Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
21-ci əsrin gizli diri ölüləri...
21-ci əsrin gizli diri ölüləri...
Göndərən: Fialka
Şərhlər: 15
Baxılıb: 712
Səs ver:
Bu bir müəllimənin  harayıdır..Neçə müəllimələri....Həkimləri diri-diri yaşayarkən ölmüş müəllimənin..!!! 
" Anası savadsız olan xalq  kordur ..! "... H. Z. Tağıyev millətimizin atası demişdir.
Əslində çox gizli problemdir, amma ən böyük problemlərimizdən biri qızların oxumaması məni bir müəllimə kimi narahat edir. Yaşadığım yerdə və qonşu kəndlərdə böyük bir bəladır. 13 ildir müəlliməyəm. Hər sinfimdə neçə müəllimlərim, həkimlərim, gələcəkdə cəmiyyətimizə böyük xeyirlər verə biləcək qız uşaqlarını  2-ci sinifdən və ya ibtidai təhsili bitdi ataları dərsə qoymurlar. Deyirlər hərfləri bildi,  saymağı bildi yetər!
Evdə bu qızlar nə edirlər?.. 
Hə onu deyim. Televizyada bütün kanallarda bir verliş serial buraxmırlar. Evlilik verlişləri və s. bu qızlar nəyə istəsəniz baxır. Bunlara müəllimə yox telivizordakılar  tərbiyə, savad verir. Onlardan "dərs" alırlar. "Amma əsas məktəbə getməyib" təmiz qız adı ilə 14 və ya 15 yaşda ərə verilirlər. Və gələcəkdə yıxılan ailələr, ölü həyatlar... 
Başıma gələn hadisələrdən 2-sini deyim.
Uşaq sinfimin  əlaçısıdır. Neçə gündür dərsdə yoxdur. Xəbər tutdum ki, ata Haca gedib. Maraqlanıram uşaq niyə gəlmir? Hacı ata deyir:"-Müəllimə, bilirsən, bizdə nəsildə qız oxumur. Yaxşı baxmırlar, əsas da Haca gedib gəlmişəm olmaz yaxsı deyil. Mən qoymaram ki, desinlər, Hacının qızı məktəbə gedir. "
Bəli, bu 17-ci 18-ci əsr deyil, 21-ci əsrdə başıma gələn hadisələrdən biridir. Öz dillərində danışmağa çalışıram.  O oxuduğun Quranı açanda nə deyir? -Oxumaq, Oxumaq! Qıldığın namaz da qunut yeri Oxumağa işarədir. Nəsə çox izah edirsən. Cahili başa salmaq müşkül məsələdir! 17-ci əsrdən dəyişməyən beyinlə çox çətindir. Bizim kənddə  və ya qonşu kəndlərdə toya gedirsən balaca yaşlı qızlar təzə nişanlandığı 12-13 yaşlı qızlarını çoxu da gəlinlərini oynadır, hələ bir fəxrlə də əl çalırlar! Mübarizə aparmaq lazımdır. Əlbəttə ki, zamanla. Birdən birə mümkün deyil. Əslində öz müəllimlərimizdə də günahı görürəm. Bir iki dəfə maraqlanır, gördü qoymadılar, vəssalam. Mübarizəni dayandırırlar. O qızlar da məhv olurlar. Güc birlikdədir, unutmayaq bunu!  

Savadsız ana axı necə ailədə övlad idarə edə bilər? Deyəcəksiz nənələrimiz-analarımız oxumayıb biz yaşamırıq? Unutmayın, bu 21-ci əsrdir!  Savadsız ana yalnız və yalnız gələcəyə bəladır.
Axı nəyi pisdir? Oxumuş qızın ailəsinə, yoldaşına kömək etməsi niyə pisdir ki? Həm də indiki zamanda maddiyyatın bu qədər önəm daşıdığı zamanda?! Yoldaşa köməyin nəyi pisdir? Ona dayaq olmaq niyə pisdir?!  Axı hansı qanunda var ki, kişi tək işləyib ailəni saxlamalıdır?! O heyvanlar qədər də deyilikmi? Onlardan dərs alaq: Hər ikisi yuvanı ququr, əsas da dişi heyvan. Ailə hər iki insan tərəfindən qurulduğu kimi idarəsi və maddiyyatı da hər iki insan tərəfindən idarə olunmalıdır!
Bu bizim qəsəbədə və qonşu kəndlərdə yaşanan gizli hallardan biri idi! 
Bir Nardaranlı ilə söhbətimi yada salım. 1 qız var, deyirəm oxudun. Xahiş edirəm, belə etməyin! Cavabı:"Müəllimə oxutduraram, amma gedib başqasına xeyir verəcək ya da getdiyi yerdə qoymayacaqlar işləsin. Məndə əziyyətlə oxudum, yazıq deyiləm? Məni düşünün.."
Bu beyinləri düzəltməliyik! Biz özümüz özümüzü gizli məhv edəcəyik!
Bu işlə məşğul olun, mənim əziz xanımlarım. Bu işlə guya dövlət tərəfindən məşğul olanlar. Gəlib özlərini göstərib geyimlərini göstərib iki kəlmə danışıb guya "biz varıq" deyənlər,  komək edin. Bu işlə məşğul birgə olaq! İnsafa gəlin.
Hacı  Zeynalabdin Tağıyev demiş:
"Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsız. Bir qıza təhsil verməklə təhsilli bir ailə."
Bu bir müəllimənin harayıdır... Neçə müəllimələri ..həkimləri diri-diri yaşayarkən ölmüş müəllimənin!!! Oxudunuzsa, ciddiyə alın. Vicdanlı olun! Unutmayın ki, şərqdə ilk dünyəvi qızlar məktəbi olub  Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə açılmışdır!


Şərhlər: 15
Baxılıb: 712
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Almeria
Bu cox boyuk bir problemdi sizinle tamamile raziyam. Biz tereflerdede beledi amma ged-gede duzelir. Eslinde duzelme seklindede problem var. Behes-behese oxuyurlar inanin. Birde qizlara bir meslehetim var. Belkede dusuneceksiniz ki, duz danismir amma demeliyem men 15-16 yasimda bele ne sehifelerde nede facebook ve ya instagram kimi sosial sebekelerden istifade etmirdim. Inanin hersey oz vaxtinda gozeldi. Burdada 13,14,15,16 yasli qizlar var calisin daha cox derslerinizle mesgul olun. Cunki ne oyrensez indi oyreneceksiniz. Menimde yasim cox deyil 19 yasim var. Bir baci mesleheti kimi qebul edin xahis. Esas tehsilinizdi men hem oxuyuram hemde sosial sebekelerden istifade edirem inanin qacmir hersey yerinde qalacaq kecib geden bu gunleriniz olacaq.
23 aprel 2016 22:51
# 15
Imam Sadiq (ə) buyurub, 3 sey insanin boyukluyunə dəlalət edir:
1.gözəl əxlaq
2.qəzəbi udmaq
3.naməhrəmə baxmamaq
___Jasmin___
Oxumaq çox gözəl bir şeydi en esasda qadın ücün amma remse xanımında dediyi kim bezi qızlarmız oxuyurlar amma evdə heyat yoldaşları qoymur meselen men bir qız tanıyıram məktəb ve telebelik illerində cox yaxşı oxuyub qızıl diplom alıb amma indi heyat yoldaşı qoymur işləməyə amma o qadın işlemesendə evde oz evladlarini terbiye edir en azından oxumuş qadınla oxumamış qadının ovladı arasında dağ qeder ferq olur
23 aprel 2016 16:06
# 14
I remained behind now the mother of 14 spring -Big

vipbetul
caski bu gunumuzde Taqiyev kimi insanlar oleydi
23 aprel 2016 15:08
# 13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Leylas
Cox gozel yazmisiz.. Her bir nogtesine kimi dogrudu... Mende senetce mellimeyem.. Sadece indi mesgul olacagim iki korpem var ona gore isleye bilmerem.. Yazdiginiz her bir cumle ile raziyam.. Tesekkurler...
23 aprel 2016 10:48
# 12
heyatim_menim
oxumaq cox gozeldir cunki menim tehsilim yoxdur mekteb tehsilim var sadece bezi problemlerden dolayi ali tehsil almadim heyif amma bunun ucun ilk novbede ALLAHima daha sonra ozume guvenirem hec olmuya ikinci bir tehsilim olsun bu yasadigimiz heyatda oxumaq cox vacibdir.cunki insan ozunu derk edir ozune guveni daha da artir gelecekde aile quranda basina qapaz vumasinlar ki sen oxumamisan cunki bezen heyatin bize ne ved vereceyinden xebersizsik.bir onu deyim ki elinizde ne qeder imkan var oxuyun sonra gec olur bezen.geleceye savadli usaq yetisdirmek ilk novbede aileden baslayir.maraqli movzu oldu tesekkurler
23 aprel 2016 10:32
# 11
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
Tomris Müslümova
Oxumayan qızlar bilsə ki gələcəkdə o oxumamağın,bir peşəyə sahib olmamağın peşmançılığını necə çəkəcəklər kitabı diri-diri yeyərlər! Hamı anadan alim doğulmur.Ya hamınında qavrama qabiliyyəti bir deyil.Elə uşaq varki,bir dəfə deyən kimi götürür,amma elə uşaq varki otur saatlarla başa sal girmir beyninə.Amma bir peşəyə yiyələnməyə nə sözləri? Bu gün cəmiyyətdə qadınların hüquqları pozulursa hamısı savadsılığın,hüquqlarını bilməməyindən irəli gəlir.Görüm ali təhsilli bir qadının haqqını tapdamaq olar? Ordaca adamı parçalıyar.Çünki görüb götürüb,həyatı qavrıyıb.O seriallardan əl çəkmiyən,evlənmə verlişlərinə an ba an baxan,bir bölümünü qaçırmayan qızlardan nə gözləmək olar? Danışmağa nə söz tapa bilərlər,nə bir nitq qabiliyyətləri var,nədə başları bir şeydən çıxır.Bu mövzuda qızları günahlandırmaq düzgün deyil.Ən birinci valideyni,sonra siə uşağı günahlandırmaq lazımdır.O uşaq tv yə saatlarla baxıb dərsi yaddan çıxaranda valideyn saçından tutub sürüyüb aparıb ptuzdurmalıdır dərs sotunda.Oxuyub ali təhsil almaqdan,tələbəlik keçirməkdən gözəl heçnə yoxdur gənlikdə.Ən yadda qalan günlərdir.Təşəkkürlər mövzu üçün.
23 aprel 2016 10:06
# 10
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Jafarzadeh96
Xəstə beyinlər yuyulmalıdır bəsdi daha
23 aprel 2016 10:03
# 9
tenha cicek
me hemise qizlarin oxumagi terafdariyam.deyillerki anasi savadsiz olan olke kordur.bunu mellimlerimiz hemise bize deyir ki oglanlarin oxumagindan cox qizin oxumagi vacibdi.
23 aprel 2016 09:46
# 8
Bir heyatim var adi ''MEN'' menasi ''SEN''
Balacam
Cox gozel movzudu bizim sinifde 11qizdan tekce men oxudum hamisi 8-9cu sinifden getdiler ere qizlardan biri oxumag isteyirdi anasi qoymadi dedim niye qoymursuz dedi aaaa niye o qeder eziyyet cek pul tok hazirlawsin sabah ya eri qoymadi yada xeyri er evine versin onnansa cehiz alaramda ele.bizim ata rerefde mama oxuyub gelinlerden tekce butin emi uwaglari qohumlara dersi mama bawa salirdi indide biz.cooox xowbextemki oxumiwam.min wukur ayaglarimin ustunde dura bilirem.
Qizlar həqiqətən oxumag gozeldi.insanin heyata baxiwida deyiwir.mamam hemiwe diyerdi telebelik heyatin yawamiyan o gozel hissi hec vaxt bile bilməz . həqiqətən cooox gözəl hislerdi.Allah arzusunda olan herkese qismet elesin Amin
23 aprel 2016 01:26
# 7
Omur boyu məhəbbəti axtaranda var,onu tapanda həyatını itirəndə....
Ekizlerin mamasi
Çox yaxşı mövzudu. Qızı oğlanli 1ci növbədə oxumalıdır .oxudun sa işləməy lazımdı. Diplomu küncdə tozlanmagcun o qədər əziyət cekmediyini işləməyə narazı olanlar icazə verməyənlər bilmelidir. Yoldaşımı elçi gələndə hələ tələbə idim.atamda sərt qoydu işləməyim görə onlarda razılaşdılar.indi müvəqqəti olaraq uşaqlara görə işləmirəm. Ama planlamisiq işə düzəlməyimi.birdə antikvar xanım düz vurgulayibki o qədər əziyət çəkirsən ama əzyerinə qiymət verən tapılmır. Hara gedirsən deyillər bu qədər pul ver isə düzəldəy.axı tutaq ki mellim neçə illər işləməlidir ki ən azı 6mini yığa bilsin.axı bu haqsızlıqdır. Mellim nə maaş alır ki bəyəm. Dorada deyillər ki məllim lər evdə niyə bu qədər uşaq hazırlaşdırir. Görəsən elə danışanlar fikirlesitlermiki mellim insandı havayla yox qidaya dolanır onunda xərcləri var.burda çox yerdə savadlı ya şərait yaratmirlar qabağa gedə. Ancaq pul yada tanış lazımdı əksər iş yerlerine isə duzelmekcun
23 aprel 2016 00:48
# 6
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Vuska87
Tehsilini hem qadin hemde kiwi ucun vacibdir.ali tehsilliyem Amma iwlemirem.heleki iwlemek fikrimde yoxdu.amma wert o deyilki iwleyesen.oxumaq tek iwelmekcun deyil.oxumaq cahillikden cixmaqdi,ozunu tanimaq huquqlarini bilmekdi.ozunu ezdirmemekdi.ovladlarini gozel boyutmekdi.her Bir qiz oxumalidi.en azinnan oxuyan qizin bawqa avaraciliqlara baw qowmaga vaxti olmur
23 aprel 2016 00:19
# 5
ulduz
Bu yazi mene yazilib. Demek sestraluq bitirdim. Atam direndiki gel xesdexanaya ise duzeldim dedim yox mekteb indi bitib beynim yorulub neyse razi olmadim. Mamamda gordu islemek fikrim yoxdu yalandan bitirdim mektebi sagolsun etmedi oda tenbellik meni verdi ere. Indi cox peşman oldum ki keske atama qulaq assaydim hetda o duzeltmese bele men direnseydim
22 aprel 2016 23:43
# 4
rəmsə
Maraqlı mövzudu.Bir-iki tanışım var deyir yoldaşım işləməyə qoymur ona görə də diplomumu atdım getdi.Bu həqiqətən acınacaqlı vəziyyətdi.Burdan oxuyub diplom almış qızlara səslənərdim.Evlənməmişdən qabaq şərti bəri başdan kəsin əgər sizi işləməyə qoyacaq biridirsə evlənin.
22 aprel 2016 23:28
# 3
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
BARBI
Gozel movzuya toxunmusuz. Qadinin tehsil almamasi esl cahillikdir. Bu fikirden dasinmaq lazimdir. Qadin her zaman oxumaq huququna malikdir. Tehsil cox onemli unsurdur. Savadli qadin savadli nesil yetisdirer
22 aprel 2016 23:21
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Antikvar
Çox bəyəndim yazını,doğrudur hər bir nöqtəsinə qədər,oxuyanlarada cəmiyyətdə imkan yaratmırlar işləməyə ,çox uzağa getməyim qardaşımın həyat yoldaşı ingilis dili müəlliməsidir neçə il oxuyub əziyyət çəkib ,kirayə qalma pulu var yemək, geyim ,bunların pulu var valdeynlər övladlarını oxutdurmağa görə əziyyət çəkir amma sonunda diplom qaralıb tozlanır səbəb?Səbəb odur ki,məktəbə sənədlərini götürüb aparırsan qarşılığında cavab 2 min mamat pul ver götürək müəllimə kimi,sizcədə bu haqqsızlıq deyilmi?Bu insan o qədər əziyyəti yenədə pul ödəməkləmi işə qəbul olmalıdır,oxuduğunda işsizlik problemi oxumadıqda isə savadıszlıq problemi ,cəmiyyətimiz bu yöndə 50%inkşaf etsələrdə 50%hələki geridə qalmaqdadır...Oxumaq oxumaq və yenədə oxumaq gələcəyivin savadlı xanımı anası olmaq istəyirsənsə oxumalısan.Təşəkkürlər.
22 aprel 2016 23:18
# 1
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz