəziyyəti ilə maddi dünyası arasında müxalifliyin uğurlu təsvirini verir.

Digəri isə restoranda tanqo yarışmaçılarına Pol və Jannanın da qoşulması səhnəsidir.

Onların rəqsi tanqonun qaydalarına tamamilə ziddir. Və onlar öz tanqolarını oynayırlar: Pol Jannanı belinə alır, yerlə sürünürlər, uzanırlar - bununla da özlərinin ruhi vəziyyətlərini ifadə edirlər.

Amma Janannın sonadək Polla birgə olmağa nəfəsi çatmır. Və bu Polun ölümü ilə nəticələnir.

Bertoluççinin sözlərinə görə, filmin ideyası onun intimual fantaziyalarından – öz arzularının qadınına küçədə rast gəlmək və onun adını bilmədən sevişmək arzusundan doğub.

Dahi İsveç rejissoru İngmar Bergmana görə isə, müəlliflər iki homointimualın münasibətindən danşsaydılar, film uğurlu alınardı.


Şərhlər:
Baxılıb: 2501
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz