Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Çantanızı necə yüngülləşdirə bilərsiniz?
Çantanızı necə yüngülləşdirə bilərsiniz?
Göndərən: NoName
Şərhlər: 5
Baxılıb: 325
Səs ver:
Ağır çantalar daşımaqdan artıq yorulmusunuzsa, çantaları yüngülləşdirmək üçün nələr edə biləcəyinizi mütləq oxuyun. Çoxumuz əlimizə keçən hər şeyi çantamıza doldurub, günün sonunda çiyinlərimizdə yaranan ağrılardan şikayət edirik. Makiyaj çantası, gün eynəyi, əl kremləri, su və s. şeyləri özümüzlə götürdükcə çantalarımız ağırlaşdıqca ağırlaşır.
Çantamızı yüngülləşdirməyin və gərəksiz əşyaları daşımaqdan qurtulmağın yolu əslində çox sadədir. Yazımızı oxuyaraq boş yerə ağırlıq daşımaqdan qurtulacaqsınız.

Yüngül bir çanta seçin.
Hər şeydən əvvəl çantanın öz ağırlığı əsas məsələdir. Bəzi çantaların öz ağırlığı belə çiyinlərimizi ağrıtmağa bəs edir. Bu səbəbdən çanta seçərkən ağırlığına diqqət etməli və daha yüngül materiallardan hazırlanmış çantaları seçməliyik. Süni dəridən hazırlanmış modellər, adətən, yüngül olduğu halda, həqiqi dəridən hazırlanmış çantalar daha ağır olur. Çanta seçimində estetiklik qədər sağlamlığınız barədə də həssas olmalı və yüngül modelləri seçməlisiniz.

Kiçik çantalardan istifadə edin.
Çantalarımız nə qədər böyük olsa, içinə doldurduğumuz əşyalar da o qədər artır. Əlimizə keçən hər şeyi çantaya atdığımız üçün günün sonunda niyə bu qədər ağır olduğu sualını özümüzdən soruşuruq. Bu məqamda kiçik çantalar məhdud həcmləri ilə içinə qoyduğumuz əşyaları da məhdudlaşdıracaq və sadəcə vacib olan şeyləri içinə qoymağımıza səbəb olacaq.

"Organizer” istifadə edin.
Əgər böyük çanta istifadə etməkdən əl çəkə bilmirsinizsə, bir "organizer” ala bilərsiniz. Bu sayədə çantanızın daha səliqəli olmasını təmin edə və içinə qoyduqlarınızı idarə edə bilərsiniz. Üstəlik çantanızda nəsə axtararkən dəqiqələrlə onu tapmaq üçün çalışmazsınız. "Organizer”lər bir çox çanta ölçüsünə uyğun bir şəkildə istehsal edilir. Siz də öz çantanıza uyğun boyu seçib həm daha səliqəli, həm də daha yüngül bir çantaya sahib ola bilərsiniz.

Makiyaj çantasına diqqət edin.
Bir çoxlarımızın çantasını ağırlaşdıran ən böyük faktor "birdən lazım olar” deyərək özümüzlə götürdüyümüz böyük makiyaj çantalarıdır. Əgər həqiqətən o makiyaj çantasının içində olan bütün məhsullara hər gün ehtiyacınız olursa, onda buna sözümüz yoxdur. Amma bir çoxumuz makiyaj çantasını əlimizə keçdiyi üçün çantamıza atır və bütün bu ağırlığı gün ərzində daşıyırıq.
Makiyaj çantanıza baxaraq sadəcə həqiqətən istifadə edəcəyiniz şeyləri yanınızda götürə bilərsiniz. Daha da yaxşısı çantanızda daşımaq üçün mini, çanta üçün nəzərdə tutulmuş məhsullar ala bilər və ya çoxfunksiyalı vasitələr istifadə edərək makiyaj məhsullarının sayını azalda bilərsiniz.

Çantanızı vaxtı-vaxtında təmizləyin.
Bəzilərimiz çantamızda nə var deyə nəzarət etmədən, günlərlə eyni ağırlığı daşıyırıq. Halbuki, bəzən nəzarət etmək gərəksiz yerə daşıyacağımız yüklərdən bizi xilas edəcəkdir. Sadəcə həmin gün istifadə etmək üçün yanınızda götürdüyünüz bir əşya, dünən çantaya atdığınız bir kitab kimi bəzən çantanın içində unudulub qala bilir. Hər səhər evdən çıxmazdan qabaq çantanıza baxıb, özünüzlə gərəksiz bir əşya götürməməyə diqqət edə bilərsiniz.

Kiçik və yüngül bir pul qabı istifadə edin.
Çantamızdakı ən ağır və eyni zamanda ən vacib əşya pul qabımızdır. Adətən böyük pul qabları istifadə etdiyimiz üçün içində saxladıqlarımız da bir o qədər çox olur. Alış-veriş qəbzləri, üzvlük kartları, bir kənarda unudulmuş vizit kartlar qoyduqca pul qabımız ağırlaşır. Kiçik bir pul qabı istifadə edərək bu gərəksiz yığını azalda və çantanızı yüngülləşdirə bilərsiniz. Əgər böyük pul qablarından əl çəkə bilmirsinizsə, onun içinə qoyduqlarınızı tez-tez nəzərdən keçirin və gərəksiz olanları çıxarın.


Şərhlər: 5
Baxılıb: 325
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
calisiramki her zaman cantam yungul olsun no ici genis olsun
28 may 2016 19:50
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Kölge
Sitat: MS02
Kiçik çantalardan istifadə edirəm. Tşk

Men de
28 may 2016 17:35
# 4
Her şeye gore şukur
ummuselma
Cantam böyük və ağır olur, çünki uşaqla çıxıram, dermandan tutmuş iynesapa qədər olur. Amma tək çıxanda çox balaca pul qabı, telefon, salfetka, güzgü yerləşə biləcək bir çanta götürürəm.
27 may 2016 23:16
# 3
qanadli melek
Hemiwe boyuk cantalardan istifade edirem.icinide o qeder doldururamki nese axtaranda ewe ewe qaliramki tapim
27 may 2016 23:15
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Menimde cantam boyuk olur. Icinde lazimli her sey olur. Her zaman tedbirli gedirem
27 may 2016 23:04
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz