Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişi ginekoloqlardan çəkinən ərlər: Qısqanclıq, yoxsa cahillik?
Kişi ginekoloqlardan çəkinən ərlər: Qısqanclıq, yoxsa cahillik?
Göndərən: Barbaris
Şərhlər: 7
Baxılıb: 464
Səs ver:
Bu yaxınlarda Səudiyyə Ərəbistanında ərin arvadının doğuşunu həyata keçirən kişi ginekoloqu güllələməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. İstifadəçilər bu kimi halların müsəlman ölkələrində tez-tez baş verdiyini, kişilərin doğuşda yalnız qadın həkimlərin iştirak etməsinə icazə verdiklərini qeyd etmişdilər.

Bəs müsəlman ölkəsi olan Azərbaycanda vəziyyət necədir?

Kiçik bir araşdırma nəticəsində məlum oldu ki, Azərbaycanda kişi ginekoloqların sayı heç də az deyil. Hətta xəstəxanalarda ən çətin doğuşları kişi ginekoloqlara etibar edirlər. Ancaq yenə də kişi ginekoloqlara münasibət birmənalı deyil.

Qadinlar.Biz açıqlamasında ginekoloq, cərrah Rəşad İsmayılzadə Türkiyəyə nisbətən Azərbaycanda kişi ginekoloqlara münasibətin daha yaxşı olduğunu deyib:

"Xəstəxanalarda mütləq qadın və kişi ginekoloqlarımız var. Ailə kişi həkim istəmirsə, müayinələri qadın həkimlər edirlər. Mentalitetə görə, bəzi xəstələr kişi həkimlərin doğuşda iştirak etməsini istəmir. Ona görə də müayinələri kişi ginekoloq etsə də, doğuşu qadın həkim həyata keçirir. Elə xəstələrimiz çox olub. Nəsə problemləri olur, müalicə edirik, ancaq doğuşlara biz girmirik. Bunu anlayışla qarşılayırıq. Bu kimi problemlər Azərbaycanda Avropa ölkələrinə görə daha çox, digər Şərq və müsəlman ölkələrinə nisbətən daha azdır. Məsələn, vəziyyət yaxın Türkiyədən daha yaxşıdır. Nəticə yaxşı olduqdan sonra bütün xəstələrimin ərləri birbaşa təşəkkür edirlər. Bu da normal haldır. Konsultasiyalarımızda iştirak edən hamilələrin həyat yoldaşları söhbətlərimizi müşahidə edirlər. Həkim həkimdir və söhbət sağlamlıqdan gedirsə, bu kimi ayrı-seçkiliklər və sonradan peşman olunacaq hallar yaşanmamalıdır".

Türkiyədə fəaliyyət göstərən ginekoloq, cərrah Emin Haqverdiyev kişi həkimlərə qarşı belə münasibətin cahillikdən gəldiyini bildirib:

"Bakıdakı vəziyətdən çox da xəbərdar deyiləm. Ankarada belə problemlərlə tez-tez rastlaşmırıq. Ancaq Türkiyənin şərq vilayətlərində vəziyyət elə də yaxşı deyil.

Necə ki biz xəstələrimizi bizə tibbi cəhətdən möhtac olan insanlar olaraq görürük, onlar da bizi həkimi və ən əsası cərrahı olaraq görməlidirlər. Bu kimi problemlər geridəqalmış toplumların ortaq problemidir. Həllini də ancaq cahillikdən uzaqlaşmaqda və təhsildə görürəm".

Psixoloq Elnur Rüstəmov isə bu kimi insanların psixoloji cəhətdən müəyyən problemləri olduğunu bildirib:

"Səudiyyə Ərəbistanında baş verən hadisəni mən də mediadan oxumuşam. Bu halı hamıya şamil etmək doğru olmaz. Ola bilər ki, həmin insanın psixoloji problemləri var. Onlara paranoid və yaxud qısqanclıq obsesiyasından əziyyət çəkən insanlar deyirlər. Bu gün Azərbaycanda da belə fərdlərə rast gəlmək mümkündür. Onlar xanımını doğmaca qardaşına, dayısı və ya əmisi oğluna qısqanırlar. Bu da zaman-zaman ailədə müəyyən problemlərə səbəb olur. Digər bir tərəfdən ölkəmizdə milli mənəvi dəyərlər, insanların etnopsixologiyası var. Həkimin cinsiyyəti olmur. O, işini peşəkar yerinə yetirməsi üçün bu kimi əngəllər törədilməməlidir. Düşünürəm ki, müəyyən zaman sonra ölkəmizdə həkimlərə belə bir yanaşma arxada qalacaq. Çünki keçmişə nəzər saldıqda vəziyyətin xeyli dəyişdiyinin şahidi oluruq. Söhbət sağlamlıqdan və insan faktorundan getdiyi üçün bu baryer aradan qaldırılmalıdır".

Psixoloq onu da qeyd edib ki, sadəcə həkim yox, saç ustası, dərzi və başqa peşələrdə də bu kimi halları müşahidə edə bilərik:

"Azərbaycanda gözəllik salonları yaranan ərəfələrdə, elə indinin özündə də kişi saç ustaları daha çox xaricdən, xüsusilə də Türkiyədən dəvət olunurlar. Onların da bir qisminin oriyentasiyayla bağlı problemləri var. Bu, bilərəkdən belə edilir, ya belədir - demək olmaz. Ancaq dolayı yolla güvəndən qaynaqlanan bir şeydir. Onlar hesab edir ki, belə olan zaman kişilər daha rahatlıqla xanımlarını onlara etibar edəcəklər və bu istiqamətdə problem yaşanmayacaq. Bunun nəticəsidir ki, həm ölkəmizdə, həm də dünyada kişi saç ustaları yumuşaq davranışı, yanaşmaları həmin tendensiyanın davam etdirirlər".

Məşhur ginekoloq Alik Qurbanovla əlaqə saxlamağa çalışsaq da, əməliyyatda olduğu üçün bu mümkün olmadı. Ancaq tibb bacısı Alik həkimin doğuşlarda iştirak etmədiyini diqqətimizə çatdırdı.


Şərhlər: 7
Baxılıb: 464
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
kisi qadin hekimdirse ferq olmamalidir
8 iyun 2016 13:16
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Ekizlerin mamasi
Ginekoloqum qadin olub.ama savadli kisi ginekoloqlar meslehet gorduler getmedim.getmeremde.cumki ozumu hec rahat hiss etmerem.lazim olan suallari vere bilmerem,beledeki o qeder sünet varki gerey gelib ginekoloq olalar?
8 iyun 2016 13:04
# 6
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
ummuselma
Kişi ginekoloqa getmerem, hem dini baximdan, hem de utaniram, men adi qadin hekime gedende utaniram. Kisinin de ki ele bil basqa peshesi yoxdur. Eger ginekologiya sahesinde savadlı qadin hekim yoxdursa 1 dene de, onda bu basqa mesele. Amma olkemizde kifayet qeder savadlı qadin ginekoloq var, sadece axtaris etmek lazimdir. Meselen ş men travmatologiya sahesinde savadlı qadin tapa bilmirem, ona göre Elviz hekime gedirem lazim olanda. Yeni bu meselenin cahillikle elaqrsi yoxdur.
8 iyun 2016 10:19
# 5
İnci
Men bu yaxinlarda getmeli idim sigorta Aliki meslehet gordu dediler cox savadli ve ciraqla axtarilan hekimdi get adini esiden kimi dedim yox hec qabaginda uzanmaq walsin bir yana sual vermeye utanaram belke cahillikdendi ama menim exlaqim buna icaze vermir ne olsun ki hekimdi axi o kisidi evde anamin yaninda soyunmuram qaldiki kisi hekimin birde ki anlaya bilmirem bu kisilerinbasina pese qehetdi get stamayoloq ol cerrah ol urey hekimi ol nedi gelib ginikoloq olursan tesevvur edin sualverirler oflun necidi ginikoloq!!yada ay ogul buramda bele bir sey var onedendi ?!adamutNib oler eee

Men bu yaxinlarda getmeli idim sigorta Aliki meslehet gordu dediler cox savadli ve ciraqla axtarilan hekimdi get adini esiden kimi dedim yox hec qabaginda uzanmaq walsin bir yana sual vermeye utanaram belke cahillikdendi ama menim exlaqim buna icaze vermir ne olsun ki hekimdi axi o kisidi evde anamin yaninda soyunmuram qaldiki kisi hekimin birde ki anlaya bilmirem bu kisilerinbasina pese qehetdi get stamayoloq ol cerrah ol urey hekimi ol nedi gelib ginikoloq olursan tesevvur edin sualverirler oflun necidi ginikoloq!!yada ay ogul buramda bele bir sey var onedendi ?!adamutNib oler eee
8 iyun 2016 00:14
# 4
Her gulusun arxasında bır keder vardır
Antikvar
Mənim anlamadığım kişilər niyə başqa sahəyə deyildə ginekoluq peşəsinə üz tuturlar?) Gərək bir dəfə kişi həkimlərdən bu barədə söhbət olsun) Mənim mamamın ginekoluqu kişi həkimdi, hətta çox ağır vəziyyətdə idi həkim onu əməliyyat etdi, soruşdum mamadan papa heçnə demədi? dedi yox papa bilmir onun sənəti odu, orda pis çıxmasın mənimlə başqa hərəkət etmir ki, problemim var sağaltmağa çalışır, daha sonra lap əvvəllər yəni məni dünyaya gətirdiyi zamanlar palatada bir qadının qanaxması olub kişi həkim gəlib sırazı onu müayinə edib o zamanlar belə hallara daha pis baxılırdı nəinki indi(o vaxtlarda kişi ginekoluq varıymış qəribədi)) bıraz keçdikdən sonra palatada olan qadın qayıdıb bu kişiyə sual verib qadınlara baxmaq sizdə etiras oyatmır, həkim ginekoluq qarşılığında cavabı o qədər qadınlar müayinə etmişəm ki, evdə olan arvadımdan iyrənirəm)) Dediyi nə qədər həqiqətdi deyə bilmərəm doğruda ola bilər nədə olsa müxtəlif növ qadınlar görür, bezir işindən....
Mənim özüm hamilə olanda USM edən kişi həkim olub, hətta qadınsal problemləri USM edən həkimimdə kişidi çox güclü həkim olduğundan onun yanına gedirəm nə deyirsə doğru çıxır(bir dəfə qadın məni üzi elədi dedi xəstəsən beləsən eləsən, nə qədər dərman at müalicə al sonra getdim bu kişi həkimin yanına dedi hamiləsən, o qədər antibiotik at sonra uşağ orda nə olar Allah bilər, ondan sonra amcaq bu həkimin qəbulunda oluram) özüdə USM'lərə tək girmirəm yoldaşımla birgə oluram, həkimdə başqa millət olduğumuzu bilir mentalitetimizidə Bildiyindən haçan məni USM etsə mütləq üzərimə ayaqlarıma nəsə örtəcək bunuda yoldaşım görür və narazı deyil, amma yoxlamağa əsla razı olmaram qadın həkimdən utanıram qalsın hansısa kişi həkimin yoxlamasına. Buna cahillikdi demək doğru deyil, utanmaqdı bu..
ərəb ölkəsində kişinin etdiyi düzgün deyil, bu kişinin arvadının başına gələnlər mənim bir qohumumda başına gəlmişdi doğuşa gedəndə, uşağı dünyaya gətirdikdən sonra qadını kişi yoxlayıb, arvadda gəlib evdə öz kişisinə deyib bu kişi ərəb kişisindən fərqli olaraq anlayışla qarşılayıb həkimdi o sənəti odu burda böyüdüləcək problem yoxdu deyib...Habuki dəhşət qısqanc kişidi... Yəni pis baxanlar olsada baxmıyanlarda var.
8 iyun 2016 00:12
# 3
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Miss_Oxatan
Bunun mentalitetle elaqesi yoxdu.mentalitle elaqelendirilenleri men qebul etmirem cunki.Eger bu da mentalitete aid olsaydi men beyenerdim halbuki mende qebul etmirem kiwi qnikologuna muraciet etmeyi.bunun ne camaat ne deyer deye duwunduyum ucun ne de dini baximdan gunah olar deye yox ozum utanaram deye qebul etmirem.meslehet ucun muraciet ederem ama bawqa muayinelere razi olmaram.eslinde hemiwe esla etmerem dediklerim cox vaxt else olub ki,etmek mecburiyetinde qalmiwam.indi bu haqdada ne olar ne olmaz duwncesiyle esla demeyede qorxuram,yene oz fikrimde bu an ucun esla deyirem.Allah hec rastda salmasin qadin xeylaqlarindan utaniram qaldiki kiwi.menim psixologiyam,abrim ve duwunce terzim kiwi qnikoloquna aciq wekilde muraciet etmeyi qebul etmir.dediyim kimi bunun ne dini qadagayla ne de mentalitetle qeti elaqesi yoxdur,wexsi prizmamdir.
7 iyun 2016 22:34
# 2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Marta
Burda mene getmek lazim geldi hekimin kisi oldugunu oyrendim talon alanda yoldasim o yana qalsin ozum istemedim yanina getmeyi ozumu rahat hiss etmerem. Belke cahillik adlandirarsiz ama qoy cahil olum. Ama getmerem.
7 iyun 2016 22:13
# 1
Немного терпения, и у тебя все получится..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz