Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişi və qadın arasında dostluq
Kişi və qadın arasında dostluq
Göndərən: Barbaris
Şərhlər: 14
Baxılıb: 863
Səs ver:
Kişi və qadın arasında dostluq mövzusu ən incə məsələlərdən biridir, çünki burada dostluq və daha intim münasibətlər arasındakı hədd kifayət qədər zərifdir. Dostluq iki insanın bir-birinə deyil, bir səmtə baxmasıdır. Bu zaman dost insanların ümumi maraqları olur. Bu əsgərlik dostluğu, alimlərin arasında dostluq və ya məsələn, quldurların arasında dostluq ola bilər. Dostluq predmeti kimi bir çox şeylər çıxış edə bilər, lakin hər iki insana maraqlı olan bir predmet yoxdursa, bu zaman dostluq olmaz.

Sevgi və ya aşiqlik iki insanın bir-biri üçün maraq predmeti olmasıdır ki, bu zaman bir insan digəri üçün maraqlı olur. Dostluğun hər zaman daha dərin, daha zərif və daha intim bir münasibətə keçmə riski olur. Buna görə əgər cavan oğlan və qız dostluq edirsə, bu çox yaxşıdır :) İnsanlar dostluqda özlərini göstərə bilirlər. Dərin və ya səthi dostluq belə insan xarakterini göstərir.

Əgər dostluq evli kişi və ərli qadın arasında başlanırsa, bu zaman bu münasibətlər yolverilməz münasibətlərə keçə bilər. İnsanlar, xüsusilə də kişilər öz təbiətinə görə çox vaxt ehtiraslara meyilli olurlar. Gözəl qadına və ya qıza baxaraq, kişi adətən uyğun münasibət hiss etməyə başlayır.

Əgər kişi azğın ehtiraslarla mübarizə aparmağa öyrəşibsə və bunun öhdəsindən müvəffəqiyyətlə gəlirsə, bu zaman o qadınla əsl dost ola bilər və bu dostluq artıq dərin və ciddi münasibətə çevrilməz.

Aşiqlik belə bir xüsusiyyətə malikdir ki, müəyyən sərhədi keçdikdən sonra onunla mübarizə aparmaq çox çətin olur. Əgər insan həqiqətən də aşiq olubsa, bu zaman onu dayandırmaq çox çətindir, çünki hisslər onu bütün varlığı ilə bürüyür.

Aşiqlik – insanın yaşaya biləcəyi ən güclü və kəskin hisslərdən biridir ki, çox vaxt gözlənilmədən aşkar olunur.

Biz ruh və bədəndən ibarətik. Bizim ürəyimiz başqa insana meylin yaranması anını qaçıra bilər, halbuki bədən hələ ki susacaq. Lakin artıq bədən də reaksiya verməyə başlayanda, bu zaman ürək artıq bu təzyiqi əks edə bilməyəcək. Bunu bilmək lazımdır, lakin təəssüf ki, bir çox insanlar hesab edirlər ki, belə dostluq mümkün ola bilər, amma bu heçdə elə asan deyil.

İstənilən kişi (və ya qadın) hansısa bir qadının birdən ümumi sıradan ayrılıb başqa bir sıraya çıxmasına çox diqqətlə yanaşmalıdır (məsələn, iş yoldaşı kimi). Maraq hardasa bir-birinə qarşı həvəsin yaranmasına səbəb ola bilər. Buna görə əgər siz ailəlisinizsə, bu zaman öz həyat yoldaşınız və ya sizinlə eyni cinsdən olan bir insanla dost olmağı sizə məsləhət görürük. Kompaniya olaraq da dostluq etmək mümkündür, lakin bu zaman da kompaniyadan heç kəsi seçməmək lazımdır.

İnsanın sizin həyatınızda hansısa bir önəmli yer tutması dostluq və ya daha yüksək hiss arasındakı həddin keçilmiş olduğundan xəbər verir. İnsan başqa bir insandan öz asılılığını yoxlaya bilər. Bunun üçün sadəcə distansiyanı artırmaq lazımdır. Əgər bu zaman siz həmin insansız yaşaya bilmirsinisə, deməli o artıq sizin dostunuz deyil. daha yaxın adamınız olmağa başlayıb…


Şərhlər: 14
Baxılıb: 863
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Chalikushu
kimi dost sechiremse ureyimde qalir chunki gelib ardindan sevgi bildiribler
8 aprel 2016 20:39
# 14
men ne vaxt boyudum ki qelbler qirdim(
Angela7
Mən distansiyanı yoxlamışam, və həqiqətən də dostuq biz, bəzən eyni, bəzən isə müxtəlif səmtlərə baxırıq, bunu müzakirələrimiz zamanı hiss edirəm.
3 aprel 2016 13:10
# 13
May 2016 tarixindən bəri günlərimdə SƏN adlı dəyişiklik var.
S.Heydarova
kişi və qadın arasında dostluğa inanmıram.
2 aprel 2016 20:12
# 12
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
Miss_Oxatan
Eger kimse dostluq etdiyi insanla sabah sevgili olursa demek ki,o insan evvela dostluq etmeyi bacarmir,ikinci de o hec ezelden o insana dost yox bawqa menada yaxinlawib.qadin kiwi dostlugu deyende niye o saat bawqa menalar yozursuz onu anlamiram.dost nedir ki?bawina hansisa bir problem gelerse bilirsen ki he bu problemimi o hell ede biler,ya da komeyi deye biler yaxwisi budur ona deyim.indikiler dostluq deyende saatlarla mesajlawmaq,telefonla enge vurmaq duwunur deye yozurlar haralarasa.menim nece il evvel iwkediyim yerde iw yoldawlarimin coxu kiwi idi,oglan idi.bir qiz var idi,ele bilirdim yaxwidir ama o iw yoldawlarim sagolsun meni ayiltdilar ki,o qiza iw baresinde hecne oyretme,o senin yerine goz dikib,bu meqsedle gelir senin yanina,sene iwin barede suallar verir.halbuki yaxin refiqe idik o qizla.onlar deyende inanmadim.sonra mene subut etdiler.bu plani quran wexsle birlikde sohbet ederken tutduq onlari.dostluq budur.bir birini pis insanlardan qorumaq.insan dostlugu,yoldawligi gerek evvela bawa duwsun,derk elesin.ay xanimlar,burda bezileriniz iw qadinlarisiniz.hecmi iwlediyiniz yerde daha cox guvendiyiniz,kiwi iw yoldawiniz yoxdur?bele pis cixmasin beyem pis gozle baxirsiz bir birinize?Vallah men 3il iwledim tewkilatda,nece qiz qadin geldi getdi,hamisi da bir firildaqla mewgul idi,hamisinin gozu menim yerimdeydi,ve onlarin firildaqlarini eks cinsin numayendeleri olan iw yoldawlarim terefinden onlarin komeyi,desteyi ile bilmiwem.onlar niye mene bu hormeti edirdiler?cunki mende yaxwi yoldaw olmagi bacarmiwam,aglimla,terbiyemle,namusumla qazandim bu hormeti.hele de gorende hornetle goruwub salamlawiriq.cunki iwlediyimiz muddetde men onlarin onlarda menim iw barede cetin anlarimizda desteyimiz olduq.her wey qarwiliqlidir heyatda.insanin ureyinden ne kecirse bawina o geler cox vaxt.hele de eminem ki,hansisa problemim olsa o insanlara muraciet etsem tereddudsuz,bir an bele duwunmeden komeyime gelerler.insan gerek duwduyu muhutde ele aparsin ki ozunu omur boyu yaxwi iz qoya bilesen hem o mekanda hemde o insanlarin qelbinde.bu menim wexsi ,subyektiv fikrimdir.
2 aprel 2016 15:05
# 11
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
vipbetul
inanmiramki kisiyle qadin arasinda dostluq sona qeder ola bilsun
2 aprel 2016 13:28
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
_TəHLuKə_
Bu dostluğun dəyişilməz qanunu;Ya oğlan sevir gizli-gizli,ya da qız)..Evli insanlarda bu münasibət..¿
2 aprel 2016 13:24
# 9
Özün ol!Qəti özənmə özgələrinə!
Fialka
Kişi və qadın arasında olan dostluğa o qədərdə inanmıram ola bilsin ki, mövcuddur amma çox az sayda çünki dostluqla digər münasibət arasında çox incə cizgi var onu qorumağı bilməyib keçdiklərinə görə dostluq mümkünsüzə çevrilir mənə görə isə kişi və qadın o halda dost olur ki, onlar bir - birinin həyatının yoldaşıdır...
2 aprel 2016 11:37
# 8
qanadli melek
Kiwiyle qadin arasinda hec vaxt dostluq olmaz sonu mutleq sevgiye cevrilir yawayib gormuwem
2 aprel 2016 11:30
# 7
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
mawa1
Menim oglan dosdum var coxda yaxsi dosdug
2 aprel 2016 10:36
# 6
Tomris Müslümova
Elə qadınlar varki,həmcinslərindən çox kişilərlər dostluq edirlər.Hətta ailəvidə gediş-gəlişləri olur.Amma çox zaman bir-birləri ilə dostluq edib sonra evlənirlər.Çünki tərəflər bir-birilərinin xasiyyətlərinə bələd olurlar,pislərini,yaxşılarını bilirlər.Ona görədə sevgiyə çevrilir.Amma qadınların dostluğundansa mən kişilərin dostluğunu daha etibarlı bilirəm.Çünki qadınlar arasında hər zaman paxıllıq,ikrah hissi olur.Ya yaxşı geyimlərinə,ya yaxşı həyat yoldaşlarına görə...
2 aprel 2016 10:08
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BIR_TANEM
qadınla kişin dohsluxu normaldı mennimde oxlan dihsum coxdu
2 aprel 2016 10:07
# 4
DOSLARIMNAN GORWE COX AZ QALDI SEVINIREM
Cindrella
Qadinla kisinin dostlugu tutmaz.
2 aprel 2016 10:01
# 3
tenha cicek
kisi ile qadinin dostlugu bos seydir.o dostlugun altinda mutleq sevgi yatir.men denemisem tecrubelerime esaslanaraq bunlari yaziram
2 aprel 2016 09:58
# 2
Bir heyatim var adi ''MEN'' menasi ''SEN''
BARBI
Kisi ve qadin arasinda dostluq ola bilmez. Yalnis dusuncedir. Evvel axir bu dostluq sevgiye cevrilir
2 aprel 2016 09:56
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz