Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
15 yaşında ailə qurdu və....
15 yaşında ailə qurdu və....
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 6215
Səs ver:

 

1987-ci il təvəllüdlü Elman Kərimov 1993-cü il doğumlu Güllər Nurməmmədovanı qaçıranda sonuncunun 15 yaşı vardı. İzdivaca hər ikisi razıydı. 

Həmin vaxtdan ötən ilədək olan müddətdə Şamaxı rayonundakı kənddə, valideynlərinə məxsus evdə və Bakı şəhəri Binəqədi rayonu ərazisində kirayədə faktiki ər-arvad kimi yaşayıblar.

Güllər yad şəxslərlə gizlicə telefonla danışdığını, yanvarın 20-də əmisigildə qonaq olarkən evdən qaçıb getdiyini görən Elman ona xəyanət olunduğundan şübhələnib. Bu səbəbdən də Gülləri qısqanclıq zəminində öldürmək məqsədilə onu yanvarın 21-də gecə təxminən saat 2 radələrində Novxanı-Sumqayıt yolunun kənarında, Xəzər dənizi sahilindəki "Uğur" çimərliyinin ərazisinə aparıb. Orada Güllərin başını kəsərək onu xüsusi amansızlıqla qətlə yetirib.

"Sevib ailə qurduq"

Elman Kərimov məhkəmədə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Məhkəməyə ifadəsində göstərib ki, mərhum Güllər Nurməmmədovagilin qonşuluğunda yaşayıb və onu 8-ci sinifdə oxuduğu vaxtdan tanıyıb. O zamandan Güllərlə tanış olub, bir-birlərini seviblər: "Fevralın 23-də Güllərin öz razılığı ilə onu qaçıraraq, valideynlərimin yanına apardım. Fevralın 28-də qızın öz razılığı ilə onunla yaxınlıq etdim və faktiki ər-arvad kimi yaşamağa başladım. Aprel ayının ortalarında işimlə əlaqədar Bakı şəhərinə gəldim, Sulutəpə qəsəbəsində yaşayan əmimgildə qaldım. Arvadım Güllər isə rayonda, valideynlərimin yanında qaldı.

Aprelin 21-də Güllər atamgilin evindən qaçaraq öz valideynlərinə zəng etmiş, onlar da Gülləri tapıb Bakıya, öz evlərinə aparmışdılar. Bu hadisədən sonra Güllər beş-altı ay valideynlərinin yanında qaldı. Sonra mən metro yaxınlığında kirayə ev tutub Güllərlə birlikdə həmin evə köçdüm.

"Əmim arvadı məni yuxudan oyatdı"

Yeni il ərəfəsində Gülləri yenidən Şamaxıya, atam evinə apardım. Həmin vaxtlar Güllər gecə saatlarında müxtəlif şəxslərə zəng etdiyi üçün aramızda narazılıqlar yaranmışdı. Bir neçə gündən sonra Güllərlə birlikdə Bakı şəhərinə gəldim, qohumum Familin Binəqədi rayonu 3-cü mədən küçəsindəki evində kirayədə qaldıq.

Yanvarın 19-da gecəni Güllərlə birlikdə əmim Eyyubun evində qalmışdıq. Təxminən gecə saat 2-3 radələrində əmim arvadı Xuraman məni oyadıb Güllərin yatdığı yerdə olmadığını dedi. Güllərin mobil telefonunu da götürüb evdən getdiyini görüb əmim oğlu Yaşarın telefonundan ona zəng vurdum.

Onun Sulutəpədəki dörd yol ayrıcında olduğunu öyrənib tapıb evə gətirdim. Evdən qaçmasının səbəbini soruşduqda, Güllər mənə guya darıxıb getdiyini dedi. Lakin Güllərin mobil telefonuna baxdıqda, telefonun yaddaşında iki yad nömrə gördüm. Buna görə əsəbiləşib Gülləri vurmaq istədim, ancaq əmim qoymadı.

Ertəsi gün Güllərlə birlikdə əmimgildən çıxıb kirayədə qaldığımız evə getdik. Axşam saat 23-24 radələrinədək qonşuluqda yaşayan qohumum Familgildə öz toy videokassetimizə baxdıq, sonra öz otağımıza gedəndə, Güllər darıxdığını, gəzmək istədiyini dedi.

"Güllərə dedim ki, namusumu ləkələmisən"

Gecə təxminən saat 1-2 radələrində Güllərlə birlikdə taksi avtomaşını ilə Novxanıdakı "Uğur" çimərliyinin yanına getdik. Orada maşından düşüb "besedka"ların birində oturduq. Bir qədər sonra isə lap sahilə yaxınlaşıb, üzü dənizə oturub söhbət etdik.

Söhbət zamanı hələ Şamaxıda yaşadığımız zaman Güllərin kənar şəxslərlə mobil telefonla gizlicə danışmasını ona irad tutdum, narazılığımı bildirdim, eləcə də Asif və Nicat adlı şəxslərlə telefonda danışdığını və mənim namusumu ləkələdiyini dedim.

"Mənə dedi ki, namusu pişik apardı"

Güllər isə məni ələ salaraq, "namusu pişik apardı" deyə cavab verdi. Güllərin sözünə əsəbiləşib arxadan onun saçından yapışdım və sağ əlimlə şalvarımın kəmər yerinə keçirdiyim bıçağı çıxarıb soldan-sağa tərəf onun boğazına çəkdim.

Güllər ayaqlarımdan yapışdı, onu özümdən kənarlaşdırarkən barmağımı bıçaq kəsdi. Üstüm qana bulaşmasın deyə Gülləri özümdən kənarlaşdırıb başını aşağı basdım, o, üzü üstə yerə yıxılıb bir qədər xırıldadı, sonra çapalayaraq öldü.

"Arvadımı öldürdüyümü bildirdim"

Güllərin meyiti onu öldürdüyüm yerdə qaldı, əllərimi dəniz suyunda yudum və piyada Novxanı qəsəbəsi istiqamətinə doğru getdim, "Gilavar" restoranına yaxın yerdə bıçağı tikilisi olmayan bağ sahələrindən birinə atdım. Sonra yoldan keçən taksi avtomaşınını saxlatdırıb həmin avtomaşınla kirayə yaşadığım evə qayıtdım.

Maşından düşərkən telefonumu unudub maşında qoydum. Evdə paltarlarımda qan olduğunu görüb onları yuyaraq başqa paltar

geyindim və avtomaşında unutduğum telefonuma zəng etmək üçün təxminən saat 5 radələrində kirayə qaldığım evdən 500-600 metr aralıda yaşayan xalam Bənövşənin evinə getdim.

Xalamın əri İlham evdə tək idi, o, barmaqlarımın kəsildiyini görüb, səbəbini soruşduqda, yalandan alma soyarkən barmağımı kəsdiyimi dedim. Lakin İlham həyəcanlı olduğumu görüb şübhələndi və təkrar nə baş verdiyini soruşdu. İlhama arvadım Gülləri öldürdüyümü dedim. İlham bu barədə atama xəbər verməyi və polisə gedib təslim olmağı məsləhət gördü.

"Əməlimdən peşmanam"

İlhamgildə olarkən onun mobil telefonundan özümün unudub maşında qoyduğum telefona zəng etdim, lakin cavab verən olmadı. Sonra İlhamgildən çıxıb kirayə qaldığım evə getdim.

Əvvəlcə Familgilə, sonra Güllərin valideynlərinə, eləcə də polisə guya arvadımın gecə mənim paltarlarımı yuduğunu, təxminən saat 5 radələrində isə yuxudan ayılıb onu evdə görmədiyimi dedim. Bir müddət sonra Güllərin meyiti dənizdən aşkar edildi. Mənim Gülləri öldürdüyüm məlum oldu və bundan sonra özüm də Gülləri öldürdüyümü etiraf etdim. Əməlimdən peşmanam".

"Elman Gülləri incitdiyinə görə qızım evdən qaçmışdı"

Zərərçəkmiş şəxs qismində dindirilən mərhumun atası Nurməmməd Nurməmmədov ifadəsində göstərib ki, qızı Güllər Nurməmmədova 23 fevral 2008-ci ildə Elman Kərimov tərəfindən qaçırılıb. Bununla əlaqədar olaraq o, Xətai Rayon Polis İdarəsinə şikayət edib: "Lakin qızım özü könüllü Elmana qoşulub getdiyini bildirdi, ona görə də şikayətimdən imtina edərək onların ailə qurmalarına razılıq verdim. 6 aprel 2008-ci ildə Güllərlə Elmanın toyu oldu.

Elman Gülləri rayonda yaşayan atasının evinə apardı. Bundan təxminən iki həftə sonra Elman Gülləri döyüb incitdiyinə görə qızım evdən qaçdı və altı aya yaxın mənim evimdə yaşadı. Altı aydan sonra Elman gəlib qızımı yenidən öz atası evinə apardı. Ötən ilin yanvar ayında isə Gülləri özü ilə Bakıya gətirdi, burada kirayə ev tutub orada yaşamağa başladılar.

Yanvar ayının 21-də Elman bizə və polisə guya qızım Güllərin kirayədə yaşadıqları evdən yoxa çıxdığını bildirdi. Bir müddət sonra Güllərin meyiti dəniz kənarından tapıldı və məlum oldu ki, qızımı Elman Kərimov yanvarın 21-də gecə kirayədə yaşadıqları evdən Novxanı ərazisindəki "Uğur" çimərliyinə aparıb, orada bıçaqla başını və damarlarını kəsərək xüsusi qəddarlıqla və amansızlıqla öldürüb.

Övladımı xüsusi amansızlıqla öldürdüyünə görə Elmana qanunda nəzərdə tutulmuş ən ciddi cəza təyin edilməsini məhkəmədən xahiş edirəm".

"Elman arvadını xalası oğluna qısqanırdı"

Şahid qismində dindirilən Adil Rəfiyev məhkəmə iclasında verdiyi ifadəsində göstərib ki, Elman Kərimovla həmyerlidirlər, sonuncu onun briqadasında fəhlə işləyib, bir-birilərinin yaşadığı evə gedib-gəliblər. Elmanın sözlərinə görə o, Gülləri xalası oğluna qısqanırdı, bu səbəbdən aralarında söz-söhbət olmuşdu: "2008-ci ilin iyun ayında Güllər atasının evindən harasa çıxıb getmiş və 4 gün evdə olmamışdı. Həmin vaxt Güllərin atası mənə zəng edərək Elmanı soruşdu, mən də Elmanın Neftçala rayonunda - mənim yanımda olduğunu dedim. Sonradan Gülləri hansısa parkda tapdıqlarını eşitdim".

"Güllərlə yalnız telefonla danışmışam"

Şahid qismində dindirilən Nicat Bayramov ifadəsində göstərib ki, 2007-ci ilin payız aylarında onun mobil telefonuna tanımadığı nömrədən zəng olub və tanımadığı bir qız onunla tanış olmaq istədiyini deyib: "3-4 ay telefonda danışandan sonra o, adının Güllər olduğunu, 8-ci sinifdə oxuduğunu dedi və mənə telefonla çəkilmiş fotoşəkilini göndərdi. Güllər telefonda məni sevdiyini, görmək istədiyini bildirsə də, onunla heç vaxt görüşməmişəm.

2008-ci ilin avqust ayında Güllər gizli nömrədən mənə zəng edib bir nəfərin onu qaçırdığını, ailə həyatı qurduğunu, lakin həmin şəxsi sevmədiyini və hələ də məni sevdiyini dedi. Bir-neçə gün sonra isə tanımadığım bir nəfər oğlan mənə zəng edib, Güllərin əri olduğunu bildirdi və Güllərlə telefonda danışmağımın səbəbini, onunla nə münasibətdə olduğumu soruşdu.

Həmin oğlana Gülləri heç bir zaman görmədiyimi, onunla yalnız əvvəllər telefonda danışdığımı, aramızda başqa heç bir söhbət olmadığını dedim. Güllər növbəti dəfə mənə yanvarın 20-nə keçən gecə saat 1 radələrində gizli nömrədən zəng etmişdi. Lakin yuxulu olduğumdan onunla nə danışdığımı xatırlamıram..."

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman Kərimov 15 il müddətinə azadlıqdan məhrum edilib.

 

 



Şərhlər:
Baxılıb: 6215
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz