Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Makyaj Fırçasını Peşəkarcasına Necə Seçməli?
Makyaj Fırçasını Peşəkarcasına Necə Seçməli?
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 3582
Səs ver:

Hazır makiyaj fırçası dəstini almaq heç də həmişə ideal həll deyil. Bəs çıxış yolu nədədir?

Yaxşı olardı ki, öncə,  gündəlik makiyaj proqramınızdan asılı olaraq sizə lazım olan fırçaları müəyyənləşdirəsiniz. Daha sonra onları ayrı-ayrılıqda alaraq tam sizə uyğun özünüzə məxsus fırça dəsti yaradasınız.

Unutmayın ki, pəşəkar və gözoxşayan vizajın başlıca .şərtlərindən biri düzgün seçilmiş fırçalardan istifadədir.

Mükəmməl Makiyaj Üçün Sizə Aşağıdakı 9 Növ Fırça Lazım Olacaq:

1.    Kirşan Fırçası

Makiyaj Fırçasını Peşəkarcasına Necə Seçməli?

Kirşan fırçası kifayət qədər yumşaq və xovlu olmalıdır. Diqqət edin ki, fırça nə çox iri, nə də çox kiçik olmasın. Ortaölçülü fırça ilə kirşanı üz dərisinə çəkmək daha rahatdır.

2.    Ənlik Fırçası

Makiyaj Fırçasını Peşəkarcasına Necə Seçməli?

Ən ideal ənlik fırçası bir qədər maili formada olandır.  Belə fırça ilə ənliyi yanaqlara proporsional şəkildə və peşəkarcasına çəkmək heç də çətin deyil. 

3.    Tonal Krem Fırçası

Makiyaj Fırçasını Peşəkarcasına Necə Seçməli?


Bəzi xanımlar  tonal krem və ya krem pudranı dərilərinə barmaqları və ya süngər vasitəsilə çəksələr də, digərləri bü məqsədlə xüsusi fırçadan istifadə etməyə üstünlük verir. Əgər siz də bu tip kosmetik vasitədən mütəmadi olaraq istifadə edirsinizsə, bu məqsədlə bir qədər codtüklü  və daha yastı fırça seçməyiniz tövsiyə olunur.

Belə fırçanın köməyilə tonal kremi dəriyə mükəmməl şəkildə çəkmək mümkündür.

4.    Gizlədici- Ağardıcı Vasitə Üçün Fırça

Krem pudra fırçası kimi, ağardıcı çəkmək üçün də fırça sıxxovlu olmalıdır ki, üzün nöqsanlarını ustalıqla ört-basdır etmək mümkün olsun. 

5.    Göz Kölgəsi Çəkmək Üçün İki Fırça Alın

Makiyaj Fırçasını Peşəkarcasına Necə Seçməli?

Xırdatüklü fırça göz kölgəsini çəkmək, yastı fırça isə rəng çalarlarını bir-birinə qarışdırmaq üçün nəzərdə tutulur. 

6.    Qaş Fırçası

Makiyaj Fırçasını Peşəkarcasına Necə Seçməli?

Qaş fırçasının bir tərəfində mütləq kiçik daraq, o biri tərəfində isə codtüklü xov olmalıdır.

7.    Maili Bucaq Formasında Kİçik Fırça

Makiyaj Fırçasını Peşəkarcasına Necə Seçməli?

Belə fırça adətən göz layneri çəkmək və ya qaşları rəngləmək üçün tətbiq olunur.  Olduqca nazikxovlu fırça bu işi yüksək məharət və səliqə ilə yerinə yetirməyə imkan verir.

8.    Dodaq Fırçası

Makiyaj Fırçasını Peşəkarcasına Necə Seçməli?

Dodaq boyası və dodaq parıltısı çəkmək üçün sizə mütləq kiçikölçülü, sərt fırça gərəkdir.

 



Şərhlər:
Baxılıb: 3582
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz