Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlar niyə ağlayır?
Qadınlar niyə ağlayır?
Göndərən: Fialka
Şərhlər: 7
Baxılıb: 471
Səs ver:
Belə qəbul edilib ki, qadınların göz yaşı ta uşaqlıqdan onların ayrılmaz hissəsinə çevrilir. Bəs görəsən qadınlar niyə tez-tez ağlayır? Kişilərin fikrincə, qadınlar ağlayıb-sızlamağı sevir. Gəlin buna başqa baxış bucağı altında – tibbi nöqteyi-nəzərdən baxaq. 

Göz yaşı hardan gəlir?
Hormonlar – endokrin vəziləri sisteminin hasil etdiyi bu kimyəvi maddələr həm kişilərin, həm də qadınların emosional vəziyyətini təyin edir. Qadınların göz yaşlarının miqdarına əsasən prolaktin hormonu təsir edir: onun səviyyəsi nə qədər yüksək olarsa, göz yaşları bir o qədər çox axar. Kişi hormonu olan testosteron göz yaşları yaranmasını azaldır, buna görə də qadınlar kişilərə nisbətən daha tez-tez ağlayırlar.

"Hormonal partlayış” 
Hər bir qadının xoşbəxt həyatında "hormonal partlayış”ın baş verdiyi dövrlər olur. Bu, qızlarda aybaşının başladığı böyümə dövrü, hamiləlik, doğuş və klimakteri (hormonal sistemin sönməsi) dövrüdür. Hamı bilir ki, ağladıqdan sonra insan yüngülləşir. Ağlayan kəs sakitləşir, çünki göz yaşları ilə birlikdə stress hormonlarının qalığı xaric edilir.

"Qiymətli” göz yaşları 
Hormonların artıb-azalması zamanı qızlar stressə, məişət qayğılarına, şəxsi həyatdakı uğursuzluqlara qarşı həssas olur. O ağlayır, stress hormonları isə azalmır. Bu zman orqanizm əsəbi cəhətdən tükənir. Deməli, stress səbəbindən nə qədər çox göz yaşı axarsa, bu, orqanizm üçün bir o qədər "qiymətli” olacaq.  

Bütün qadınlar eynidir 
Bu, heç də doğru deyil. "Ağlağan xarakter”ə mənfi amillər də təsir edir: temperamentin melanxolik tipi, sıxıntılı irsilik (yaxın qohumlarda depressiya, suisidə cəhd halları), uşaqlıqdan sağlamlığın zəif olması, fiziki xəstəlik (başın zədələnməsi, insult, vitamin çatışmazlığı və s.). Nahaq yerə deməyiblər: "Sağlam bədəndə sağlam  ruh olar”. Belə amillərin olmaması qadınların hormonal dəyişikliklərin öhdəsindən asanlıqla gəlməsinə səbəb olacaq.
Buna görə də çalışmaq lazımdır ki, stresdən gözəl qadın gözlərindən bir damla da olsa göz yaşı axmasın. Çünki göz yaşları heç də həmişə "yüngül” deyil, bəzən "qızıla bərabər” olur.


Şərhlər: 7
Baxılıb: 471
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
aglaganam sakitlewirem aglayandan sonra
11 may 2016 15:55
# 7
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
evli.mutlu.cocuklu
Adam ağlayanda rahat olur sakitləşir
11 may 2016 12:39
# 6
vipbetul
aqlamaqi goz yasini hec ssevmirem zeiflik kimi gorurem,Allah her zaman uzumuzu guldursun insallah
11 may 2016 12:04
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
sadece_men
Men eseblewende aglamasan sakitlewe bilmirem
11 may 2016 12:02
# 4
qanadli melek
Cox tez aglayanam bir soz olmamiw gozlerim yawarir aglayiram.bezi insanlar aglamaga zeiflik kimi baxir ama insan aglayanda daha mohkem olur ve rahatlanir sakitlewir
11 may 2016 11:28
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Goz yasi insanin ruhunu rahatladir. Goz yasi tokdukce bosalir insan. Men elede aglayan deyilem. Her zaman icime saliram. Bu da menfi tesir gosterir
11 may 2016 08:18
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yarpaq33
Maraqli melumatdir bildiyime gore goz yawininin terkibinde toksinler var agladiqca bu toksinler insan orqanizminden xaric olur ona gorede deyirlerki qadinlar tez tez agladigindan cavan qalir
11 may 2016 07:02
# 1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz