Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İdeal qadın da tərk edilir
İdeal qadın da tərk edilir
Göndərən: Tomris Müslümova
Şərhlər: 5
Baxılıb: 390
Səs ver:
Kişilər ideal qadın axtarır düşüncəsi tamamilə yanlışdır. Çünki münasibətdə, əsasən də, siz də heç bir problem yoxkən kişi tərk edib gedə bilir. Bunun müxtəlif səbəbləri var ki, biz sizə dörd səbəb haqqında bəhs edəcəyik. Əgər siz də ideal xanımsınızsa və gələcəkdə sevgiliniz tərəfindən tərk edilmək istəmirsinizsə bu yazı əsl sizlikdir.

Ciddiliyə doğru gedən münasibətdən qorxduğu üçün
Kişilər, əsasən, yaxşı, istədikləri kimi xanımlara bağlanmaqdan qorxurlar. Ciddi və davamlı münasibət onları çəkindirir. Çünki kişilər biz xanımlardan fərqli olaraq azadlıqlarını çox sevirlər. Məhz bu səbəbdən də qarşılarına ideal xanım (istədikləri kimi) çıxdıqda tərk edəcəyini bilərək münasibətə başlayır və ən kiçik səhvdə sizi tərk edib gedirlər. Daha çox isə "Problem səndə deyil, sən çox yaxşı birisən. Problem məndədir” cümləsi ilə səbəbi izah etməyə çalışırlar.

Təzyiq və əskiklik hiss etdikdə
Həddən artıq emosional tələblər kişiləri yora bilir. Balansı yaxşı saxlamaq qadın-kişi münasibətlərində çox vacib amildir. Həddən artıq maraq, onu davamlı olaraq dəyişdirməyə çalışmaq, daha çox sevgi, mütəmadi olaraq nəzarət bu amillərin başında gəlir. Belə vəziyyətlərdə siz nə qədər ideal, onun istədiyi kimi bir xanım olursunuzsa olun, o özünü təzyiq altında və əskikləri olan biri kimi hiss edəcək, sizi tərk edib gedəcək.

Hörmət görmədiyini hiss etdikdə
Kişi və ya qadın, fərqi yoxdur, heç kim hörmət görmədiyi bir insanla münasibət istəməz. Bir kişi özünə qarşı hörmət görmədiyi xanımla heç vaxt həyatını bağlamaz. Kişilər, əsasən, xanımlardan dəstək və güvən görmək istəyərlər. Amma sevdiyi xanımdan ən cuzi hörmətsizlik gördükdə isə kişilər asanlıqla tərk edib gedərlər.

Münasibətdə rəqabətə tab gətirmə bilmədiyi üçün
Dostlarınızın, rəfiqələrinizin yanında onunla mübahisə etmək, sizin ondan daha çox pul qazandığınızı, daha yaxşı yerdə işlədiyinizi hiss etdirmək ona sevgiliniz yox, rəqibiniz kimi  hiss etdirməyinizə səbəb ola bilər. Belə vəziyyətlərdə tərəf müqabiliniz sizin həyatınızda artıq biri olduğunu düşünəcək. Çünki üstünlük hiss etdirmək nə qədər ideal biri olursunuzsa olun münasibəti yora bilir. Nəticədə isə sevgilinizdən "Ayrılmaq istəyirəm” cümləsini eşidə bilərsiniz.


Şərhlər: 5
Baxılıb: 390
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
Sitat: BARBI
Sevgide mukemmellik arayisinda olmamisam. Mukemmel insanlarda uduza biler onlarda terk edile biler
18 may 2016 21:03
# 5
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Totu
Tewekkürler.))
18 may 2016 16:14
# 4
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
vipbetul
kisi terk etmek isdeyirse behane onuncun ne cox
18 may 2016 13:56
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
elanora
Kiwilere ferqi yoxdu. Her baximdan
18 may 2016 12:09
# 2
BARBI
Sevgide mukemmellik arayisinda olmamisam. Mukemmel insanlarda uduza biler onlarda terk edile biler
18 may 2016 09:15
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz