Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Stereotiplərlə vidalaşmağın zamanıdır
Stereotiplərlə vidalaşmağın zamanıdır
Göndərən: Fialka
Şərhlər: 6
Baxılıb: 342
Səs ver:
Bir vaxtlar qızların ayaqqabı ilə çantanı müxtəlif rənglərdə seçməsi ciddi dəb xətası sayılırdı. Xoşbəxtlikdən, bu qayda çoxdan əhəmiyyətini itirib. Amma dəb dünyasında bunun kimi başqa məcburi qaydalar da var.
 
"Bir dəstdə 3-dən artıq rəngdən istifadə etmək olmaz!”
Əgər siz bir neçə parlaq rənglərdən istifadə etməklə obrazın ideal alınmasına şübhə edirsinizsə, onda bu prinsipə riayət etməmək daha yaxşıdır, yaxud bir parlaq rəngi digər sadə çalarlarla uzlaşdıra bilərsiniz. Lakin təcrübədən qorxmayın. Müxtəlif naxışların vəhdəti, rəng bloku və cəsarətli rəngləri  birləşdirməklə obrazı tamamilə dəyişdirmək mümkündür.
 
"Geyim nə qədər bahalı olsa, bir o qədər keyfiyyətlidir”
İndiki halda qiymət heç də əsas şərt deyil! Axı istehsalçıların əksəriyyəti məhsullara heç də real dəyəri  qoymur. Onların çoxu məhsulun məbləğini alıcılara, yaxud da markanın adına görə təyin edir. Halbuki, demokratik markaların mağazalarında da eyni çeşiddə ideal kəşmiri sviter və pulover tapmaq olar. Onu da qeyd edək ki, bəzi lüks brendlər də sintetik parçadan istifadə edir.
 
"Eynəklər seksual deyil”
Əksinə! İndi eynək taxan qadınlar kişilərə daha seksual və cəlbedici təsir bağışlayır.
 
"Gəlinliyə qənaət etmək olmaz!
Əlbəttə, toy xüsusi gündür və hər bir qız həmin günün hər cəhətdən mükəmməl keçməsini arzu edir. Bu səbəbdən, çoxları gəlinlik paltarına  çox pul xərcləmək lazım olduğunu hesab edir. Toy şənliklərinin təşkilatçıları isə bu fikirlə razı deyil. Onlar bildirir ki, gəlinin ümumi obrazı  toy büdcəsinin 10 faizindən  çox olmamalıdır. Peşəkarların təcrübəsinə etibar etmək lazımdır!
 
"Zərif qadın obrazı yaratmaq üçün dar paltarlar tələb olunur”
Dar geyimlərin yaratdığı təsiri danmaq böyük ədalətsizlik olardı. Əgər belin incəliyini ön plana çıxarmaq istəyirsinizsə, bunun üçün 50-cı illərin üslubu ən yaxşı seçimdir. Amma yalnız bu yolla məhdudlaşmaq lazım deyil. Zərif görünməyin onlarla üsulu var. Rəng bloku oyunu, yaxud kəmərlə daha zərif qadın obrazı yaratmaq olar.
 
"Eleqant obraz yaratmaq üçün dikdaban ayaqqabılar əsas şərtdir”
Dikdaban geyinən qadınlar çox gözəl və seksual görünür, lakin bunun eleqantlıqla heç bir əlaqəsi yoxdur. Məsələn, dünyanın ən gözəl dəb ilahəsi - Odri Hepbern öz boyundan utandığı üçün dikdaban ayaqqabıdan çox az istifadə edirdi. Buna baxmayaraq, onun adı hələ də zəriflik təcəssümüdür.
 
"Klassik geyimlərə xərclənən pul ən ağıllı sərmayədir”
Qara qısa don və ya qəhvəyi plaş heç kimə mane olmur, ancaq onları geyinməyəcəksinizsə, pullarınızı boş yerə göyə sovurmayın. Bunun əvəzinə, mütəmadi olaraq geyindiyiniz paltar  və ya  istifadə etdiyiniz aksessuara üstünlük verin.


Şərhlər: 6
Baxılıb: 342
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Ekizlerin mamasi
Düzdü demək olarki hamısıyla razıyam. Elə geyimlər varki onu dikdaban la geyinmesemde çox gözəl alınır. Sərt dikdaban da deyil.əlvan rəngləri sevirəm. Vəziyəti me uyğun olaraq bəzən qarışdırır am bəzəndə tam qara geyinirəm.
25 aprel 2016 12:50
# 6
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Angela7
Bəziləri ilə razılaşmıram.
24 aprel 2016 11:28
# 5
May 2016 tarixindən bəri günlərimdə SƏN adlı dəyişiklik var.
vipbetul
elede debli geyimcin yararli melumat deyil

elede debli geyimcin yararli melumat deyil
23 aprel 2016 20:45
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Kölge
Maraqli melumat idi........
23 aprel 2016 18:58
# 3
Her şeye gore şukur
BARBI
Her zaman deble ayaqlasiram. Reng uygunluguna diqqet yetirirem
23 aprel 2016 18:39
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Aybə
Mən geyimimdə qarışıq rəngləri sevmirəm.
23 aprel 2016 18:22
# 1
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz