Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gözlərin Yorğunluğunu Çıxarmaq Üçün 4 Effektiv Üsul
Gözlərin Yorğunluğunu Çıxarmaq Üçün 4 Effektiv Üsul
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1045
Səs ver:

Gözlərimizin həyatımızda nə dərəcədə əhəmiyyətli olduğunu vurğulamağa, məncə, heç bir ehtiyac yoxdur. Amma çox təəssüf ki, biz, insanlar qiymətli hər nə varsa, onun dəyərini itirəndən sonra anlayırıq.


Gözlərin Yorğunluğunu Çıxarmaq Üçün 4 Effektiv Üsul.


Aşağıdakı Məsləhətlərə Riayət Etsəniz, Hətta 80 Yaşından Sonra Da Normal Görmə Qabiliyyətinizi Qoruyub Saxlamış Olarsınız:

 


1.    Qidanıza Diqqət Edin.

Gözlərin sağlamlığı üçün ən çox A vitamini tələb olunur, lakin B, C və D vitaminlərinin çatışmazlığı da müəyyən göz xəstəliklərinə səbəb ola bilər. Ona görə də rasionunuzda bu vitaminlərlə zəngin qidalar, xüsusilə də balıq bol olmalıdır. Bundan əlavə, çalışın ki, hər gün təzə sıxılmış kök şirəsi içəsiniz.  

2.    Gözləriniz Üçün Gündəlik Gimnastikanı Unutmayın.

Yaddan çıxarmayın ki, təkcə bədənimiz deyil, vacib orqan olan gözlərimiz də formada olmalıdır. Onlara lazımi diqqət yetirmədiyimizdən çox erkən yaşlarda eynək taxmalı oluruq. Bunun qarşısını almaq üçün gün ərzində bir neçə dəfə, əgər kompüter arxasında çox işləyirsinizsə, onda hər saatda 1 dəfə 3-5 dəqiqəlik fasilə vermək və aşağıdakı yoqa gimnastikasını etmək lazımdır:

-       Gözlərinizi geniş açın. Göz bəbəklərinizlə maksimum yuxarı baxın. Belə vəziyyətdə 1 saniyə qalın.

-       Sonra bacardığınız qədər sağa baxın (1 saniyə).

-       Daha sonra bacardığınız qədər aşağı baxın (1 saniyə).

-       Və nəhayət, sola baxın (1 saniyə).

Bu məşqi 10 dəfə saat əqrəbi istiqamətində və 10 dəfə də əksinə yerinə yetirin. Məşq zamanı ola bilər ki, gözünüzdə ağrı və ya gərginlik hiss edəsiniz, buna görə narahat olmayın. Bu o deməkdir ki, göz əzələlərinizi maksimum dərəcədə işə salmısınız və nəticədə, bu, gözünüzün yaxşıca dincəlməsinə səbəb olacaq.   

3.    Gözlərinizi Masaj Edin.

Gərgin iş gününün sonunda yatmazdan əvvəl 5 dəqiqə göz ətrafında fəal nöqtələri masaj edin:

-       Gözün kənar ucuna yaxın nöqtə;

-       Qaşınızın orta hissəsi;

-       Gözün burun ətrafındakı uclarını.

Belə masajdan sonra gözdə qan dövranı yaxşılaşır. Hətta dərhal diqqət etsəniz, görərsiniz ki, hər hansı bir əşyanı əvvəl gördüyünüzdən daha aydın görürsünüz. Deməli, bir müddət hər gün olmaq şərtilə bu akupunktur nöqtələri masaj etsəniz, görməniz yaxşılaşacaq. Bu metod sınaqdan keçirilmişdir, həqiqətən, nəticələr olduqca müsbətdir.  

4.    Boş Vaxtlarınızda Gözlərinizə Maska Və Kompreslər Qoyun.

Həftədə 1 dəfə də olsa, buna mütləq vaxt ayırın. Hər gün işdən sonra buna adət etsəniz, lap yaxşı olar. Bu, heç 10 dəqiqə vaxtınızı almayacaq. Bu yolla, gözünüzün yorğunluğunu çıxararaq onun sağlamlığını təmin etmiş olarsınız.

Gərgin işdən sonra gözün yorğunluğunu çıxarmaq üçün faydalı kompres resepti:  

Dəsmalda burun və ağız üçün yer açıb onu cökə çiçəyi dəmləməsində isladın və üzünüzə qoyun. Bu zaman həm gözünüz dincələcək, həm də üzünüz qidalanacaq.

Yorğunluq və gözətrafı qırışlara qarşı maska:

Göz dairəsi boyda 2 torbacıq tikib ora bir az çay və ya çobanyastığı çiçəyi və cəfəri tökün və 5-10 dəq qaynar suya salın. Sonra onları ilıq şəkildə gözlərin üzərinə qoyun. Belə kompres yorğunluğu çıxarmaqla yanaşı, həmçinin göz ətrafında qırışların əmələ gəlməsinin də qarşısını alır.

Göz altındakı kölgələri yox etmək üçün belə bir maskadan istifadə edə bilərsiniz:

Təzə cəfərini xırda-xırda doğrayıb yaxşıca əzərək sıyıq halına gətirin və qara kölgələrin üzərinə çəkin.  

Bütün bu məsləhətlərə kompleks şəkildə riayət olunarsa, daha effektiv nəticə alınar. İstənlən profilaktika müalicədən daha yaxşıdır. Başqa sözlə, daim gözlərinizin gərginliyini çıxararsınızsa, onlar heç zaman zəifləməz.



Şərhlər:
Baxılıb: 1045
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz