Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Obrazın uğurlu alınması ondan asılıdır
Obrazın uğurlu alınması ondan asılıdır
Göndərən: Fialka
Şərhlər: 7
Baxılıb: 366
Səs ver:
Çanta xanımın ən vacib aksessuarıdır. Çünki obrazın uğurlu alınmasının 40 faizi ondan asılıdır. Uyğun obrazların yaradılması üçün əsl modapərəstin qarderobunda ən azı beş çantası olmalıdır.
 
Vedrə çanta
Bu cür çantalar bütün əşyaları özü ilə gəzdirməyi xoşlayanlar üçün ideal seçimdir. İçərisində pul kisəsini qoymaq üçün xüsusi cibi  var.  Uzun qayışı sizə onu çiyində, kiçik sapları isə əldə gəzdirməyə imkan verəcək. Sadə fasonuna görə onu bir neçə üslubla birləşdirmək mümkün olacaq. Yeri gəlmişkən qeyd edək ki, timsah dərisi yazda da aktualdır.
 
Yeni portfel
Ənənəvi poçtalyon çantaları artıq əvvəlki kimi aktual deyil. Onlar öz mövqeyini kiçik qutu kimi çantalara güzəştə getməli olublar. Minimalist tərzdə kiçik çantalar artıq bir çox modapərəstin qarderobuna yol tapıb. Növbədə sizsiniz...
 
Alış-veriş (Şopper) çantası
Bu il şopper çanta modeli də modapərəstlərin ürəyini fəth etməyə iddialıdır. Belə çantaların içinə sizə lazım olan bütün əşyalar sığışır.
 
İşgüzar çanta
Ciddi üslub qızlardan işgüzar tərzdə çanta tələb edir. Klassik böyük və kvadrat çantalar metal elementlər sayəsində həm rəsmi, həm də çox müasir görünür.
 
Çiyindən çarpaz asılan kiçik çantalar
Çiyindən çarpaz şəkildə asılan kiçik çantalar uzun illərdir ki, modapərəstlər arasında böyük uğur qazanıb. Yeni mövsümdə təqdim olunan yeni üçrəngli çantalar istənilən obrazın effektini artırır. Həmin çantalar kiçik olsa da, içinə ən lazımlı əşyalar: telefon, pul qabı, kosmetika rahatlıqla yerləşəcək.


Şərhlər: 7
Baxılıb: 366
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Cantalara cox onem verirem xosuma gelen butun nov cantalari aliram
17 aprel 2016 01:48
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Kölge
İri cantalari ist.de edirem.körpe uşaqlilar meni başa düşer
16 aprel 2016 21:49
# 6
Her şeye gore şukur
Angela7
Çantalarım müxtəlifdir, gedəcəyim yerdən və içərisinə qoyacaq əşyalardan asılı olaraq istifadə edirəm.
16 aprel 2016 20:59
# 5
May 2016 tarixindən bəri günlərimdə SƏN adlı dəyişiklik var.
BARBI
Yerine gore her forma cantadan istifade edireem. Terzim qarisiqdir
16 aprel 2016 19:16
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Barbaris
ne cox boyuk ne de cox balaca cantalari beyenirem orta normal
16 aprel 2016 18:12
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Tomris Müslümova
Heç istifadə etmədiyim və sevmədiyim çiyindən çarpaz asılan çantalardır.Mən daha çox işguzar çanta və vedrə çantaları sevirəm.
16 aprel 2016 18:09
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Aybə
6ildir balaca çanta götürmürəm çünki uşaqlarımın paltarların yığmağa mənə iri çanta sərf edir.
16 aprel 2016 18:08
# 1
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz