Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evliliyi nələr öldürür?
Evliliyi nələr öldürür?
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 1364
Səs ver:
 
alt

 Seçimlər əhəmiyyətlidir həyatımızda. Və əslində bir çoxumuz bilirik ki, bütün həyatımız bizim seçimlərimizdən ibarətdir. Bəzən istədiklərimizin xaricində hadisələrdə reallaşa bilər. Və buna qismət deyirik. Amma bilmədiyimiz ya da görməməzlikdən gəldiyimiz ən böyük mövzu, seçdiyimizin xaricində qalan bir çox hadisə də bizim başqa seçimlərimizin nəticəsində yaranmasıdır. Bilirəm bir az qarışıq oldu. Amma indi nə demək istədiyimi anlayacaqsınız.

 

Bir çoxumuz istəyərək və sevərək evlenirik. Evlilik əvvəlində və ilk dövrlərində sevinc içində bütün mənfiliklərə sinə gərərək əlaqəmizi kef içində davam etdiririk. Amma sonra bütün sehr pozulur. Seçimlərimizin mövzusunda şübhəyə düşərik. Evliliyimizi və əlaqəmizi təhlil etməyə başlayırıq. Əslində bu ilk xətadır və ümumiyyətlə arı kovanına çomaq soxmaq ilə eyni şeydir. Çünki mükəmməl evlilik və ya əlaqə deyə bir şey yoxdur. Onu mükəmməl görən bizik. Və baxış bucağımızı işıqlıqdan, əvvəl bir az ala toranlığa və sonrada zülmət qaranlığa çevirən yenə bizim ürəyimizdir. İnsanlar hər şeyi görmək istədiyi kimi görür. Bir əlaqə əslində başda nədirsə sonda da odur. Bunu dəyişdirib, fərqli formalara salan bizik.

Məhz evlilikləri ilk öncə yaralayıb, sonra da öldürən şey budur. Evliliyimizin və ya əlaqəmizin davamını öz seçimlərimizə görə dəyişdirməyə çalışmaq, onu bir qəlibə və ya ümumi xəttləriylə mükəmməl olduğuna inandığımız filmlərdəki evliliklərə çevirməyə çalışarkən həm biz köhnəlirik, həm də qarşımızdakını köhnəldərik. Halbuki, birlikdə olmaqdan kef edən iki insanın xoşbəxt birliyindən ibarətdir.


  Evlilikləri öldürən ikinci mövzu yenə seçimlərimizdən qaynaqlanır. Evlilikdən  sonra cütlər, ya öz qərarları ilə ya da qarşısındakı adamın təzyiqi nəticəsində iki qərardan birini seçərlər. İlk seçim hər şeyi birlikdə etmək, hər an birlikdə olmaq və hər cür addımı birlikdə atmaqdır. İkincisi isə hər kəsin öz həyatı olduğu və hər kəsin evliliyinin xaricindəki sosial həyatını tək başına davam etdirməsi qərarıdır. İlki bir müddət sonra boğucu olmağa başlayır, ikincisi isə evlilikləri eyni evi ortaq kiralayan , iki ev yoldaşının səviyyəsinə gətirir. Əgər o arzularım müəyyən bir tarazlıqda tutulub, birlikdə ayrı bir həyatı qarışıq bir həyata döndərə biləriksə, evliliyin ölməsinə və sizin də cinayətdən mühakimə olunan bir günahkar olmağınıza ehtiyac yoxdur.



Şərhlər:
Baxılıb: 1364
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz