Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınların yemək alışqanlıqları onların xarakterindən xəbər verir
Qadınların yemək alışqanlıqları onların xarakterindən xəbər verir
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1873
Səs ver:


alt

 

Estetik zövqlülər.


 Belə qadınlara yaxınlaşmaq hər adamın hünəri deyil. Əvvəlcə düşünün: pulunuz və zövqünüz onun tələbatını ödəməyə çatacaqmı, yalnız bundan sonra hərəkət edin. Belə qadınlar daha çox romantik olur, pilləkənlərə səpələnmiş qızılgül ləçəkləri, sakit şam işığı, romantik musiqi, masa üzərində şamdan, qızılgüllər, gözəl süfrə, bahalı serviz və qab-qacaq,  ananas, şampan şərabı, balıq kürüsü, meyvələr, fransızsayağı hazırlanmış tort-sufle… Ən əsası, süfrənin bəzədilməsi və qablaşdırılmasıdır. Belə şəraitdə çəngəl-bıçaqla yemək mütləqdir (meyvə, ət, balığı). Hətta söhbət edəndə belə bütün bunları unutmayın. Əlavə olaraq, sizin dəbdə olan hər bir yeni  kitab haqqında məlumatınız olmalıdır.

Məhəbbəti xoşlayırlar və ona yaradıcı yanaşırlar, kişilərdən xüsusi  nəvaziş və nəzakət gözləyirlər.

        

 Ləzzətli yeməkləri xoşlayanlar (qurmanlar)


 Bütün yeni ekzotik və dəbdə olan qidaları sevirlər. Yəqin ki, çin və yapon restoranlarının pərəstişkarlarıdırlar. Onlar üçün yemək hazırlayıb, özünüzü yormayın. Xoşladığı yeməyi restoranda sifariş etsəniz, kifayətdir. Əsas odur ki, ekzotik olsun. Məsələn, qurbağa pəncəsi, ilan şorbası, üzüm ilbizləri, dəniz ilbizləri və s. Əgər bunları yemək sizə xoşdursa, onda siz də onlara qoşulun.

Ekzotik qoxu verən çöplər, musiqi, şərq xalçaları, heyvan dərisi, şərqlilərə məxsus döşəmə üzərində şam yeməyi onlar üçün maraqlı və xoş təəssürat yaradır. Əlçatmaz yerlərdən, maraqlı coğrafi hadisələrdən söhbətlər açmaq onlara maraqlı görünəcək.

Belə qadınlar ekzotik məhəbbəti xoşlayırlar. Onlardan qeyri-adi hərəkətlər, davranış gözləmək olar. Onlar həmişə yeniliyə can atır.

 

  Yeməyə  qarşı laqeyd olanlar


 Belələrinə də rast gəlmək olur: ona nə yedirirsən yedirt, o bunu qiymətləndirmir və az yeyir. Belələri üçün nə yeməyin fərqi yoxdur - qızarmış toyuq və ya xərçəng çöpləri. Onun üçün zülal, yağ, karbohidratlar mövcuddur. Belələri üçün masa üzərində qabların necə  düzülməsinin da əhəmiyyəti  yoxdur.

Belə qadınlar soyuqqanlı və qənaətcil olurlar. Yeməyə qarşı laqeyd olanlar məhəbbətə də biganədirlər.

 

 Şirniyyat yeməyi xoşlayanlar


 Belə qadınlar konfet, şokolad, dondurma yeməyi xoşlayırlar. Onlar üçün ən gözəl və qiymətli hədiyyə şirniyyatdır. Onlar daha çox sədaqətlidirlər.

 

Pəhrizin qurbanı.


 Belə qadınlar nə yağlı, nə xəmir, nə şirin, nə də qızardılmış yeməkləri yemirlər. Özlərini yalnız buxarda bişmiş, duzsuz, şəkərsiz xörəklər yeməyə məcbur edirlər. Özü də xüsusi saatlarda və hər bir qidanın kalorisini sayaraq. Bu işdə onların dəmir iradəsi köməyə çatır. Yəqin ki, siz onların yediklərini bəyənməyəcəksiniz. Belələri ətrafdakıları da dadlı yeməklərdən çəkindirir. Bu cür qidalanma sizə xoşdursa, onda yaxınlıq etməyə dəyər.


Romantik şam yeməyinə qərar vermisinizsə, o zaman aşağıdakı məsləhətləri qaçırmayın:

Ən xırda təfərrüratı ilə qonağınızın nəyi yeməyi xoşladığını öyrənin;

Görüşə getməzdən əvvəl yaxşıca qidalanın ki, sonra bu, mümkün olmayacaq;


Masa üzərində qidalı maddələrə nisbətən mineral sular, şirələr, meyvələr, göyərti və tərəvəzlər, eləcə də çiçəklərin üstünlük təşkil etməsi sizi təəccübləndirməsin.

Belə  qadınlar sevdikləri şəxs tərəfindən  daha çox qayğıya və diqqətə ehtiyac duyurlar.   

 

Bəs sizin yemək zövqünüz necədir?

 

 

Redakte etdi: Pretty girl



Şərhlər:
Baxılıb: 1873
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz