Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gözəl qadınlar evlənmək üçün deyil, əyləncə üçün yaradılıb
Gözəl qadınlar evlənmək üçün deyil, əyləncə üçün yaradılıb
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3052
Səs ver:
Biz heç vaxt avropalı ola bilməyəcəyik. Bakı bundan betər soyunsa belə, Qızları azadam deyib lüt gəzsə belə, Oğlanları sərbəstəm deyib ağacların başında yaşasa belə, bütün televiziyalarmız 24 saat intim kinolar, intimy kliplər göstərsə belə, biz şərqli- Asiyalılıq

Mən heç vaxt qadın azadlığından və kişi-qadın bərabərliyindən yazmamışam və hələki bunu  özümə  vacib saymıram. Niyə???  amma bir şeyi dəqiq bilirəm və bunu cəsarətlə demək istəyirəmki, Qadın  böyük qüvvədir !!! elə bir  cəsarətli  kişi tapılmaz ki, gözəl bir qadının ən azından əlindən öpmək istəməsin.

Bir az cəmiyyətmizin baxış pəncərəsindən  sizlərə mənzərə, bizim insanların qadına yanaşma tərzi ta qədimdən bu gunə kimi ya normal, ya da anormal olub, biz müsəlman olduğmuz zamana qədər normal, müsəlmanlıqdan sonra anormal olub. Bu barədə yazıb, din tərafdarlarının və ya mömin insanların hədəfinə çevrilmək istəmirəm, amma ciddi təpkilər gəlsə, açıqlama verəcəyəm.

Mən həmişə gözəl xanımlarla ünsiyyətdə olmuşam və bu gündə onlarla kontaktdan həzz alıram. Bilirəmki, bunu  demək istədiyim kimi " anlayan ”  az insan olacaq. Çox yerlər gəzmişəm, çox toplantılar və çox məkanlarda olmuşam, amma mənim gizgisini cızdığım Gözəl qadın obrazında bu şəhərdə-Bakıda 5-6 qadın görmüşəm. Həqiqətəndə o qadınlar ağıla gəlməz dərəcədə gözəldirlər. Mən bir dəfə dostuma onlardan birini göstərdim, O,  o gözəlliyə baxa bilməyib, dedi " bu dəhşətdir” dözülməzdir. Bu tip qadınlar- belə gözəlliklər Tanrının –" ol-yaran ”  əmrindən kənarda yaradılmışdır. Tanri bu qədər ədalətsiz olub, bunları yaratmaqla bizə-kişilərə bu qədər əzab verəbilməz”. Mən sadəcə bunu deyə bildim bəs "Best modol of the World’s girls  ??? ”

Və  bizim insanların Gözəl Qadına baxışı zahirən yaxşıdır, amma onun pərdə arxası fikiri isə anormaldır. Niyə? Bizdə belə bir fikir var, Gözəl qadınlar sevilmək üçün deyil, onlara yalnız əyləncə üçün yaradılıb, hardasa onlarla razılaşmaq olar, çünki, ta qədimdən kral, şah, imperator, knyaz, xan saraylarında yalnız gözəl qadınlar " çalışırdı” və bu gundə eyni vəziyyətdi, lakin bu  bir az hər şey kimi gözəllik də  "sivilizasiyalaşıb”, hərəmxana deyil, amma hotellər, klublar, parklarda həmin hərəmxana xidməti davam edir. Təkcə bir fərq var o zamanların Gözəlləri ilə bu gunki Gözəllər arasında ; o zamanlar təbii gözəllər at oynadırdısa, indi intimual göruntülü (intimual deyil ha) qadınlar cəmiyyətə dolayı yolla "hökmranlıq” edir. Bu gün, qadın varlığına, qadın gözəlliyinə verilən qiymət-dəyər, qadın istismarına, qadın zorakılığına, hətta qadın al-verinə şərait yaradan ən qısa yoldur. Ona görədə, əziz qadınlar! sizə deyilən "gözəl fikirlərdən, təriflərdən, sizin gözəlliyinizə və şəninizə deyilən "komplmentlərdən” hayıl-mayıl olmayın, eksinə bu təriflərdən ehtiyatlı olun...
Mən kişi-qadın bərabərliyinə, Gender probleminin həllinə "can atan” kişilərin səmimiyyətinə inanmayıb, onları ciddi insan kimi qəbul etmirəm.

Başqa tərəfdən, nə zaman ki, dostların, tanışlarım məni  gözəl qadınlarla bərabər görəndə, sonra deyirlər ; "bilirsən o kimidr? O əxlaqsızın, pozğunun yekəsidir”... amma bu fikiri deyən insanlar, nə zaman mən və o gözəl qadınla birgə qarşılaşanda, mən qalıram qırağda, başlayırlar o gözəl qadının əhvalın-keyfin soruşurlar, onunla "ciddi  maraqlanırlar”. Sonra soruşuram bəs sən demirdinki, o qadın "əxlaqsızdır”niyə bu qədər onun halına yanırsan və ya onunla "bele nəzakətli davranırsan” ??? Sən demə bunu onun üzünə demək olmazmış...

Həmişə bu fikirdə olmuşam, biz kişilər qadınları pis yola çəkmişik və biz kişilər qadınlara ən böyük qiyməti-dəyəri vermişik, hansı ki, bundan onların xəbəri də yoxdur. Və mən bunu da fikirləşirəmki, qadınların özləri haqqında dəyərdən xəbərləri yoxdur. Niyə? Bunu səbəbi çoxdur. Qalsın sonrakı mövzuya.

Mən burda qadınlar haqqında dünyanın böyük dahilərinin statlarına söykənən fikirlərə əsaslanmaq istəmirəm. Onsuzda bunu hamınız bilirsiz, amma nə faydası, bildiklərmizi həyatmıza tətbiq etməmişik. Biz həmişə bilməklə kifayyətlənmişik. Nə isə...

Amma qadın haqqında ən qiymətli və ən dəyərli fikirləri Məhəmməd (s) deyib və qadın haqqında təhqir edici fikiridə sonuncu peyğənbər deyib. Bunu da deməyəcəm ...
Deyəsən adını verdiyim mövzudan cöx uzaqlaşdım. Amma başa düşmək lazımdırki, ürəyim doludur. Bu il 70 gun ərzində ... ekspedisiyada oldum. Lakin yazıda ekspedisiya və onun əhəmiyyətindən yazmayacağam, həmdə ona görəki tamamən ayrı sahədi. Amma orada bizim üçün maraqlı olan hadisələr çox olurdu. Beynəlxalq ekspedisiya olduğundan Avropalılar- qərblilər çoxluq təşkil edirdi. Mən bir daha əmin oldumki, qərblilərin yaşam tərzi kimi, baxışlarıda fərqlidir. Biz heç vaxt avropalı ola bilməyəcəyik. Bakı bundan betər soyunsa belə, Qızları azadam deyib lüt gəzsə belə, Oğlanları sərbəstəm deyib ağacların başında yaşasa belə, bütün televiziyalarmız 24 saat intim kinolar, intimy kliplər göstərsə belə, biz şərqli- Asiyalılıq. Bəlkə heç avropalıya oxşamaq lazım deyil, amma bu günki, halımız və fikirmiz bundan xəbər verir. Mən buna adım kimi əminəm ki, nə qədər istəsək- çalışsaq belə biz avropalı ola bilməyəcəyik. Gəlin özümüzü  yormayaq!!!


Şərhlər:
Baxılıb: 3052
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz