Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevdiyivin gözünün quruluşuna görə onun xasiyətini öyrənmək istəyirsən?
Sevdiyivin gözünün quruluşuna görə onun xasiyətini öyrənmək istəyirsən?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3250
Səs ver:

 

 

 Sevdiyivin gözünün quruluşuna görə onun xasiyətini öyrənmək istəyirsən?


 

Gözlər «qəlbin güzgüsüdür», «beynin bayıra açılmış pəncərəsidir». Gözlərin quruluşu, rəngi, vəziyyəti xüsusi əlamət daşıyıcısıdır. Gözlərə, göz ətrafına baxanda bir-birini daha yaxından tanımaq olar. Beləliklə, bir insana daha yaxından bələd olmaq istəyirsənsə, gözlərin əlamətləri ilə tanış ol:

 

 

  • Geniş açılmış gözlər — sahibinin başqa insanlara böyük marağından xəbər verir, özgələrin düşüncə tərzi, hərəkətlərinə də biganə deyildir. Ümid və intizardan xəbər verən belə gözlər həm də böyük qorxudan bir əlamətdir. Zarafatı sevən, içkiyə aludəli olan bu adamlarda qara ciyər zəifləyir.
  • Orta açıq gözlər — doğruçuluqdan, açıq danışan adamdan xəbər verir. Heç kəsə bədxahlıq istəməyən və bunu gözləməyən adamlar belə baxır, özgələrini səbrlə dinləyə bilirlər. Ətrafda baş verənlərin ağrı-acısını ağır yaşayırlar. Belə gözlər xeyirxahlığa, həyatsevərliyə əlamətdir.
  • Yarıqapalı gözlərin sahibi ətrafda cərəyan edən hadisələrə biganədir, onlardan yorulur, darıxır. Elə bir rəy yarana bilir ki, həyat belə gözlərin önündən ötüb keçir. Onun daxili həyəcan və yaşantılarına cavab verməyən olaylar ünsiyyətsizliyə gətirib çıxarır. Bu həm də daxili qürurdan, mənəmlik duyğularından bir əlamətdir.  

 

  • Bağlı gözlər — Tez-tez gözlərini yumub bir neçə saniyə saxladandan sonra açırsa, belə adamlar kəskin hərəkət edən, son həddədək gedə bilən olur. Adamlardan, dünyadan bəzən tam təcrid olmağı bacarırlar. Belələri düşünür ki, o heç kəsi görmürsə, deməli başqaları da onu sezmir. Yad adamlardan özünü gözləyən adamlar kimi, onlarla söhbətə girişmək istəyənlərə elə sual verə bilər ki, dava-dalaş düşər. Öz dünyasına heç kəsi buraxmayan bu adamlar daxili yaşantılarından həzz almaq üçün tez-tez gözlərini qapayır. Bu əlamət həm də hüzn və kədərdən xəbər verə bilər.
  • Bir göz qıyılırsa — şəxsin ətraf mühitlə olan hissi və ruhi ahəngdarlığından xəbər verir. Gizli razılaşmanın işarəsidir.
  • Hər iki gözün qıyılması — daxili dərin və gərgin ağrılardan, ətraf mühiti qəbul etməməkdən əlamətdir. Özünəqapanma, müxtəlif ovqatlardan başçıxarma məqamı kimi də qəbul edilə bilər.
  • Qara gözlər — xeyirə, söz eşitməyi bacaran, yumşaq təbiətə əlamətdir. Bəzən bu, itaətkarlığa da gətirib çıxara bilər.
alt
 

  • Qumral gözlər — şücaətə, cəsarətə dəlalət edir.
  • Ala gözlər — Ədəb və tərbiyə görmüş adamlarda olur. Onlar hər şeyin yerini bilən, özünü-sözünü bilən, ciddi, səbrli, sədaqətli və həyalı şəxslər kimi tanınırlar.
  • Mavi gözlər — Fərasət və güclü zəkaya, hissizliyə, mərhəmətsizliyə, laqeyidliyə əlamətdir.
alt
 

  • Açıq mavi gözlər — Sənətkarlığa çox meyilli olmağa, xəyalpərəstliyə, cəld reaksiya göstərməyə dəlalət edir.
  • Qıyıq mavi gözlər — mərdimazar, ayaqdançəkən adamlar olur.
  • Yaşıl gözlər — zalımlığa, soyğunçuluğa, yezidliyə işarədir.
  • Parlaq gözlər — zəkadan xəbər verir, ədəb və tərbiyəni göstərir.
  • Kiçik gözlər — xəfif təbiətli, içkiyə meyilli, özünübəyənməyə, fəaliyyətə, yorulmazlığa işarədir.
  • Böyük gözlər — əxlaqlı və zarafatı xoşlamağa, həm də həsəd aparmağa əlamətdir.
  • Yumru gözlər — qəlbin zəifliyinə, beynin tez yorulmasına, qaraürəkli, qısqanc olmağa göstəricidir.
  • Çuxura düşmüş gözlər — təkəbbürə, böyük görünməyə, qürura dəlalət edir. Eyni zamanda inad və dözümlülüyə işarədir.
  • Tez-tez qırpılan gözlər — uğursuzluğa və ümidsizliyə əlamətdir.
  • Süzgün gözlər — ürək və ruh ovlamaqdan həzz alan, aşiqə zülm edənlərdə olur.
  • Tez-tez hərəkət edən gözlər — əliəyriliyə, uğursuzluğa, inada, heyvani hisslərə meyl etməyə işarədir.
  • Gülər gözlər — insanlara xeyir verən xeyirxah adamlarda olur.
  • Açıq baxışlar — inadcıllığa, birbaşalığa, sözlərində və hərəkətlərində ardıcıllığı gözləməyə meyilli adamlarda olur. Onlar insanlara kömək etməyə həmişə hazır olduğunu göstərir. Həmsöhbətini özünə tay tutur, hörmət göstərir, heç nəyi gizlətmədiyini, doğrucul olduğunu nümayiş etdirir. Onlar hər şeyi öz adı ilə deyən mərdanə adamlardır.
  • Qıyqacı baxışlar — öz gücünə güvənməyən, hər hansı vəziyyətdən çıxmağı bacarmayan adamlarda daha çox rast düşür. Bu baxışlarla pis vəziyyətdən qaçmaq, öz zəifliyini başqalarından gizlətmək istəyirlər. Günahını başa düşənlər də bu cür baxırlar.
  • Yuxarı meyilli baxışlar — istehza etməyi xoşlama, bəzən layiqli məğrurluq, təkəbbür, zəhlətökənlik əlamətidir. Ətrafındakılara onları özündən aşağı hesab etdiyini nümayişkaranə göstərirlər.
  • Alınaltı baxışlar — günahlarını bilən, səhvlərini düzəltmək üçün fürsən axtaran adamlarda daha çox olur. O, tayleyinin quludur. Ona görə də, ətrafındakıları xoşagəlməzliklə süzür.
  • Çaşqın baxışlar — ətrafdakılarla ünsiyyət yaratma istəyindən xəbər verir. Bu narahat baxışlarda çox vaxt yaranmış vəziyyətin mahiyyətindən xəbər tutmaq istəyi oxunur. Maraçılıqdan doğan istəklə hətta tanış olmayan adamlarla da ünsiyyət qurmaqdan çəkinmir.
  • Tərs baxışlar — baxışların toqquşmasından çəkinən, şübhə və inamsızlıqla özünə baxan, sirlərini gizləyən, çətin vəziyyətə düşüb onun mahiyyətindən xəbərsiz olan adamlarda rast düşür.
alt
 

  • Siyarətedici baxışlar — ətrafa sınayıcı və tənqidi baxan, məğzi duymaq istəyən, məlumatların kökünə, cövhərinə varmağa meyilli adamlarda olur. Söhbət zamanı inamsızlığı açıq büruzə verirlər.
  • Narahat baxışlar — ruhi və fiziki tarazlığı olmayan, özündən, yaranmış vəziyyətə düşdüyündən çəkinən adamlarda rast gəlinir.
  • Canlanan baxışlar — ünsiyyətcil, görüb-eşitdiyindən məmnuniyyətlə danışmağı xoşlayan, cəld hərəkət etməyə hazır adamlara məxsusdur.
  • Yorğun baxışlar — müsahibinə biganə olmayan, hətta ona diqqət ayırman, hörmət və məhəbbət göstərən, qalibin rəhminə güman bəsləyən adamlarda olur.
  • Ehtiyatlı baxışlar — yaxşı heç nədən xəbər vermir. Belə adamlar elə bir məqam axtarır ki, narazılığını bildirib mübahisə və münaqişə yaratsın.
  • İtələyici baxışlar — neqativ hisslərlə dolu, «itil mənim həyatımdan, səni görmək istəmirəm!» — deyir.
  • Qaçağan baxışlar — gizli maraqçıllıqdan xəbər verir. O, nəyisə görmək istəyir, ancaq razı deyil ki, baxdığını başqası görsün.
  • Həyasız baxışlar — ətrafdakılara məhəl qoymayan, öz istəklərini kobud həyasızlıqla söyləyir.
  • Sönük gözlər — qorxaqlığa, bəbəyin böyük olması — cəsarətə əlamətdir.

 

Gözün üst qapağında sağ tərəfdən səyrimə pislik düşəcəyindən xəbər verir. Gözün üst qapağında sol tərəfdən səyrimə yaxşılığa işarədir. Göz bəbəyi sağının səyriməsi kədərə, solunun səyriməsi isə sevincə dəlalət edir. Gözün alt qapağında sağın səyriməsi kədər və hiddətə, solun səyriməsi isə sevinməyə əlamətdir.


 

Gözlər arasındakı məsafə qısadırsa — aqressiv, tərs, az şeylə maraqlanan hissi və zəkası kəskin adamdan xəbər verir. Bədənin ortasındakı üzvlər: qara ciyər, mədəaltı vəzi, dalaq və böyrəklər heyvan mənşəli qidalarından çox qəbul edilməsindən əziyyət çəkə bilər. Gözlər arasındakı məsafə genişdirsə — qətiyyətsiz, astagəl, yumşaq xasiyyətli adam göz önündə canlanır. Şəkər, mayelər, tropik bitkilər, ətirli, həyəcanlandıran, stimullaşdıran qida və içkilər deyilən əzalara əziyyət verə bilər.

 

Gözətrafı dərinin rəngi hər gün dəyişirsə — bu, zəka və fiziki durumla əlaqədardır. Aydın, təbii rəng — yaxşı durumdan xəbər verir. Tündləşibsə, böyrəklərin büzüşməsinə, böyrəküstü vəzi hormonlarının azalmasına əlamətdir. Çoxlu duzlu quru və qızarmış qida qəbulundan, şirniyyatdan istifadədən xəbər verir. Uzunmüddətli cinsi yaxınlıqdan, böyrək zəifliyindən əlamətdir. Yumurtalıqlar və yumurtalarda maddələr mübadiləsinin ləngiməsi kimi də anlaşılır. Qırmızı rəng — ürək və qan dövranın gərgin çalışmasından xəbər verir. Bu həm də əsəb sistemi ilə bağlı ola bilər. Qırmızı rəngə aybaşının ləngiməsi, bir sözlə, həyəcan və əsəb pozğunluğu əsas səbəbdir.

alt

 



Tünd qırmızı rəngin yaranması — kimyəvi preparatların, narkotik vasitələrin bəzi şəkərli içkilərin qəbulu səbəb ola bilər. Onlar hallutsinasiyadan əziyyət çəkir, əl və ayaq barmaqlarında soyuq hiss olunur.
Sarı rəng — qara ciyər və öd kisəsi gərginliklə işləyəndə yaranır, çoxlu pendir, başqa süd məhsulları, yeraltı yumru tərəvəzi çox qəbul etməkdən əmələ gəlir.
Boz rəng — böyrək, bəzən ağ ciyərin yaxşı işləməsindən, maddələr mübadiləsinin ləngiməsindən törəyir. Endokrin və limfatik sistemin fəsadından xəbər verir. Tənəffüs etdiyimiz havanın təmiz olmaması da buna səbəb ola bilər.

 

Bu gözlər, gülən gözlər,
Həyatı, duyan gözlər.
Necə də şirin gəlir,
Şənlənir, şənləndirir.

Bu gözlər, gülən gözlər,
Gözlərdən fərqli gözlər.
Mələk kimi cəlb edir,
İnsanı gülən gözlər.

Bu gözlər, gülən gözlər,
Yuxunu duyan gözlər.
Röyamda səni gördüm,
Yaşadır duyan gözlər.

 

 
 
 
 
 

 


Şərhlər:
Baxılıb: 3250
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz