Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
8 martın əsl tarixi
8 martın əsl tarixi
Göndərən: ___Jasmin___
Şərhlər: 4
Baxılıb: 473
Səs ver:
Yaxşı olardı ki, 8 mart onun yaranma tarixinə diqqət edilərək dünyada, əsasən Amerika və Avropada qadınlarının hələ də bərpa olunmayan hüquqlarının, azadlıqlarının və bərabərliklərinin bərpa olunmasına çağırış günü kimi qeyd olunsun Qadınların kişilərlə bərabər hüquqlu olmaq yolunda verdiyi mübarizənin təmsili başlanğıcı olaraq, 8 Mart 1857 -ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsi qəbul edilir. Bu hadisələrdən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1957-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq hər il Qadın günü olaraq qeyd olunması qərarlaşdırılır. 1975-ci il, dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu il, Beynəlxalq Qadınlar ili olaraq tarixə keçdi. Həmin ilin beynəlxalq qadın ili elan edilməsindən sonra BMT, 1975-ci ilin 8 martını ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirtdi. İki il sonra isə BMT-nin ümumi qurultayında 8 mart, qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edildi. Bu günün yəni 8 martın Beynəlxalq Qadınlar Günü olmasına səbəb olan başqa hadisələr də var, tarixi ardıcıllıqla onları sadalayıram, bəzilərini ardıcıllığa görə təkarər bir də sadalayacağam, diqqət edin: 1857-ci ildə Nyu-Yorkda qadınlar, 12 saatlıq günlük çalışma saatına və aşağı maaşa etiraz olaraq nümayiş keçirdilər. Polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi dağıtdı. 1908-ci ildə yenə də Nyu-Yorkda 15000 qadın, daha qısa çalışma saatı, daha yaxşı gəlir və səs vermə hüququ üçün nümayiş keçirdi . Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı "Çörək və Gül” idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edirdi. 1909-cu ildə Avropadaki qadınlar, Fevral ayının son bazar gününü, Fevralın 28-ini ilk qadın günü olaraq keçirdi.1910-cu ildə Clara Zetkin adlı alman sosialist qadın, Qadın Sosialist İnternasiyonalında Dünya Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edildi. 1911-ci il: Kophenagen qərarından sonra ilk dəfə 19 Martda Avstriya, Danimarka, Almaniya və İsveçrə də qeyd edildi. 1917-ci ildə Çar Rusiyasında qadınlar, pis həyat tərzinə qarşı "çörək və sülh” adlı nümayiş keçirdilər. 8 Martda olan bu tətil, daha sonra digər Avropa ölkələrində də qeyd edilməyə başlandı.1977-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart, Qadın hüquqları və Dünya Barışı günü olaraq qəbul edildi. Bunlar 8 martın tarixi haqqında olan demək olar əsas məlumatlardı. 8 mart günü beynəlxalq qadınlar bayramı kimi qeyd olunur, sadəcə buna diqqət edək ki, bu gün dünyada, xüsusilə Amerika və Avropa ölkələrində qadın hələ də biznes, reklam və əyləncə obyekti kimi istifadə olunur. Çox təəssüf ki, qadınlar bəlkədə özləridə bilmədən bu istiqamətlərdə bir alətə çevriliblər və bu da bir hüquq pozuntusu, qeyri-bərabərlik və azadlıqlardan məhrum edilmədir. Yaxşı olardı ki, 8 mart onun yaranma tarixinə diqqət edilərək dünyada, əsasən Amerika və Avropada qadınlarının hələ də bərpa olunmayan hüquqlarının, azadlıqlarının və bərabərliklərinin bərpa olunmasına çağırış günü kimi qeyd olunsun. Bu gün qadınlar orta əsrlər və hətta ibtidai dövrlərdə olduğu kimi müxtəlif sahələrdə yenə də kişilərin, işbazların və digər ünsürlərin əlində bir alətdir və başqasının biznes, reklam işlərində və ya əyləncəsində bir vasitə kimi istifadə olunur. Qadınların hüquqları, azadlıqları və kişilərlə bərabərliyi tam pozulur. Bu gün qadın hüququndan danışılan qərb və amerikada da bu belədir. Çox təssüf ki bizim ölkəmiz də Amerika və Qərbə üz tutduğu üçün kifayət qədər belə hallar var. Azyaşlıların erkən nikahından danışılır, amma azyaşlıların əxlaqsızlıq yuvalarında səhərə qədər vaxt keçirməsindən, mənəviyyatsızlığından və əxlaqsızlığından heç söhbət belə etmirlər. Ümumiyyətlə məncə qadınların bu gün o qədər problemləri var ki, 8 mart məhz bu günün yaranma tarixinə diqqət etsək belə problemlərin həllinə yönəlməlidir. 8 mart bayram yox, tarix boyu və bu gün də davam edən qadınlara olan zülm və haqsızlığa etiraz günü olmalıdır. Çünki bu gün tarixə düşəndən indiyə qədər qadınların problemləri qalmaqdadır, məgər o problemlər həll oldu ki, qadınlar həmin günü bayram edirlər hər halda bu gün də bayramlıq heç nə yoxdur. Qadınları hər cür istismara məruz qoyanlar bu günü onlar üçün bayram qərar veriblər. Əgər qadınlar bayram keçirmək istəyirsə və təbiidir ki, onlar bunu istəyirlər və buna layiqdirlər, bu dünya xanımlarının xanımı Peyğəmbərimizin qızı Fatimeyi Zəhranın doğum günüdür. Xanımlar üçün qadınlara, hətta kişilərə belə örnək olan bir qadının dünyaya gəlməsindən sevimli, şad və bayramlı heç nə ola bilməz. Qadınlara qarşı aparılan istismar siyasəti əsasən Amerika və Qərb dövlətlərində hələ də davam edir. Zaman-zaman qadınların bir alət olaraq istifadə edilməsinin zahiri görünüşü və şəkli dəyişib, zülm və haqsızlıq elə olduğu kimi qalıb. 8 mart qadınların onlara qarşı yönələn zülmə və haqsızlığa etiraz günü kimi qeyd olunmalıdır. 8 martı qadınlar üçün bayram günü elan etməklə qadınlara olan zülm və haqsızlığı pərdələdilər, mən dünya qadınlarını məhz 8 mart günündə bu günün yaradıcıları olan tarixi qadınlar kimi olmağa çağırıram, bu gün – 8 mart bayram yox, qadınların onlara olan zülmlərə etiraz günüdür.


Şərhlər: 4
Baxılıb: 473
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Əgər qadınlar bayram keçirmək istəyirsə və təbiidir ki, onlar bunu istəyirlər və buna layiqdirlər, bu dünya xanımlarının xanımı Peyğəmbərimizin qızı Fatimeyi Zəhranın doğum günüdür. Xanımlar üçün qadınlara, hətta kişilərə belə örnək olan bir qadının dünyaya gəlməsindən sevimli, şad və bayramlı heç nə ola bilməz. Qadınlara qarşı aparılan istismar siyasəti əsasən Amerika və Qərb dövlətlərində hələ də davam edir. Zaman-zaman qadınların bir alət olaraq istifadə edilməsinin zahiri görünüşü və şəkli dəyişib, zülm və haqsızlıq elə olduğu kimi qalıb. 8 mart qadınların onlara qarşı yönələn zülmə və haqsızlığa etiraz günü kimi qeyd olunmalıdır. 8 martı qadınlar üçün bayram günü elan etməklə qadınlara olan zülm və haqsızlığı pərdələdilər, mən dünya qadınlarını məhz 8 mart günündə bu günün yaradıcıları olan tarixi qadınlar kimi olmağa çağırıram, bu gün – 8 mart bayram yox, qadınların onlara olan zülmlərə etiraz günüdür.
cox gozel yazidi her zaman qadinlarin azad huquqlu haqlarini bilen savadli is adamlari olmalarini dileyirem daha kimlerinse gozunde noker qulluqcu haqlarinin tapdalanmasi vacib olan bir esya kimi deyil
8 mart 2016 15:34
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qanadli melek
Maraqli tarixcesi var bilirdim bu haqda
8 mart 2016 10:05
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Qadinlara azadliginin verildiyi gundur. Her xanim bu tebriye layiqdir
8 mart 2016 09:58
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
sadece_men
mende anam bawda olmaqla butun qadinlari tebrik edirem.bayraminiz mubarek
8 mart 2016 07:08
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz