Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanda qadın batalyonu yaradılsınmı?
Azərbaycanda qadın batalyonu yaradılsınmı?
Göndərən: guler19
Şərhlər: 5
Baxılıb: 352
Səs ver:
Azərbaycanda qadın batalyonunun yaradılması ilə bağlı məsələ gündəmə gəlib. Bəzi ekspertlər qadınlardan ibarət batalyon, rota, diviziya yaradılmasının mümkünlüyünü bildirirlər. 
Bəziləri isə hazırki gərginlikdə bu ideyanın həyata keçirilməsinə lüzum olmadığını güman edirlər. Onların fikrincə, informasiya müharibəsi dönəmində Azərbaycanda qadın batalyonunun yaradılması məsələsinin gündəmə gətirilməsi düşmən tərəfindən yalnış anlaşılar və dünyaya da başqa formada təqdim edir. 

Məsələ ilə bağlı hərbi ekspert Mehdi Mehdiyev Cebhe.info-ya açıqlamasında deyib ki ordumuz tam komplektləşdirilib: 

"Xeyli təşkilat rəhbərləri prezidentə müraciət ünvanlayıb ki, səfərbərliyə hazırıq. Düzdür, ana-bacılarımız da vətənpərvərdirlər və onlarda döyüşmək istəyirlər. Amma bu gün ona ehtiyac yoxdur. Onların oğullarını vətənpərvərlik ruhda böyütməkləri özü çox vacib və əhəmiyyətlidir. Əsas odur ki, qadınlarımız ərlərini və oğullarını orduya ürək-dirək verib yola salsınlar, göz yaşları ilə uğurlamasınlar. Bu bizim üçün çox vacibdir, nəinki qadın batalyonu yaradıb düşmənin üzərinə göndərmək... Hələki kişilərimiz bu vəzifəni yerinə yetirməyə qadirdirlər”. 

Ekspert qeyd edib ki, qadınların hərbi hissələrdəki müəyyən sahələrdə olması vacibdir: 

"Qadınların tibb məntəqələrində yaralılara tibbi yardım göstərmələri vacibdir. Müəyyən sahələrdə, yəni arxa cəbhədə əsgərlərimizi əvəz etmək üçün qadınların rolu vacibdir. Amma ön xətdə, düşmənlə təmasda kişilərimiz cəngavər kimi hazırdırlar. Hətta bu gün sevindirici haldır ki, orta məktəbi bitirməyən oğlanlarımız artıq səfərbərlik xidmətlərinə, hərbi xidmətlərə müraciət edirlər. Onlar vaxtından tez orduya çağırılmaq istəyirlər”. 

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova açıqlamasında qadın batalyonunun yaradılmasının hələ 1992-ci ildə gündəmdə olmasını xatırladıb: 

"O vaxt bu məsələ çox aktual idi. Hətta orduya könüllü olaraq qadınlar yazıldı. Həmin vaxt ordu da çox zəif idi, formalaşmamışdı. Orduda qadın olması təbii ki, yaxşıdır. Əslində bu, bir az da ruhlandırıcı xarakter daşıyır. Dünya miqyasında qadın snayperlər var ki, heç də geri qalmırlar. Amma ayrıca batalyonun yaradılması və könüllü kimi cəlb edilməsi elə də vacib olan məsələ deyil. Əslində bu ruhlandırıcı və ideoloji xarakter daşıyır, amma indiki vəziyyətdə bu o qədər də önəmli deyil. Bu, həm də siyasi məsələdir. Qadınlar o vaxt müharibəyə gedir ki, artıq müharibədə ağır itkilər var və döyüş üçün adam tapmırlar, çox çətindir. Şükür ki, Azərbaycada bu problem yoxdur”. 

Mehriban Zeynalovanın sözlərinə görə, orduda qadınların xidməti qanunvericilikdə də yer alıb. Yəni bu məsələdə ayrı-seçkilik yoxdur: 

"Əvvəl orduya kifayət qədər qadın gedirdi və müəyyən sahələrdə onlar iştirak edirdilər. Amma xüsusi qadın batalyonunun hazırki situasiyada yaradılması siyasi baxımdan da yalnış addım olar və bu, düşmən tərəfindən birmənalı qarşılanmaz. İnformasiya müharibəsində bu məsələ bizim əleyhimizə işləyə bilər. Qadın istəyirsə getsin, amma xüsusi batalyon kimi 


bunu irəli atmaq qarşı tərəfdən başqa rəy formalaşdıracaq”. 

Millət vəkili Aydın Mirzəzadə qadınların belə bir təşəbbüslə çıxış etmələrini qürurla qarşıladığını deyib. Bildirib ki, bu təşəbbüsün özü belə qadınlarla fəxr etməyə səbəb olur: 

"Amma qadın batalyonuna ehtiyac yoxdur. Bu gün Azərbaycanda kifayət qədər əsgərimiz, vətəndaşlıq borcunu yerinə yetirmək istəyən gənclərimiz var. Qadınların ruhən bizimlə olması və bizi dəstəkləməsi yetər ki, qələbəni daha tez əldə edək. Onların mövcudluğu və dəstəyi bizlər üçün qələbə deməkdir”.


Şərhlər: 5
Baxılıb: 352
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
heyatim_menim
seve seve qatilaram heqiqeten en azindan vetenime borcumun bir qismin odemek ucun/dusunmurem ki dusmene bir nov ellerine bayraq veririk sadece bu Vetenin qadinlari Vetenperverdir ona gorede yaradilsa demek olarki qadinlarmizin yaridan coxu hemin bataliyona yazilar deye dusuurem.hele aprel doyuslerinde qatinlarmizdan yazilanlar olmusdu(amma Tam deqiq bilmirem)bir esger kimi eger qatila bilseydim heqiqeten bu menim ucun qurur verici bir hal olar.Teki butun olkeler gozun acib yaxsi baxsinlar ki QARABAG bizimdir insaALLAH da ALLAHin komekliyi ile de bizim olacaq.tesekkurler
22 iyun 2016 10:13
# 5
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
22 iyun 2016 09:54
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
vipbetul
cox sevinerem bu cur ordu yaradilsa qadinlarimiz zerif ola biler zeyif deyiller bunu her kes bilmelidir bu cur batalyonlarin yaradilmasi qadinlarida guclu eder bezi oqlanlarda berkem utanarlar herbiden qorxduqlari ucun
22 iyun 2016 00:04
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Marta
Hansi ana oglunu yoldasini sevincle muharibeye yola salar ki?! İster istemez goz yasi olacaq ve ortada bir netice olmadiqda goz yaslari daha da artacaq nece ovladlarimiz getdi hani netice?!niye dayandirdilar muharibeni?! O ezmle gedirdik almisdiq belkede bir iki gunluk dayanmaq bizi ne qeder dala atdi... neticede elimizde bir iki hektar alinmis torpaq nece sehid nece gozu yasli aile qaldi... Odurki bele doyusun olmasindansa olmamasi meslehetdi... muharibeden doyusden bu gune kimi ne Azerbaycan qadinlari ne de Kisileri qorxub sabah cagirsalar sabah gederem.. Amma dusmenler bunu basqa tereflere ceker..
21 iyun 2016 23:55
# 2
Немного терпения, и у тебя все получится..
Antikvar
Görəsən bu fikri önə sürən kimlərdi? yuxardakılarmı ya cəmiyyətimizdə olan qadınlarımızmı? Batalyonun yaradılmasını nəzərdə tuturam.. Mehriban Zeynalova xanımın dedikləri ilə razıyam qadınların belə istəkli olması qürurvericidi amma bu qarşı tərəflər üçün yəni düşmənlərimiz görə acizlik ordusu olmayan kimi sözlər sərf edib dünyaya elan verib yanlış anlawilmazliq olar bizim ölkəmiz barəsində. Qadınlar cəhbə bölgəsində mətndə də qeyd edildiyi kimi tibbi köməkləri olsa daha gözəl olacaq nəinki digər sahələrdə.Ordumuz düşmənləri susduracaq gücə sahibdi bəzən siyasi problemlər danışıqlar irəli getməyimizə maneçiliklər törədir. Təki hər şey xeyrimizə olsun, Azərbaycanın kişiləri ilə birgə qadınlarıda qeyrətlidi, Allah əsgərlərimizi qorusun.
21 iyun 2016 23:31
# 1
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz