Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlar nə istəyir? [interesting]
Qadınlar nə istəyir? [interesting]
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1122
Səs ver:
 

Kişilərin tez-tez özlərinə, ətrafındakı həmcinslərinə, elə qarşı cinsə ünvanladıqları suallardan biri də budur: Qadınlar nə istəyir?

Qadınların isə istəkləri sonsuzdur. Biz aşağıda ancaq 33-ünü qeyd edə bildik, sizin də əlavələrinizi gözləyirik:

 1. Kişilərin onlara vurulmasını istəyir.
 2. Eşqinin ömür boyu yaşamasını istəyir.
 3. Başa düşülməyini istəyir.
 4. … və bunun ömür boyu davam etməsini istəyir.
 5. Gözəl olmaq istəyir.
 6. … və ömür boyu gözəl qalmaq istəyir.
 7. Hətta 80 yaşında da olsa, hamının onu cazibədar hesab etməyini istəyir.
 8. Dünya müharibəsi də başlasa, evlilik ildönümünün unudulmamasını istəyir.
 9. Qulluqçusunun qadın, sürücüsünün kişi olmağını istəyir.
 10. Bağban da kişi olsa, pis olmaz.
 11. Günün 8 saatını yataqda, 8 saatını gözəllik salonunda, 8 saatını alış-verişdə keçirmək istəyir.
 12. Özünə 1 milyon şeir yazılmağını istəyir.
 13. Doğuşdan sonra bədən quruluşunun pozulmamağını istəyir.
 14. İstədiyi cür yeyib-içib, amma kökəlməmək istəyir.
 15. Çiçəyə qulluq etməyi sevməsə də, həmişə kişilərin çiçək hədiyyə etməyini istəyir.
 16. Balaca vaxtı "evcik-evcik” oynayıb, böyüyəndə evlənmək istəyir.
 17. İlk görüşmə ildönümünün də unudulmamasını istəyir.
 18. Saman altından su yox, okean yeritmək istəyir.
 19. Onun uğrunda öləcək bir kişi istəyir.
 20. Göydəki ayın yerə endirilib, boşqabda qarşısına qoyulmağını istəyir.
 21. 90 kilo da olsa, bikini geyinmək istəyir.

 22. Təzəsini almaq üçün ən təzə ayaqqabılarının da tez köhnəlməyini istəyir.
 23. Paltar ütüləyən bir cihazın da ixtira olunmasını istəyir.
 24. Ərinin pul qazanmasını, özünün isə bu pulu rahatca xərcləməsini istəyir.

 25. Ərinin ondan nəsə gizlətməməsini istəyir.
 26. Qayınanasının tez ölməsini istəyir.
 27. Siqaretini kişilərin yandırmasını istəyir.
 28. Günahkarı olduğu avtomobil qəzalarında da haqlı çıxmaq istəyir.
 29. Etməsə də, ərinə "yolunda saçımı süpürgə elədim” demək istəyir.
 30. Zəng vurmaq yox, ona zəng edilməyini istəyir.
 31. "Qadın və kişi bərabərdir” fikrini ciddi-cəhdlə müdafiə etsə də, hesabı kişilərin ödəməsini, avtobusda yer verilməsini istəyir.
 32. "Qadın və kişi bərabərdir” fikrini ciddi-cəhdlə müdafiə etsə də, əsgərliyə ancaq kişilərin getməyini istəyir.
 33. İstənilməyəcək nə varsa, hamısını istəyir.

hazırladı: Rena Nevzat
mənbə: KULİS


Şərhlər:
Baxılıb: 1122
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz