Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gəlinlik, yoxsa kəfən?
Gəlinlik, yoxsa kəfən?
Göndərən: Fialka
Şərhlər: 7
Baxılıb: 480
Səs ver:
Erkən ərə verilən qızlar arasında intihar edənlər də var
Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində qızların erkən yaşda zorla ərə verilməsi adət halını alıb. Lakin yeniyetmələrin taleyinə görə kimsə məsuliyyət daşımır. Hətta bu məcburiyyətlər yeniyetmələri ölüm həddinə çatdırsa belə...
Gürcüstan hökumətin bu sahədə qanuna etdiyi ən son dəyişiklik də buna səbəb olan şəxsləri məsuliyyətə cəlb etmir.
"Balam heç xəyallarından, arzularından danışmazdı. Axı 14 yaşda nə arzu, nə xəyal?! Balam xəyallar qurmağa macal tapmamış getdi bu dünyadan. Onu ərə getməyə məcbur etmirdik, sadəcə söhbət gedirdi. Toy çalınmırdı, nişan taxılmamışdı... Mən balamı gəlin görə bilmədim, kəfən geyindi. Belə gözəl bala da ölərdimi?!”
Ülviyyə (ad şərtidir) Gürcüstanın Telavi rayonunun Qaracala kəndinin IX sinif şagirdi, uzun hörüklü bir məktəbli qız idi. Ailəsinin onu erkən, 14 yaşında ərə vermək istəməsi hələ barəsində planlar qurmağa macal tapmadığı gələcəyinə son qoydu. Ailə qurmağa etiraz edən Ülviyyə 2014-cü ilin iyulunda evlərindəki tüfənglə özünü güllələdi...
Gürcüstanda erkən evlilik hallarına əsasən etnik və dini azlıqların yaşadığı regionlarda daha çox təsadüf olunur. Etnik azərbaycanlılar yaşayan bölgələrdə isə qızların erkən yaşda ərə verilməsi adı hal sayılır. Onların bəziləri öz razılığı ilə, bəziləri isə adət-ənənəyə və ya valideynlərinin qərarına boyun əyib erkən yaşda gəlin olurlar. Amma bu adət heç də hər zaman ailələrə sevinc gətirmir. Məsələn, Qaracala kəndindən olan daha bir IX sinif şagirdi 2012-ci ildə ailəsinin evlilik tələbinə qarşı çıxmaq üçün özünü öldürmək yolunu seçib.
BMT-nin Əhali Fondunun hesabatına əsasən, son illər Gürcüstanda qadınların 17 faizdən çoxu 18-dən aşağı yaşda ailə qurub. Bununla da Gürcüstan erkən nikahların sayına görə Şərqi Avropa ölkələri arasında ikinci yerdədir. Rəsmi statistikaya əsasən, 2014-cü ildə tək 16-19 yaşlı 4 min qız ailə qurub. Həmçinin ötən il 1527, yəni hər günə orta hesabla 4 yeniyetmə qız ana olub.
Gürcüstanın Azərbaycanlı Qadınlar İttifaqının sədri Leyla Süleymanovanın sözlərinə görə, azərbaycanlılar yaşayan bölgələrdə ailə quran qızların 70 faizini erkən yaşda ərə gedənlər təşkil edir. Onun sözlərinə görə, təşkilat olaraq məktəblərdə və ailələrdə erkən evliliyin qızların həm psixoloji, həm də sağlamlıq durumuna hansı zərbələr vurması haqda söhbətlər aparırlar:
"Amma təəssüflər olsun ki, erkən nikah və ailədaxili zorakılıq faktları azərbaycanlılar yaşayan bölgələrdə hələ də çox yüksəkdir. Cəmiyyətdə belə bir rəy formalaşıb ki, sanki 18 yaşını keçən qız evlənmək üçün gecikib. Bu səbəbdən də ailələri onları erkən yaşda ərə verəndə əksər vaxtı bununla razılaşırlar”.
Ailəsi ilə razılaşmayanların isə bəzən aqibəti Ülviyyənin hekayəsində olduğu kimi faciəli sonlanır. Ülviyyənin nənəsi Sünbül xanım danışır ki, özü də 14 yaşından ərə gedib. Deyir, belə gənc yaşda ailə qurmağa könlü olmasa da, elin adətinə qarşı çıxa bilməyib:
"Mənim heç nədən xəbərim olmadı, bir də dedilər ki, bəs "həri”ni vermişik, payızda toyundu. Bizim həddimiz nə idi ki, ərə getmək istəmədiyimizi dilə gətirək? Odur ki, heç etiraz etmək barədə düşünmürdük. Hər ailədə belə idi, qız 13-14 yaşı oldu, ərə verilməli idi. Yoldaşım evin böyüyü idi, 14 nəfərlik külfəti olan ailəyə baxmışam. Uşaq canımı xəstə salmışam. İndi düşünürəm tez getmək bir şey deyil. Amma adətimiz belədi. Mən o nəvəmi öz tanıdığıma, bildiyimə verməsəydim, başqası qaçırdacaqdı. Olan bizə oldu, daha günahkar axtarmağın nə yeri?!”
Söhbətə qarışan Ülviyyənin anası deyir ki, böyük qızını hətta daha tez, 13 yaşında ərə verib:
"Artıq qızımın iki uşağı var. Ailəsiylə də çox xoşbəxtdi. Mən nə bilərdim ki, Ülviyyə belə edəcək? Mən onun xoşbəxt olmasını istəyirdim”.
Gürcüstan Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2011-2013-cü illər ərzində 15 yaşadək olan 7 min 367 qız təhsildən ayrılıb. Qaracala kənd orta məktəbinin direktoru Elza Aşurova isə deyir ki, kənddə ailələrin qızlarını təhsildən ayırıb ərə verilmələrinin səbəblərindən biri də qaçırılma hallarının olmasıdı:
"Qız böyüyüb doqquzuncu sinifə çatar-çatmaz artıq məktəbdə davamiyyəti zəifləyir. Çünki ailələr qızlarının qaçırılacağından ehtiyat edirlər. Bu səbəbdən də qızların erkən yaşda ərə verilməsində həm də oğluna gənc qız alan və ya qaçıran ailələr məsuliyyət daşıyırlar. Son illər bu sahədə ciddi tədbirlər görülməyə başladığından qızqaçırma halları bir qədər azalıb. Biz Dövlət Sosial Agentliyi ilə çalışırıq. Davamiyyət zəifləyən kimi agentliyin işçiləri ailələrə gedib, onlarla söhbətlər aparır. Amma təəssüf ki, tək bu söhbətlər kifayət deyil”. 

Dövlət Sosial Agentliyindən də bildirirlər ki, onların səlahiyyətləri yalnız ailələrlə danışıqlar aparmağa imkan verir. Qurumda hesab edirlər ki, daha ciddi nəticələr əldə etmək üçün qızını erkən yaşda ərə verən və eləcə də qız qaçıran ailələrə qarşı sərt cəzalar tətbiq olmalıdır.
Ötən il Gürcüstanın Cinayət Məcəlləsinin 1501-ci maddəsinə edilən dəyişikliyə əsasən qeydə alınmamış nikahlar da daxil olmaqla azyaşlı ilə məcburi evliliyə görə 4 ildən artıq həbs cəzası müəyyən olunub. Qaraçala kəndindəki hər iki qızın hadisəsi ilə bağlı Telavi rayon Prokurorluğundan isə bildirdilər ki, cinayət işi açılsa da, məsuliyyətə cəlb edilən olmayıb:
"Hər iki hadisə üzrə özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb. Lakin hər hansısa toy hazırlığı olmadığından valideynlərin təqibi öz isbatını tapmayıb”.
Gürcüstanda Mülki Məcəlləyə əsasən, minimum nikah yaşı 18-dir. Bununla belə, qanunvericilik bəzi istisna hallarını də nəzərdə tutur. 2015-ci ilin dekabrınadək 16-18 arası yaşda qızlar valideynlərinin razılığı ilə rəsmi ailə qura bilərdilər. Parlamentin Ombudsmanın təklifi ilə məcəlləyə etdiyi dəyişiklikdən sonra 17-18 yaşarası qızların nikahı yalnız məhkəmənin qərarı ilə reallaşa bilər. Bu isə nikah qeydiyyatı üçün hamiləlik və ya körpənin dünyaya gəlməsi kimi zəruri hallar yaranarsa mümkündür.
Gürcüstan baş nazirinin insan haqları və gender bərabərliyi məsələləri üzrə müşaviri Sofia Japaridze bildirir ki, 2015-ci ilin sentyabrından erkən evlilik məsələsi ilə bağlı hədəf qrupu yaradılıb və bura 20-dən çox dövlət qurumu, beynəlxalq və yerli təşkilatlar daxildir:
"Hədəf qrupunun vəzifələrindən biri də erkən evliliyin qarşısının alınması tədbirləri də daxil olmaqla, düzgün ünvanlanmış dövlət strategiyası və fəaliyyət planının xəritəsinin çəkilməsidir. Qrup həmçinin bu məqsədlə reallaşdırılmalı olan zəruri müdaxilə və tədbirləri müəyyən etməlidir. Eyni zamanda qrup erkən evlilik praktikasi və bu fenomenin nəticələrinin araşdırılması zərurətini gündəmə gətirir”.
Gürcüstan Vətəndaş İnteqrasiyası Fondunun sədri Zaur Xəlilov hesab edir ki, erkən evliliklə bağlı sərt tədbirlər görülməyincə, əhali ilə profilaktik söhbətlərin ciddi nəticəsi olmayacaq:
"Bu sahədə sərt qanunlar mütləqdir. Məsələn, Qaracaladakı hadisədə hər iki qızın valideynləri məsuliyyətə cəlb edilmədi. Onlara maddi və ya şərti cəza da verilmədi. Onlar məsuliyyətə cəlb edilsə idi, bütün kənd bundan dərsini alardı. Axı bu, şagirdlərin ölüm həddinə çatdırılması idi. Bu cür faciələrə rəğmən məktəblilərin ərə verilməsi davam etməkdədir”.
Ülviyyənin anası isə hesab edir ki, övladının ölümündə cəmiyyətin də təqsiri var:
"Məni yox, cəmiyyəti qınayın. Mənim qədər cəmiyyət də günahkardır. Ülviyyəni 4 nəfər istəyirdi. Ailələrdən ikisi xəbər göndərirdi ki, qızı verməsəz, qaçırdacağıq. Belə vəziyyətə düşməsəydik, qızımızı tələsik ərə vermək də istəməzdik. Mən də indi bala həsrətilə yanmazdım, qızım yanımda olardı, soyuq torpaqda yox”.


Şərhlər: 7
Baxılıb: 480
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
baby baku
İstəmirəm getmirəm ALLAH hec kimə belə sey qismət etməsin.14 yaşda necə ərə gedim necə usaq saxlamaq olar 12
27 may 2016 15:40
# 7
ALLAHIM HAQQIMDA XEYİRLİSİ NƏ İSƏ O OLSUN
AMA MÜMKÜNSƏ XEYİRLİM O OLSUN
OOOOOOOO OLSUN
S.Heydarova
14 yaşda nə ər? nə ailə? Dəhşəttttt!
16 may 2016 21:12
# 6
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
Kölge
Cahillikdi vessesammmm
16 may 2016 15:24
# 5
Her şeye gore şukur
vipbetul
qizlarimiza tehil verilmeli ozleri ayaqlari uzerinde dura bilmeli ozlerini huquqlarini tanimali sonra aile qurulmaqa telesmelidir valideyinleri
16 may 2016 12:20
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nergız33
Mende qızlarımızın o yaşda ere verilmesine yaxşı baxmıram . Baxmayaraq ki mende erken hec vaxt bunu özüme ve valideynlerime bağışlaya bilmirem
16 may 2016 11:57
# 3
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
Ekizlerin mamasi
cox yanlis fikirdi.ana deyirki 13 yasindaki qizim 2usaq anasidi ve cox xosbextdi.hec vaxt xosbext ola bilmez cunki yasidlari hele parta arxasinda lovhe qarsisindadi.nece ola bilerki o xosbext ola.axi hele ozu usaqdi.o necev2korpeye baxa bilir.ana mesuliyeti boynunnan atir.tek ana yox o dirnaqarasi adeti icra edenlerin hamisi gunahkardi.cahil insanlarin sayin coxaldib.usaqlarin arzularin xeyallarin tehsilli olmaqlarin ellerinnen alillar.bu sadece dehsetdi
16 may 2016 08:14
# 2
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
BARBI
Cemiyyetimizin yarali yeridir. Teesufki qizlarimiz parta arxasinnan qalxar qalxmaz nigah masasina otuzdururlar. En boyuk problem ele budur. Erken yasda nigahin bir sira fesadlari var. gelin buna yox deyek
16 may 2016 05:46
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz