Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evdə qalmış deməyin!
Evdə qalmış deməyin!
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1770
Səs ver:

 

Evdə qalmiş deməyin!


Bu gün həyatımıza nəzər saldıqda əhatəmizdə evlənmək üçün nisbətən yaşı ötmüş qızları görürük. Lakin bunu da qeyd etmək istərdik ki, gəlin paltarı həsrətində olan, öz layiqli tayını tapa bilməyən yaraşıqlı, səmimi qızlarımız sayı bir o qədərdə çox deyil. Bir təəssüf hissi ilə deyə bilərik ki, yaşı ötmüş qızlara bəzən onların ən yaxın insanları belə qarımış deyə çağırıb onların qəlblərini qırırlar, o, insanda küskünlük, həyata inamsızlıq yaradırlar. Daha düşünmürlər ki, bu insanı təklikdən xilas edəcək yollar axtarılmalıdır, bu insana dəstək olmaq lazımdır, bu insanı çətinlikdən uzaqlaşdırmaq gərəkdir, nəyinki boş sözlərlə onu gözdən salmaq.


Müqayisə aparaq:

Rayonlarımıza, əyalətlərimizə, bölgələrimizə nəzər saldıqda görürük ki, saflığını qoruyub saxlayan, yaşı 30-35 keçmiş qızlarımız əcnəbi ölkələrə müxtəlif məcburiyyət ucbatından üz tutan oğlanların yoxluğundan ailə qurmaq şanslarından uzaq düşüblər. Əgər 15 il öncə bir kəndə 100 oğlan böyüyüb başa çatırdısa, lakin indi onlar kəndə göz açıb uzaq ölkələrdə boya başa çatırlar və uzun zamandan sonra kəndə geri qayıdanda bu mühitdə böyüyən qızları bəyənmirlər. Beləliklə qızların sayı artır, oğlan qıtlığı yaranır.

Şəhər mühitində böyüyən qız isə kəndəkindən fərqli olaraq daha mükəmməl təhsil alıb, yaxşı mənfəət gətirən şirkətlərin birində işlə təmin olur, avtomobil, bəzən də özü üçün yaşayış yeri alır, yaşam tərzini dəyişir. Qarşısına çıxan oğlanın maddi durumu ilə maraqlanır, onu qane etmədiyində narazılıq yaranır və beləliklə hələ öz yarımı tapmamışam deyərək ömür sürür.

Nəticə etibarı ilə yaşlarının bir neçə ilinin itirən hər iki mühitin qızları dedi-qodunun, yalanın maraq dairəsində olurlar. Cəmiyyətin qınağına gəlir.

Yaşı ötmüş qızların siyahısında ali təhsili müəllimə, həkim, dövlət işçisinə rast gəlmək olur.

Xarici yazarların yazılarında yaşı ötmüş qızlar termininə rast gəlmək mümkün deyil, çünki şərqə nisbətən qərbdə həyat tam fərqlidir, qərbçilər bir fikrin təbliğatçısıdırlar; insan kimlə yaşamaq istəsə yaşaya bilər. Lakin şərqdə bu ənənə daha fərqlidir hətta ərəb ölkələrində qızı yetişkənliyinə əsasən daha gənc yaşında ailə qurmağa təhrik edirlər.

Yaşı ötmüş qızlara “qarımışlar” deməyin, çalışın onun həyat qurmasına dəstək olun, ən azından gözəl sözlərinizi əsirgəməyin.

Qızların nəzərinə; əgər öyündüyün gözəlliyin, cah-cəlalın, var dövlətin, işindirsə bunlara heç güvənmə bir gün səni tərk edər onlar, yalnızlığı o zaman hiss edərsən, bəlkə də o zaman çox gec olar. Ağ atlı prinsdirsə gözlədiyin dəyməz çünki atdan düşmüş bir prins belə piyada şəkildə qarşına çıxa bilər amma sən onu görməzsən, bəlkə də atı daha diqqətini çəkib.

Yaşı ötmüş qızların nəzərinə: “Sən yaşının ən gözəl çağındasan; nə uşaqsan, nə də yaşlısan, nə dəlisən, nə də axmaq, nə kasıbsan, nə də varlı – Sən gənclikdən addımlayan bir ailəsən – Qiymətini sən özün ver gec olmadan. Ailə qurmaq yaşındasan”. Məndən keçdi demə. Sən bir ailənin yanan ocağı,  kiminsə ümid sınağı ola bilərsən.



Redakte etdi: Pretty girl



Şərhlər:
Baxılıb: 1770
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz