Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlar ideal ərlərindən nəyi gözləyir?
Qadınlar ideal ərlərindən nəyi gözləyir?
Göndərən: ulduz
Şərhlər: 10
Baxılıb: 485
Səs ver:
Eşq - həyatımızın şirin dadıdır. Müştərək həyatımızda bacardığımız qədər qarşı tərəfin ehtiyaclarını və istəklərini ödəməyə çalışaq ki, həyatımız olduğundan daha da şirin olsun.

Hər hər bir kişi üçün ideal qadın o qadındır ki, ev işlərindən xəbəri var və onu ən gözəl şəkildə yerinə yetirə bilir. Bundan başqa hər axşam işdən evə gələndə dadlı şam yeməyi ilə yanaşı, isti ailə mühitini də hiss etmək istəyər.
Qadın isə arzu edir ki, həyat yoldaşı ona aşiq olsun və onu himayə etsin. O zaman ki, işdən evə gəlir, ona bir gül alsın və ya bir şirin söz desin.
Bu gün qadınların ideallıq meyarları dəyişmişdir. Belə ki, bu gün qadınlar evdən xaricdə çalışdıqları üçün ərlərindən gözləntiləri daha çoxdur. Onlar istəyir ki, ərləri onlara ev işlərini yerinə yetirməkdə yardım etsin. İndi kişilərin aldığı əmək haqqı bəzən evin ehtiyaclarını təmin etmədiyinə görə, qadınlar da çalışmağa məcbur olurlar. Belə olan zaman həm bayırda və həm də evdə ağır vəzifə altına girmək onları sarsıdır. Bu müasir iş qadınları istəyir ki, ərləri onlara ev işlərində yardım etsin və yükünün bir hissəsini çiyninə götürsün. Ər gərək həyat yoldaşının qəm yoldaşı olsun və onun stressini azaltsın. Qadınlar istəyir ki, kişilər müasir həyata uyğun rəftar etsinlər. Kişilər isə istəyir ki, həyat yoldaşları anası kimi - 30 il əvvəlki qadınlar kimi rəftar etsin.
Stress o zaman artır ki, həqiqi olmayan gözləntilər ilə həyat gözləntiləri bir-birinə qarışar. Ən çox gərginlik yaradan tərəf isə qadınlardır. Bu günün qadınları analarından da ağır məsuliyyət altında qərar tuturlar. Çünki ev işləri ilı yanaşı, həm də iqtisadi təzyiqə də dözməlidirlər. Bundan başqa, genləri ona deyir ki, sən qadınsan və ev işlərini sən yerinə yetirməlisən.
Kişilərin bir çoxu gözəl və səliqəli evi sevir, ancaq ev əgər səliqəsiz olarsa, onlar üçün çox da mühüm deyildir. Mühüm olan şey - istirahət etməkdir. Ona görə də ən çox diqqətini cəlb edən şey - televizor və əyləşə biləcəyi divandır. Uzun bir iş günündən sonra kişi dərin bir nəfəs alar və evinə getməyi qərara aldığı andan, istirahət etməyə başlayar.
Lakin qadınlar bu cür deyildirlər. Qadın evinə qayıdan zaman ev işlərini xatırlayır və stressi artır. O, çirkli qabları və paltarları düşünür. Ona görə də evə gələn heç bir qadın istirahət deyə bir kəlmə ilə yaxın olmaz, əksinə, istirahət deyə bir şey olmaz. Qadın düşünür ki, əri saat 5-dən evə gəlibdir, bəs niyə ona yardım etmir? Bu zaman gərginliklər başlayır.
Kişi dərk etməlidir ki, əgər xanımı evdən bayırda işlə məşğuldursa, onun vəzifəsi ağırdır və bu ağır yükü azalda bilər. Ona yardım edə bilər. Əgər əri ona yardım edərsə, bu zaman psixoloji gərginliyi azalar. Lakin qadın nəzərə almalıdır ki, əri bir kişidir və onun da öz ehtiyacları vardır, ona ev işlərində yardım edə bilən qadın kimi baxmaq olmaz.
Ailədə əgər qarşılıqlı anlaşma olarsa, hər iki tərəf razı qalar. Hər iki tərəf razı olan zaman ailə mühiti bağçaya çevrilər ki, hər tərəfindən gül ətri gələr.


Şərhlər: 10
Baxılıb: 485
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Ekizlerin mamasi
Ideal qadın ya kişi yoxdu.həyat yoldaşım lazımi qədər qayğı sevgi göstərir mənə. Əsas can sagligidi
1 may 2016 14:22
# 10
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
___Jasmin___
Sitat: zezema
can sagligi))) cani sag olsun mene besdi!

ele en gozelide buduye
29 aprel 2016 16:58
# 9
I remained behind now the mother of 14 spring -Big

Kölge
Sitat: Barbaris
Ailədə əgər qarşılıqlı anlaşma olarsa, hər iki tərəf razı qalar.
raziyam
29 aprel 2016 14:30
# 8
Her şeye gore şukur
Tomris Müslümova
Bəzən qadınlar çox şey tələb edirlər.Amma istədiklərini görə bilməyəndə xəyal qırıqlığına uğruya bilərlər.Yəni bir insanda edə bildiklərindən artığını gözləmək və tələb etmək eşşəyi ğaca çıxarmaqdan çətindir.İdel insan yoxdur.Hətta ideal kişi vapşe yoxdur.
29 aprel 2016 12:46
# 7
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
zezema
can sagligi))) cani sag olsun mene besdi!
29 aprel 2016 12:39
# 6
Bir hissimi itirmishem - TEECCUBLENMEK
YalniZ-ArZu
Ideal kiwi hardaymiw goren?Gunduz vaxti eli ciraqli axtarsaq tapa bilmerik...
29 aprel 2016 12:07
# 5
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
vipbetul
ailede sevgi sayqi hormet olarsa o aile gul cicek baqca olar
29 aprel 2016 11:23
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
evli.mutlu.cocuklu
Wagon ne isteyen biler sevgi saygi
29 aprel 2016 09:51
# 3
BARBI
Qadinlar erlerinnen yalniz sevgi ve hormet gozleyirler. Onlara qaygi gostermeyini isteyirler
29 aprel 2016 09:46
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Barbaris
Ailədə əgər qarşılıqlı anlaşma olarsa, hər iki tərəf razı qalar.
29 aprel 2016 09:44
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz