Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dünyanı idarə edən qadın
Dünyanı idarə edən qadın
Göndərən: ___Jasmin___
Şərhlər: 3
Baxılıb: 396
Səs ver:
Demokrat İttifaqının lideri (2000) və Almaniya Federativ Respublikasının Federal Kansleri (2005). O, hər iki vəzifəni tutan ilk qadındır[1]. Fiziki kimya ixtisası üzrə doktorant təhsili qazanan Merkel 1989-cu il inqilabının başladığı vaxtlarda siyasətə daxil olur və qısa müddət ərzində 1990-cı ildə ilk dəfə olaraq demokratik şəkildə seçilmiş Şərqi Almaniya Hökumətinin millət vəkili sözçüsü kimi xidmət edir. 1990-cı ildə Alman torpaqlarının yenidən birləşdirilməsinin ardınca Merkel Meklenburq-Ön Pomeraniya vilayətində Stralsund – Nordvorpommern – Rügen seçki dairəsindən Bundestaqa seçilir və o zamandan Bundestaqdakı yerini qoruyur. Sonralar o, 1991-ci ildə Kansler Helmut Kol tərəfindən Qadınlar və gənclərin məsələləri üzrə Federal Nazir təyin edilib. 1994-1998-ci illərdə Ətraf mühit, Təbiəti mühafizə, Tikinti və Nüvə təhlükəsizliyi məsələləri üzrə Federal Nazir kimi fəaliyyət göstərib. XDİ/XSİ (Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı) - ADP (Azad Demokratik Partiya) koalisiyası məğlub edildikdən sonra o, XDİ-nin Baş katibi seçildi. 2000-ci ildə XDİ partiya sədri Helmut Kol və onun davamçısı Volfqanq Şoyblenin devrilməsi ilə nəticələnmiş XDİ maliyyə qalmaqalından sonra Angela Merkel partiyanın lideri seçildi.
2005-ci il federal seçkilərinin ardından Angela Merkel, özünün rəhbərlik etdyi XDİ partiyası, onun Bavariyalı qardaş partiyası XSİ və SDP partiyasının daxil olduğu böyük koalisiyanın başçısı kimi Almaniyanın ilk qadın Federal Kansleri təyin edildi.
 
Uşaq vaxtı alma şirəsi və kotleti çox sevən Angela, böyüyəndə müəllimə olmağı arzu edib. Orta məktəbdə oxuduğu vaxt gələcək kanslerin ən çox sevdiyi fənnlərdən biri də rus dili olub. 1968-ci ildə 14 yaşlı Angela Almaniya Demokratik Respublikasında rus dili üzrə keçirilən ümummilli olimpiyadada qalib gəldiyi üçün Moskvaya gəlmək şansı qazanıb.
Angela Merkel heç vaxt bilərzik, üzük, sırğa taxmır. Klassik musiqiyə üstünlük verən xanım kansler operanı çox sevir. Frau Merkel əsl futbol azarkeşidir. Bu ona kişi siyasətçilərlə kontakt qurmaqda çox kömək edir. Ona edilən 150 avrodan baha olan bütün hədiyyələri parlamentə təhvil verir. Burada həqiqətən də digər dövlət başçıları tərəfindən edilən bahalı hədiyyələri görmək olar. Tətilini təbiət qoynunda keçirməyi çox sevən Merkel bütün xərclərini öz cibindən ödəyir. Onun nə yaxtaları, nə dəbdəbəli sarayları, nə də şəxsi modelyerləri var. Yalnız nəsə yeni bir paltar lazım olanda, dərzi qadın Merkelin evinə gələrək müəyyən ölçüləri götürür və onun üçün yeni paltar tikməyə başlayır. O, çox nadir hallarda ətək və ya don geyinir. Merkel daha çox kostyum və bleyzerlərə üstünlük verir. Səhər yeməyi zamanı isə qəhvə əvəzinə nanəli çay içir.
Gün ərzində 70-ə yaxın sms yazan Merkelin nə elektron poçtu, nə də noutbuku var. Son zamanlar yalnız iPad-ı var. Onu da ki, xəbər saytlarını izləmək və birjada baş verənlərdən xəbər tutumaq üçün istifadə edir. Nə qədər şirürəkli görünsə də, Merkelin də qorxduqları var. 1995-ci ildə velosiped gəzintisindən qayıdarkən kansleri qonşunun ov iti dişləyib. Bundan başqa Angela ildırımdan da yaman qorxur.
Gənc yaşlarında qaragilə alveri edən Angela Merkel Leypsiqdə təhsil aldığı illərdə "Angela" diskotekası təşkil edirdi. Bu diskotekalarda da o, boş oturmurdu, cib xərci əldə etmək üçün şirə və digər içkilər satırdı. Həmyaşıdlarının Rolling Stones-dan ötrü dəli-divanə olduğu bir vaxtda , Angela Beatles qrupunu çox sevirdi. Onun əl çantasında mobil telefondan başqa, həmişə karandaş və bloknot, pudra qabı və optik eynək var. Kanslerin uzağı görmə qabiliyyətində bir qədər problem var. Fransız dilini çox sevməsinə baxmayaraq, bu dili öyrənə bilmədiyi üçün yaman təəssüflənən Angela Merkelin heç şəxsi mənzili də yoxdur. Kansler olduqdan sonra xidməti mənzilə köçməkdən imtina edən Angela Merkel, hazırda Berlinin mərkəzində kirayə tutduğu mənzildə yaşayır. Bağ-bağçada çalışmağı çox sevən Merkelin qəşəng əl qabiliyyəti də var. O, çox dadlı yeməklər bişirir. Bir dəfə ondan soruşanda ki, kişilərdə ən çox nəyi bəyənirsiz? O cavab verib ki, gözəl gözləri!
Damarlarında polyak qanı axan Angelanın qızlıq soyadı Kasnerdir. Kanslerin babası, Polşadan Almaniyaya köçən Lüdovik Kazmirçek öz soyadını alman dilinə uyğunlaşdıraraq Kasner edib.


Şərhlər: 3
Baxılıb: 396
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
cox guclu xanimdir 1 incidir her zaman beyenirem
8 iyun 2016 15:44
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
vipbetul
cox guclu liderdir haqqinda bilmek maraqli oldu
8 iyun 2016 13:40
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Cox sevdiyim xanim sexsiyyetdir. Istedadli bacariqli ve lider ruhlu xanimdir. Esl ornek goturulecek insandir. Cox sadedir
8 iyun 2016 09:07
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz