Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sən axı qızsan !...
Sən axı qızsan !...
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 1777
Səs ver:

Qadın - insan deyil. Qadın - insandan da üstündür. Bu qənaətə ona görə gəlmişəm ki, bir neçə əsrdir oğlanlardan kişi, qızlardan isə mükəmməl insan yaratmağa çalışılıb.
Hamımız bilirik ki, kişilər ağlamır. Ona görə də oğlanlar ağlayanda onlara deyirlər: "Ağlama, sən axı oğlansan!". Amma kiminləsə dalaşanda və ya təhqir edəndə ona deyilmir "Dalaşma, sən axı oğlansan!".
Daha qısa fikrimi bildirim. Aqressivlik və rəqabətə görə oğlanlar üçün heç kim utanmır. Tənbehləyənlər olur amma utanan olmur. Nə vaxtsa eşitmişikmi ki, desinlər "Sən necə filankəsin burnunu qıra bildin?" Və ya oyun oynayan zaman köynəyini çirkləndirən oğlanı kim qınayıb ki? Doğrudur, danlanılır, amma gender söhbəti aparan olmur. Razılaşaq ki, heç birimiz "Belə çirkli köynəkdə necə gəzirsən? Sən axı oğlansan" deyə bir cümlə eşitməmişik. Ən azından mən eşitməmişəm. Belə çıxır ki, kişi olmaq üçün ağlamamaq kifayət edir.
 
Qızlara gəldikdə isə dalaşmaq qəti olmaz. O axı qızdır! Bundan əlavə qız gərək səliqəli olsun, geyiminə fikir versin, dırnaqlarına, saçlarına daim qulluq etsin, səliqəli saxlasın - O axı qızdır! Hələ üstəlik özündən balaca bacı və qardaşının qayğısına qalsın. Səsini ucaltmasın - O axı qızdır!
Ev işlərində anaya kömək etsin - O axı qzıdır! Dərslərini yaxşı oxusun, xətti gözəl olsun, ona görə ki, o qızdır. Məktəbdə bilik yarışlarına qatılsın, heç bir yerə gecikməsin - O axı qızdır!

Bəlkə heç olmasa qıza ağlamaq olar? Yoooox. Qızlara ağlamaq da olmaz. Bir dərdi olanda, ağlayanda anası saçını sığallayıb "Səbr elə, sən axı qızsan" deyir, yıxılıb dizini qanadanda atası "Ağlama, özün günahkarsan" deyir və s.
Dalaşmamaq, ağlamamaq üçün qızlara zireh geyinmək vacib olur. Bax beləcə də zamanla "dəmir xanımlar" böyüyür. Onlar uğur qazanır, soyuqqanlı olur, qorxusuz olur. Belə baxanda böyük bir iş deyil bu, elə deyilmi? Amma bu cür qızların oğlanlarla bəxti gətirmir. Oğlanlar axı....dəmirdən deyil!


Şərhlər:
Baxılıb: 1777
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz