Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanı uçuruma aparan cahillik!
Azərbaycanı uçuruma aparan cahillik!
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1363
Səs ver:

 

 

Ellada Qorina
Psixoloq-məsləhətçi, psixoterapevt

Sirr deyil ki, bizim cəmiyyətdə erkən nikah problemi yaşanmaqdadır. Bu təzahürün miqyası təəccüb doğurur.
İlk baxışdan, o qədər də xoş olmayan əhvalatların tamamilə müxtəlif və bir-birilə əlaqəsi olmayan motivləri baş qəhrəmanları eyni bir nəticəyə – erkən nikaha gətirib çıxarır. Biri həyat barədə yanlış təsəvvürləri üzündən tələyə düşür, digəri şəraitin və valideyn cahilliyinin qurbanına çevrilirlər.

Qəbuluma ortayaşlı, ziyalı qadın gəlib. O, gözlərində təəccüb və qorxu, titrək səsi ilə qızı barədə danışır: "Təsəvvür edirsiniz, onun on altı yaşı var!… Amma artıq ərə getməyə hazırlaşır! İyirmi yaşlı oğlana! Oğlanın ailəsi çox imkanlıdır!.. Siz bir düşünün, 16 yaşı var. Mən dəli oluram, o məni sakitləşdirir ki, "narahat olma, bizim sinifdə bütün qızlar tez ərə getməyə hazırlaşırlar, ikisi nişanlıdır, mənim onlardan nəyim pisdi ki?”… Onlara nə olub belə? Biz o yaşda dərs barədə düşünürdük, ən uzağı, oğlanlarla görüşürdük. Ərə getməyi arzulayırdıq… əlbəttə, gələcəkdə… Amma belə… ”

Şəhərdə yaşayan ziyalı ailəsi öz övladına layiqli təhsil, sənət verməyə çalışır və bunun fonunda qız məktəbi bitirməmiş gözlənilmədən ərə getməyə qərar verir. Bu, yeganə hadisə deyil, onun yaşıdları arasında belə tendensiya müşahidə olunur.
Övladlarına təəccüblənən valideynlər övladları ilə qeyri-şüuri olaraq, qeyri-səmimi davranırlar. Ətraf aləmlə qarşılıqlı münasibətlərin yolları ilk növbədə ailədə aşılanır.

Bu gün bir çox ailələrdə mənəviyyatdan danışılsa da, "dünyanı pul udarə edir” kimi kobud nəzəriyyəyə üstünlük verilir. Uşaqlar ikili standartlar mühitində böyüyürlər: bir tərəfdən, onlara birbaşa şəkildə insan münasibətlərinin və təhsilin vacibliyindən danışırlar, digər tərəfdən, dolayısı ilə uşaqları tamam başqa nəticələrə yönəldirlər.

Amma ən yanlış fikirlərdən biri budur ki, bu gün təhsil öz bilik və bacarıqlarını tətbiq etmək, özünüifadə və dünyaya fayda vermək imkanına çıxış üsulu kimi deyil, zənginləşmə yolu kimi izah olunur: yəni, nə qədər savadlı olsan, həyatını bir o qədər asanlıqla qurarsan və yaxşı gəlirin olar.

Uşaq və yeniyetmə psixikasında əsas ideya möhkəmlənir – pul lazımdır. Uşaqlar valideynlərə nisbətən arzulalarına çatmaqda daha operativ olduqlarından, onlar məqsədlərinə çatmaq üçün daha az enerji tələb edən yollar axtarmağa başlayırlar. Uzun təhsil illəri, kitab üzərində baş sındırmaq, müəllimlərlə əsəb çarpışmaları, gələcəkdə işə düzəlməkdə rast gəlinəcək çətinliklər uğurlu ər tapmaq kimi zənginləşmək üsuluna uduzur.

Çox zaman bu cür tələskən arzuların və addımların səbəbi valideyn "əsarətindən” qurtulmaq olur. Bir çox ailələr hələ də övladlarının, xüsusən qız uşaqlarının tərbiyəsində mühafizəkar, bəzən hətta patriarxal baxışlara sahibdirlər. Gənc qızlar dost və əyləncə seçimində məhdidiyyətlərlə üzləşirlər. Amma çağdaş dünya öz qaydalarını diqtə edir, internet azad həyatın cəlbedici perspektivlərini açır. Qızların fikrincə, ərə getmək azad dünyaya təminatlı buraxılış vərəqəsidir. Onlar nikahı yalnız sərhəd qismində görürlər, sanki, onu yalnız kağız üzərində gerçəkləşdirmək kifayətdir ki, çoxdan arzuladığın firavanlığa və azadlığa qovuşasan. Sonra zərurət yaranarsa, asanlıqla boşanmaq olar. Gənc zehinlərin xəyalında bu cür zərərli model dolaşmaqdadır.

Şəxsiyyət kimi tam yetişməmiş qızlar bu addımlarının sonrakı fəsadları barədə düşünmürlər. Onlar yalnız toy tortunun ləzzətli dilimini görürlər. Qızlar ehtimal etmirlər ki, onu bişirmək üçün çox şey lazımdır və bu tortun haqqını ödəməlisən. Keçmişdə əgər hətta nakiha hansısa məntiqi hesablamaya əsaslandıqda belə, gənclər öz statuslarına daha böyük məsuliyyətlə yanaşırdılar. Bu status onlar üçün xüsusi məna ifadə edirdi və toxunulmaz bir şey idi.

Bizim dövrümüzdə maddi və şəxsi problemlərin nikaha girmək yolu ilə həlli mənəvi planda cahilliyin nəticəsidir və bu, həyat istiqamətlərinin və dəyərlərin qarışmasına gətirib çıxarır. Erkən nikahların ilkin siması belədir.

Əvvəlcə belə gəlir ki, bizim növbəti əhvalatımızın qəhrəmanı ilə hər şey başqa cürdür.

Qəbuluma şəxsi məsələ ilə bağlı yorğun bir çalışqan xanım gəlmişdi. Söhbət zamanı məlum oldu ki, o, 14 yaşlı bacısı qızı ilə yaşayır. Qız onu ərə verməyə çalışan valideynlərindən qaçıb, xalasının yanında sığınacaq tapıb. Qadın qohumları ilə münasibətlərinin pozulmasını istəməsə də, qıza yazığı gəlib və ona evində yaşamağöa icazə verib.

Necə olur ki, hələ yeniyetmə yaşlarında qızlar ərə verilir? KİV bu nəticəyə gəlir ki, problem valdieynlərin cahilliyində və savadsızlığındadır. Maddi güzəranın ağırlığı fonunda bu, faciəvi nəticələrə səbəb ola bilər. Amma bu halda maddi məsələ aysberqin zirvəsini təşkil edir. Cahillik – əsl problemin adı budur. Rayonlarda və kəndlərdə təhsillə bağlı vəziyyət heç də həmişə ürəkaçan deyil, xüsusən də son illərdə insanların hüquqi, etik və dini normalar barədə real təsəvvürləri yoxdur. Onlar sadə tibbi biliklərə malik deyillər və islam barədə təsəvvürləri çox kasaddır. Bəzi din nümayəndələri də bundan məharətlə istifadə edirlər.

Dini doqmalarla manipulyasiya edən bəzi mollalar maddi fırıldaqlara əl atırlar və cahil əhalinin hesabına zənginləşirlər.
Valideynlərin özləri az təhsil gördüklərindən, kor-koranə ənənələrə və onlara sırınmış dini prinsiplərə tabe olduqlarından, yeniyetmə qızlarını ərə verməyin əvəzində mömin statusu qazanmaq arzusundadırlar. Buna görə də, xoşagəlməz və ağrılı proseslərə səbəb olacaq hüquqazidd hərəkətlərə əl atırlar. Bizim ikinci əhvalatımızın qəhrəmanının hələ "bəxti gətirib”, o, "yalnız” ailəsinin dəstəyindən məhrum olub, məktəbi atıb və gələcəyini çətin təsəvvür edir, halbuki elə erkən ərə getmiş qızların da ailə həyatı və doğuşla bağlı çoxlu problemləri var…

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın sözlərinə görə, tez-tez erkən nikahlara bəraət qazandırmaq üçün islama istinad edirlər: "Amma unudurlar ki, islama görə, qadının razılığı olmadan onun ərə verilməsi böyük günahdır”.
Bu səbəbdən də, övladlarını cənnət bağlarına "satan” valideynlərin məsuliyyətə cəlb olunmasını nəzərdə tutan qanunun tətbiqi məcburidir, amma yetərli deyil. Cahil psixologiyası və geridəqalmışlıqla xüsusi təhsil proqramlarının tətbiqi, əhali ilə maarifləndirmə (o cümlədən dini sahədə) işlərinin aparılması yolu mübarizə aparmaq olar.

Göründüyü kimi, erkən nikah motivasiyalarındakı bütün səthiliklərə baxmayaraq, problemin bir kökü var: cahillik. Hər cür cahillik – bu, inttelktual cahillik də ola bilər, dini də – bizi zəiflədir və uçuruma sürükləyir.



Şərhlər:
Baxılıb: 1363
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz