Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
2016 yaz-yay qarderobunuzu mövsümün trendlərilə formalaşdırın
2016 yaz-yay qarderobunuzu mövsümün trendlərilə formalaşdırın
Göndərən: Tomris Müslümova
Şərhlər: 4
Baxılıb: 674
Səs ver:
Yaz gəlib, havalar istiləşir və şkafımızın gözlərində də dəyişiklik etməyin vaxtı da gəlib. Qarderobumuzu mövsümə uyğun səliqə-səhmana salmaq üçün trendləri də bilməyimiz lazımdır. Çünki belə olduqda həm özümüzə yaraşanı, həm də bizə nə lazımdır onu tapırıq. Eyni zamanda da, artıq əşyalar qarderobda çox yer tutmur. Əsas da düzgün parçaları seçdikdə cibimizə də qənaət etmiş oluruq. Elə isə gəlin dəbdən heç bir zaman düşməyən mövsümün trendlərini seçək və qarderobumuzu birlikdə formalaşdıraq. 

Mükəmməl köynək


Yaz/yay mövsümündə bütün "look”ların ən yaxşı dostu mükəmməl köynəkdir. 
Tərz: Qollar – qısa qolları olan köynəklər sizin üçün ən yaxşı seçimdir. Siluet – Düz, rahat amma çox da boş olmayan bir forma olmalıdır, uzunluğu isə omba sümüklərinə qədər olmalıdır ki, qarın hissə açıq qalmasın. Yaxa – Rahat və dairəvi olmalıdır ki, daha qadınsı görünüş yaratsın, boğaz hissəyə heç bir təzyiq olmasın. 
Material: Qalın olmayan 100% pambıq parçadan olmalıdır. Mütləq streç olmamalıdır, çünki köynək dartılmamalı, genişlənməməlidir. 
Alınması: Alarkən mütləq yoxlayın. Hətta 6-cı hissiniz sizə desə ki, arzularımın köynəyini tapmışam, yenə də, yoxlayın. Detallara diqqət edin: xətlər düzgün, tikiş səliqəli olmalı, digər problemlər olmamalıdır. Mükəmməl köynəyi tapdınız? Elə o an 3 ədəd alın. Çünki sevimli köynəyinizə nəsə ola bilər və onu dəyişik geyinmək lazım gələcək. 
Məsləhət: Ağ köynəyin altından qara və ya bej rəngli büstqalter geyinməyin. Ən yaxşısı ağdır. Krujevadan uzaq durun, çünki belə köynəklərin altından hamar, bəzəksik büstqalter daha məsləhətlidir.

Enli şalvar


Belə şalvarlar xanımlar üçün şıq bir seçimdir. Belə şalvarlarla hündürdabanlı və platforma ayaqqabılar arzuolunandır amma məcburi deyil. Bəs bir cüt əla slipon ayaqqabıya nə deyirsiniz? Enli şalvarlarınızı rahatlıqla sliponlarınızla geyinə bilərsiniz.

Yeni büstqalter


Qadınlar uzun müddət eyni büstqalteri geyinə bilir, amma heç bir büstqalter uzunömürlü deyil. Əsas prioritetiniz: düzgün büstqalter əla siluet deməkdir. Büsqalter seçimilə bağlı faydalı məlumatları isə əvvəlki yazılarımızla sizə çatdırmışıq. İstəsəniz göz ata bilərsiniz.

Xarakterli aksessuar


Aksessuar istənilən "look”u daha da gözəgəlimli edir. Düzgün aksessuar individuallığı da vurğulayır.

Hər yerdə və həmişə trenç-kot 


Yaxşı trenç-kot bütün detalları ilə tamamlanan trenç-kotdur. Manşet üzərindən çiyin asqısı və kəmərlər, iki tərəfli düymələrin olması əla görüntü yaradır. Diqqət edin ki, uzunluq bir az dizinizin altında olsun. 

Dəri və bomber gödəkçələr


Yəqin ki, hər birinizin qarderobunda qara dəri gödəkçə var. Yoxdursa, heç düşünmədən qarderobunuza əlavə edə bilərsiniz. Əlbəttə ki, siz hər hansı bir rokçunun rəfiqəsinə bənzəməyəcəksiniz. Əksinə tərzli görünüəcəksiniz. Rəngli dəri gödəkçələrinizi isə mini paltar və skinny cinslərinizlə geyinin. Bomber gödəkçələr isə son zamanlar dəb aləminə "sürətli giriş” edib. Zamşa, ipək, şəffaf organzadan olan bomber gödəkçəni də qarderobunuza əlavə edib dəblə ayaqlaşa bilərsiniz. Çiçək printli, naxışlı bomberlər də seçiminizdə ola bilər.

Monoxrom kostyumlar


Kostyumunuzu moruqlu dondurma, nar şirəsi çalarlarında seçə bilərsiniz.

Ağ köynək


Ağ köynək hər bir xanımın qarderobunun əsasını təşkil etməlidir. Əgər ağ köynəyiniz yoxdursa bu yaz mütləq bir ağ köynək alın. Diqqət edin ki, nə bej, nə çirkli ağ, nə də sarı olsun. Belə köynəklə siz həm işə, həm görüşə, həm də gəzintiyə gedə bilərsiniz. 

Çanta


Qol altı, əl, çarpaz, iki tutacaqlı klatç – mütləq bu çantaların birini yaz-yay qarderobunuza əlavə edin. Muncuqlarla, qaşlarla işləməli, parça çantalar olsa lap mövsümün ruhunu oxşaya bilərsiniz.

Parlaq printlər


Bu mövsüm printlər ötən illərə baxanda daha da aktualdır. Abstrakt, qrafik, çiçək, yapon və hind etnik naxışları, heyvan printləri daha çox gözoxşayandır. Sadəcə sizə hansı yaraşır onu düzgün seçməlisiniz. 

Mövsümün ən gözəl sarafanları


Yenə də, yaz-yay qarderobunuzun mütləq və mütləq əsasını təşkil etməli parçanın üzərindəyik. Qadınsı, romantik, əyləncəli, cəlbedici görüntülü sarafanlardan birini siz də bu mövsüm geyinməli, dəbə meydan oxumalısınız. 

Qum çalarlı bleyzer


Gözəl, şıq, əyinə tam oturan, bədən formasını düzgün tamamlayan bleyzer hər bir qadının qarderobunda olmalıdır. Bu mövsüm isə qarderobunuzu qum çalarlı bleyzer bəzəyə bilər. Yəqin ki, bu, qarderobunuz üçün ən yaxşı parçadır. İstənilən geyiminizlə də yaxşı dəstləşdirə biləcəyiniz bir bleyzerə siz də yox deməzsiniz?!


Şərhlər: 4
Baxılıb: 674
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
23 may 2016 00:24
# 4
vipbetul
modani ozume yarasdirib geyinirem
23 may 2016 00:02
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
чох вахт йарашан гейинирем мода иле йох
22 may 2016 23:26
# 2
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
BARBI
Trendlere gore geyinen insanam. Her zaman modani teqib edirem
22 may 2016 23:15
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz