Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişi qarderobuna aid olan kolqotqalarla bağlı heç yerdə eşitmədikləriniz
Kişi qarderobuna aid olan kolqotqalarla bağlı heç yerdə eşitmədikləriniz
Göndərən: ALESSANDRA
Şərhlər: 4
Baxılıb: 468
Səs ver:
Kolqotqa və "çulki" kimi tanıdığımız uzun neylon corablar qadın ayağını cazibədar göstərən ən effektli vasitədir. Lakin nə qədər paradoksal olsa da, ilk "çulkilər" qadınlar üçün deyil, kişilər üçün hazırlanıb.
 
Qədim Yunanıstanda və Romada igid döyüşçülər təbii yundan hazırlanmış uzun corablar geyiniblər. Bu cür corablar döyüşlərdə rahat hərəkət etməyə imkan verib. Zaman keçdikcə zəngin senyorlar incə corablarını ən bahalı materiallarla bəzəyib-düzəyib. Məsələn, XIV Lüdovikin sarayında ipəkdən və məxmər parçadan tikilən açıq göy və qırmızı corablar xüsusi populyarlığa malik olub.
 
Güclü cinsin nümayəndələri uzun "çulkiləri" daha geyinmək istəmədi!
 
Toxunma corablar XVI əsrdə Avropada yenidən aktuallaşıb. Onların hazırlanması üçün ilk sənaye qurğusunu 1589-cu ildə istedadlı ingilis keşişi Uilyam Li icad edib. Amma avropalılar toxunma "çulki"ləri mahud, məxmər və ipək corabla yalnız XVIII əsrin sonunda dəyişiblər. Həmin vaxta qədər kişi qarderobunun mütləq detalı olan uzun corabları Böyük Fransa inqilabından sonra güclü cinsin nümayəndələri geyinməkdən imtina edib. Şalvarın dəbə minməsi ilə uzun "çulki"lər kişi qarderobundan birdəfəlik çıxaraq qadınların "şəriksiz hakimiyyəti" altına keçib.
 
Təxminən XIX əsrin ortalarında pambıqdan hazırlanıb muncuqla və incə naxışlarla bəzədilən qadın "çulkil"əri dəbə minib. Həmin dövrdə ipəkdən hazırlananlar baha olduğundan o qədər də geniş yayılmayıb. Lakin 1910-cu ildə süni ipəyin icad olunması "çulki" istehsalına təkan verib. İstehsalçılar həmin geyimin süni ipəkdən hazırlanmasına başlayıb. Birinci dünya müharibəsindən sonra ipək (süni) corablar hədsiz populyarlıq qazanıb. Onlara tələbat o qədər böyük olub ki, həmin dövrdə ən mühüm toxuculuq müəssisələri süni ipək və sintetik liflərdən qadın corab istehsalına başlayıb.
 
Moda dünyasının ən böyük inqilabı
 
Nazik kolqotqalar ilk dəfə 1939-cu ildə ABŞ-da Vilminqton univermağında satışa çıxarılıb. Corablar satışa çıxan andan etibarən müştərilər arasında böyük rezonansa səbəb olub. Nazik "çulki"lərin ixtirası isə ötən əsrin ortalarında moda aləmində əsl inqilab sayılıb.
 
Neylon kolqotqaların ixtirası "DuPont” şirkətinə aiddir. Şirkət ixtirasını satışa çıxarandan sonra yeni məhsul böyük əks-səda doğurdu. Bu da təbii idi. Axı, belə corablar ipək corablarla müqayisədə xeyli rahat və əlverişli, üstəlik, ideal görünüb. Elə bunun nəticəsində də, bir neçə saat ərzində 700 mindən çox nazik "çulki" satılıb.
 
Neylonu ipəyə dəyişsəniz...
 
"DuPont” şirkətinin reklam sloqanı belə səslənirdi: "Əgər ipək corabları neylonla əvəz etsəniz, onda atı sürətli avtomobilə dəyişmiş olacaqsınız".
 
Şirkət yeni məhsulunun tanınması üçün əlindən gələni edib. Məsələn, ilk reklam kampaniyası üçün 12 metr hündürlüyündə nəhəng qadın ayağı düzəldərək corab geyindiriblər.
 
İlk nazik "çulki"lər o qədər cəlbedici və dəbli olub ki, qızlar onun qarşısında tab gətirə bilməyib. Hətta moda ilə ayaqlaşmayan qızlar da nazik "çulki" əldə edə bilmək üçün bütün pulunu xərcləməyə hazır olub. Mağazalar qarşısında da böyük növbələr olub.
 
"Çulki"lərlə bağlı indiyədək bir neçə qayda qoyulub. Hansı ki, həmin qaydaılar hələ də öz aktuallığını itirməyib. Məsələn, corabların rezininin görünməməsi üçün yubkanın uzun olmasına dair tələb indi də qüvvədədir. Çünki rezinin görünməsi şit və bayağı hal sayılıb.
 
Qısa yubka dəbə daxil olmaqla "çulki"lərin yerinə indiyədək məşhur olan kolqotkalar gəlib.
 
"Çulki"lərlə bağlı heç yerdə eşidilməyən faktlar
 
1. "Çulki"lər ilk aylarında yalnız istehsalçı şirkətin əməkdaşları üçün satılıb.
 
2. İlk müştərilər "çulki"ni alandan sonra onu elə küçədəcə geyinib. 40-ci ilin sonlarında çulkilərin satış həcmi 3 milyona çatıb. Bununla bərabər, tələbat təklifi xeyli üstələyib.
 
3. İkinci dünya müharibəsi illərində paraşüt, geyim və müxtəlif materialların hazırlanması üçün neylon material orduya göndərilib. Bu səbəbdən neylon corab nadir əşyaya çevrilib. Amma qadınların dəbli görünmək istəyi o illərin ağır hadisələrindən daha effektli olub. Beləliklə qadınlar çıxış yolunu ayaqlarına corab şəkli çəkməkdə görüb. Dəb həvəskarları lak yaxud qara karandaşla ayağın arxa hissəsinə "çulki"nin tikişini çəkib. Hətta bu məqsədlə lak da istehsal olunub.
 
4. "Çulki"nin arxasındakı xətlər çox vaxt düz çıxmırdı. Bu problemi aradan qaldırmaq üçün 1942-ci ildə qadınların ixtiyarına xüsusi cihaz verilib. Həmin cihaz karandaşı düz istiqamətdə çəkməyə kömək edib. Aşağıda belə qurğudan istifadə edən qızın şəklini görə bilərsiniz.
 
5. Müharibə qurtarandan sonra 1945-ci ilin payızında "inqilabi məhsul"-un müxtəlif çeşidləri yenidən mağazalarda görünüb. Yenə də onu almaq üçün qadınlar saatlarla növbələrdə dayanıblar.
 
6. Sovet Ittifaqına nazik "çulki"lər çox gec gəlib çıxıb. Tapılmayan bu malı mağazalarda almaq praktiki olaraq mümkün olmayıb. Və yalnız 1960-cı illərin əvvəllərində hər qadın belə corablar almaq imkanı qazanıb.
 
Çulkilərin, kolqotkaların ixtirasından artıq 50 il keçib, ancaq bu gün onlar hələ də populyardır. İndi bazarda kolqotqa və "çulki"lərin ən müxtəlif materiallardan tikilən versiyalarına rast gəlmək olar. Üstəlik, onlar müxtəlif rənglərdə və müxtəlif naxışlarda təklif edilir.


Şərhlər: 4
Baxılıb: 468
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
oxumadim uzun geldi maraqsiz oldu
11 may 2016 15:56
# 4
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Kölge
Maraqlinidi.teş.r
11 may 2016 12:28
# 3
Her şeye gore şukur
vipbetul
maraqli melumatlardi indide ele olkeler varki orada uzun culkilerden isdifade edirler idman sahesinde de uzun dize qeder olanlardan yaxsudaki ele culkilerdn isdifade edirler
11 may 2016 11:54
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Cox maraqli faktdir. Kolqotkanin kisilere aid oldugunu bilmirdim.
10 may 2016 23:30
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz