Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həyatda hər şey sizə bağlıdır
Həyatda hər şey sizə bağlıdır
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 916
Səs ver:

   Daima qaçırıq...Hər şeydən bəzən özümüzdən belə qaçırıq...Duyğularımızı paylaşmaq nədənsə çətin gəlir bizə... Özümüz belə yaşaya bilmirik 
ki...Həmişə içimizə atırıq sevgiləri, hüzünləri, xoşbəxtlikləri... Qışqırıb bağırıb ''stəkandan boşanarcasına yağan yağış kimi'' ağlaya bilmirik belə...

Utanırıq....
Hirsliliklərimizi həmişə içimizə atırıq...Əslində özümüzə hirslənirik...
Qarşımızdakının heç günahı yox ''yalnız o Onun düşüncəsidir'' deyə bilmirik... Gördüyümüz hər yaxşılıq və pisliyin bizdən qaynaqlandığını anlaya bilmirik...
Vulkanlar partlayır içimizdə, söndürə bilmirik gözyaşlarımızı içimizə axıdırıq...

Görmürük...
Kor deyilik sadəcə baxırıq...Ətrafımızdakıları yalnız hərəkət edən bir obyekt olaraq qiymətləndiririk...Doğan günəşin istiliyini, küləyin gətirdiyi canlılığı və həyatı həmişə qaçırırıq...Ruhumuzu bir yerlərdə buraxdıq tapa bilmirik...Çox sürətli gedirik, dinlənə bilmirik...
Hər kəs, hər şey üstümüzə gəlir... Qorxub qaçırıq...

Sevə bilmirik...
Sevgilərimizin belə səbəbi sanki qazanc niyyəti ilədir... Həmişə bir şeylər gözləyirik qarşımızdakından...
Yaxşı... Nə veririk? Yoldaşlığı belə bacara bilmirik...Bəzən bir "salam" demək belə çətin gəlir... ''O mənə dünən salam verməmişdi, mən niyə verim'' belə deyə bilirik...Əslində özümüzlə inadlaşırıq...Eqomuz daim üstün gəlir... Səbəbini bilmirik...

Düşünmürük...

Gələcəyimizi, keçmişimizi, içində olduğumuz anı belə düşünmürük... Həmişə yalançı əlaqələrdədir gözümüz...Həmişə başqası olmaq istəyirik...Öz mənliyimizi itirmişik sanki... Tanımırıq içimizdəki məni... Nə istədiyimizi, nə 
gözlədiyimizi belə bilmirik... Özümüzdən belə qaçırıq...Üzləşə bilmirik özümüzlə...
Tənqiddə dozanı qaçırmaqdan qorxmuruq, amma özümüzə yönəldilən tənqidləri hücum olaraq qəbul edirik... Həyatın bütün səhvləri həmişə bizim xaricimizdədir...

Bir təbəssümü belə çox görürük qarşımızdakına... Bilmirik əslində o çox gördüyümüz təbəssümün özümüzə verdiyimiz ən qiymətli xəzinə olduğunu...

Həyatda hər şey sizə bağlıdır...
Siz istəsəniz dünya daha gözəl olar...
Sizsiniz bütün gözəllikləri əks etdirən...
Digər olan bitən hər şey yalnız vasitədir...
Yəni siz varsınızsa hər şey var...
Özünü tanımaqdan keçir hər şey...
Bir təbəssümlə başlayır gözəlliklər...

Səhər yataqdan qalxdığınızda aynada özünüzə təbəssüm edin və Sabahınız xeyir 
diləklərinizi çatdırın özünüzə...
Gözlərinizi bağlayın, həyatın səslərini dinləyin...
Hər yeni gün sizinlə birlikdə vardır...
Ruhunuz bir yerlərdə sizi gözləyir...
Tapın Onu. Hiss edin bütün hiss etdiklərini...
Baxın necə dəyişəcək həyat...
 



Redakte etdi: Pretty girl



Şərhlər:
Baxılıb: 916
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz