Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlar niyə ağlayır?
Qadınlar niyə ağlayır?
Göndərən: NoName
Şərhlər: 16
Baxılıb: 744
Səs ver:
Belə qəbul edilib ki, qadınların göz yaşı ta uşaqlıqdan onların ayrılmaz hissəsinə çevrilir. Bəs görəsən qadınlar niyə tez-tez ağlayır? Kişilərin fikrincə, qadınlar ağlayıb-sızlamağı sevir. Gəlin buna başqa baxış bucağı altında – tibbi nöqteyi-nəzərdən baxaq.

Göz yaşı hardan gəlir?
Hormonlar – endokrin vəziləri sisteminin hasil etdiyi bu kimyəvi maddələr həm kişilərin, həm də qadınların emosional vəziyyətini təyin edir. Qadınların göz yaşlarının miqdarına əsasən prolaktin hormonu təsir edir: onun səviyyəsi nə qədər yüksək olarsa, göz yaşları bir o qədər çox axar. Kişi hormonu olan testosteron göz yaşları yaranmasını azaldır, buna görə də qadınlar kişilərə nisbətən daha tez-tez ağlayırlar.

"Hormonal partlayış”
Hər bir qadının xoşbəxt həyatında "hormonal partlayış”ın baş verdiyi dövrlər olur. Bu, qızlarda aybaşının başladığı böyümə dövrü, hamiləlik, doğuş və klimakteri (hormonal sistemin sönməsi) dövrüdür. Hamı bilir ki, ağladıqdan sonra insan yüngülləşir. Ağlayan kəs sakitləşir, çünki göz yaşları ilə birlikdə stress hor]monlarının qalığı xaric edilir.

"Qiymətli” göz yaşları
Hormonların artıb-azalması zamanı qızlar stressə, məişət qayğılarına, şəxsi həyatdakı uğursuzluqlara qarşı həssas olur. O ağlayır, stress hormonları isə azalmır. Bu zman orqanizm əsəbi cəhətdən tükənir. Deməli, stress səbəbindən nə qədər çox göz yaşı axarsa, bu, orqanizm üçün bir o qədər "qiymətli” olacaq.

Bütün qadınlar eynidir
Bu, heç də doğru deyil. "Ağlağan xarakter”ə mənfi amillər də təsir edir: temperamentin melanxolik tipi, sıxıntılı irsilik (yaxın qohumlarda depressiya, suisidə cəhd halları), uşaqlıqdan sağlamlığın zəif olması, fiziki xəstəlik (başın zədələnməsi, insult, vitamin çatışmazlığı və s.). Nahaq yerə deməyiblər: "Sağlam bədəndə sağlam ruh olar”. Belə amillərin olmaması qadınların hormonal dəyişikliklərin öhdəsindən asanlıqla gəlməsinə səbəb olacaq.
Buna görə də çalışmaq lazımdır ki, stresdən gözəl qadın gözlərindən bir damla da olsa göz yaşı axmasın. Çünki göz yaşları heç də həmişə "yüngül” deyil, bəzən "qızıla bərabər” olur.


Şərhlər: 16
Baxılıb: 744
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
kiraz mevsimci kiz
ele insanlarin ugrunda aglayiriqki deymez amma ne urek ne de goz yaslari soz dinlemir
29 iyul 2016 14:17
# 16
RƏBBİM bütün əsgərlərimizi qorusun qardaşımda onların içində
Fialka
Ən sevmədiyim bir haldır qadının ağlaması hələdəki bu cüzi və önəmsiz şeydirsə daha betər).. Düzdür qadın özü həssas varlıqdır amma göz yaşları hər şey üçün axıdılmamalıdır..Təbii bu fikrim timsah göz yaşları arxasında gizlənən saxta biriləri üçün keçərli deyil))..
26 iyul 2016 14:16
# 15
savior angel
Aglamaq duzdu insani rahatlawdirsa da sonradan stresede salir.Cunki guclu baw agrilari ve gozdeki wiwkinliklere baxdiqca insan daha pis olur.Men yalniz aglamaqla sakitlewirem amma eger meni agladan ciddi sebeb varsa cetinki kimse meni sakitlewdire bilsin cox kovreyem hedsiz adi bir duygulu soz bele meni aglada biler yeni o qeder hessasam
25 iyul 2016 21:09
# 14
I choose to be happy
ilk nur
Goz yawlarim ocumun icindedi .adi xirda wey uste xetrime deyseler bele aglayiram .ozumden asli deyil
25 iyul 2016 16:50
# 13
YalniZ-ArZu
Aglamaqla aram olmaz,aglagan deyilem.Cox ciddi sebeb olarsa aglayaram.Ya da arada olur elementar weylerden aglamaq geler mene,hec kimin goz yawimi gormesine icaze vermirem.Aglayanda tenhaliqda aglayaram,kecer geder.
Hec birimiz aglamayaq,goz yawlarimiz sevincden olsun INWALLAH!
25 iyul 2016 15:53
# 12
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
evli.mutlu.cocuklu
Bu xəbər ikinci dəfədir paylanılır. Insan ağlayanda sakitləşir mən anlamasam sakitləşmərəm cüzi bir şey olsa belə ağlayıram təkliyi sevənlər lap çox ağlayırlar məndə elə təkliyi sevirəm deyə çox ağlayıram ama ağlayanda sonra gülməyi də bacarıram xoşum gəlmir mən ağlayanda görsünlər məni ama güləndə
25 iyul 2016 15:30
# 11
Gülüş.
Aglamaq insani rahatlasdirir .kimse qelbime deyende, mene biri acili soz deyende cavab vere bilmiremse aglayib sakutlesirem .aglamasam bogularam
25 iyul 2016 12:55
# 10
MODABAZ
Men cooox aglayanam qebul ımtahanına gedende otaqda agladım cıxanda agladım masında agladım eve gedende agladım balları hesablayanda agladım ınsallah balımın netıcelerı cıxsın ondada sevınc yasdarı olsun aglayaram ammma cooox pıs seydııı
25 iyul 2016 12:30
# 9
Heyata daim gulmek lazimdii
Barbaris
Sitat: seh damlasi
Mencü tekce qadinlar aqlamir.ele kisiler var ki qadindan neterdi.

Mencü tekce qadinlar aqlamir.ele kisiler var ki qadindan beterdi.sadece olaraq bunu kimse görmesin deye gizlinçden ağlar...men her seye aqlamiram.aqladimsa demeli ciddi bir sey var...


men de her şeyə ağlamıram
25 iyul 2016 09:26
# 8
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
aziz a
Herden Hec neden Gozlerinin yasi sel kimi tokulur,yadima en qemli gunlerimi salib Daha da honkururem.herden ise ureyim aglamaq dan ortu partdayir gozumden yas cixmir !!!!
25 iyul 2016 00:30
# 7
Qelbim doludu !!!!
Onun_Mələyi
Mencü tekce qadinlar aqlamir.ele kisiler var ki qadindan neterdi.

Mencü tekce qadinlar aqlamir.ele kisiler var ki qadindan beterdi.sadece olaraq bunu kimse görmesin deye gizlinçden ağlar...men her seye aqlamiram.aqladimsa demeli ciddi bir sey var...
25 iyul 2016 00:17
# 6
Bir duam var,səndən amin gözləyirdua09123
ummuselma
Ağlamamaq bir xosbextcilikdir məncə. Çünki mən aglagsnam, biri pis söz deyəndə ona cavab verə bilmədiyim vaxt goz yaşlarım axır. Boş boşuna aglamiram, çox qırılanda, ən çox atamı xatırlayanda ağlayıram. Allah ona rəhmət etsin
24 iyul 2016 23:58
# 5
Cindrella
Mende demek olar aglaganam.Xosuma gelmeyen bir sey olanda,eseblesende ,qelbim qirilanda,qisqananda,kusende ozumu tuta bilmeyib derhal gozlerim dolur.Hetta sevinende bele.Bezen ele olur ki hec ozum de bilmirem neye aglayiram.Amma bunu cox zaman hec kese bildirmirem.Hetta dostlarima bele.Qadin guclu gorunmelidir.Gozyaslari zeif oldugunu deyil,bu gune qeder guclu oldugunu gosterir.
24 iyul 2016 23:42
# 4
Nur Melikzade
Mende aglayanda rahatlayiram.Hemişe evde tek oluram deye aglamaq isteyende rahat aglayiram.Birde Sezen Aksunun "sen aglama" mahnisini ewiden kimi ozumden asili olmayaraq gozumden yaw suzulur.Halbuki aglama deyir.
24 iyul 2016 23:31
# 3
İmza
rəmsə
29 yaşım olmasına rağmən həyatda çox çətinliklər çəkmişəm,hər sınaqdan keçmişəm.Zaman zaman ağlağan zaman zaman da daş ürək olmuşam.Ama hərdən ağlamağım lazım olan yerdə ağlaya bilməmişəm,daş ürək olmuşam.Ama elə vaxt ən mənasız şeyə ağlamışam.Həqiqətən də içimizə atmaqdansa ağlayıb stres hormonlarımızı atsaq daha yaxşı olar.Bu dəqiqə o hormanların içində boğuluram,ama ağlaya bilmirəm,bir bəhanə tapsaydım ağlayardım:)
24 iyul 2016 23:17
# 2
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
vipbetul
maraqli melumat oldu hansi donem olursa olsun qadinda aqlanilmasini sevmirem
24 iyul 2016 23:07
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz