Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevgilinizlə telefonda danışmaq sirləri və onu dahada özüvüzə bağlamağın qaydalar)))
Sevgilinizlə telefonda danışmaq sirləri və onu dahada özüvüzə bağlamağın qaydalar)))
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 8414
Səs ver:

 
 
alt
 

 
Kişilərlə qadınların telefon və kompüter kimi ünsiyyət vasitələrinə dünyagörüşləri çox fərqlidir. Qadınlar daha çox duyğu və düşüncələrini paylaşırlar. Mövzunu araşdırarkən çox əyləndim. Nəticələrin sizə də maraqlı olacağından əminəm!

Boş danışmayın.

Kişilərin çoxu, telefonda uzun-uzun danışmağı xoşlamaz. Hələ siz "Bu gün nə etdin?" sualını gündəlik proqramınızı dəqiqə dəqiqə izah edərək cavablayırsınızsa, diqqəti bir müddət sonra dağılacaq.
Buna görə təbii ki telefonda söhbət edin amma mövzunu çox çox uzatmayın. Sizin üçün əhəmiyyətli məsələləri isə görüşə saxlayın. Təbii olun və ən yaxın yoldaşınızla söhbət edirmiş kimi danışın, amma "Saçımın uclarını kəsdirməliyəm" kimi "qız" mövzularını rəfiqələrinizə saxlayın.
Əgər o, sizi axtarırsa buraxın danışsın amma əgər axtaran sizsinizsə danışmağı mümkünsə qısa edin.

Birinci siz zəng etməyin.
Ən əhəmiyyətli qaydalardan biri budur; heç bir zaman ilk axtaran siz olmayın.
İlk görüşdən sonra mütləq onun axtarışını gözləməlisiniz, bu, bəlkə şablondu, amma inanın doğru olduğu üçün şablona çevrilib. Görüşdükdən sonra sizi o gecə və ya sabahısı gün axtarmalı ya da mesaj göndərməlidir. Əgər axtarmazsa, gözləməlisiniz.
Aradan bir həftə keçdiyi halda axtarmırsa, deməli sizdən xoşlanmır. Təbii xəstəlik, ailədən birinin ölümü və ya işdən çıxmaq kimi çox ciddi bir bəhanəsi yoxdursa. Uzun bir müddətdir birlikdəsinizsə, yenə də onu, sizi axtardığından daha çox axtarmamalısınız.
Bu, cansıxıcı ola bilər hətta sizdən uzaqlaşmasına belə səbəb ola bilər. Çünki kişilər müstəqil və güclü qadınları xoşlayırlar. Çox axtaran qadınları yapışqan hesab edirlər.

Zəng etdiyi zaman necə danışmalı?
Qaydalar yalnız bunlarla da məhdud deyil təbii ki. Sizi axtardığı zaman sevindiyinizi çox bildirməyin və ən əhəmiyyətlisi telefonu ilk çalanda açmayın. Beləcə, telefon başında həyəcanla onun zəngini gözləyirmişsiniz kimi görünməzsiniz.
Həmişə telefonu açmayın. Bir müddət sonra cavab verin. Beləcə sizi daha çox axtarar.


Cavabsız iki zənginiz var...
Əgər telefonunuza cavab vermədisə dərhal çaxnaşmaya qapılmayın, həqiqətən məşğul ola bilər və telefonuna cavab verə bilməyəcəyi bir yerdə də ola bilər. Bu vəziyyətdə mesaj göndərin.
Əgər məqbul bir zamandan sonra və mesajınıza baxmayaraq hələ sizi axtarmadısa, sizinlə maraqlanmır, onu bir daha axtararaq vaxtınızı xərcləməyə ehtiyac yoxdur. Çox təcili və əhəmiyyətli bir şey olmadıqca bir neçə dəfə üst-üstə axtarmaqdan da qaçın.

Səssizliyi pozun.
Necə olduğunu bilərsiniz, danışarkən birdən ikiniz də susayarsınız və bu bir anlıq susqunluq saatlarla kimi gəlir birdən.
Mütəxəssislər sual verməyinizi təklif edir. Onunla əlaqədar suallar, amma bunlar "Harada idin?" kimi istintaq şəklində deyil, sevdiyi və ya sevmədiyi şeylər kimi ümumi mövzular haqqında olsun. Beləcə yeni bir mövzu açılar və sizdə səssizliyi pozmuş olarsınız.

Zarafat edin.
Əgər çox görüşə bilmirsinizsə, telefonda danışmaq bacarıqlarınızı inkişaf etdirməlisiniz. Danışıqların monotonlaşmasının qarşısını almaq üçün isə, mütəxəssislər danışığın tıxandığı vaxt zarafat təklif edirlər.

Təhlükəli Danışıqlar.
Telefonda şişirdilmiş dərəcədə intim haqqında danışmaq o qədər də yaxşı bir fikir deyil. Əgər telefonda danışıqlarınız ümumiyyətlə bu tip mövzulara sürüşürsə, ipləri ələ alın.
Bu tip danışmaları sizdən kişi yoldaşınız istəyə bilər, amma bunlar aranızdakı həyəcanının yox olmasına səbəb ola bilər. Üstəlik ətrafdan bu tip danışmalarınızı eşidənlər də haqqınızda səhv şeylər düşünə bilərlər. Bu danışıqlar sandığınızın əksinə sizi yaxınlaşdırmaq yerinə uzaqlaşdıra bilər.

Münasibət yenidirsə
Əgər onunla yeni tanış olmusunuzsa, yəni özü telefon nömrənizi yeni götürdüsə, qayda yenə onun axtarışını gözləməkdir. Normalı (və nəzakətli olanı) sizi 24 saat içində axtarışıdır, o zaman siz də ona 24 saat içində zəng edə bilərsiniz.
Əgər telefon nömrənizi götürdükdən sonra sizi axtarmaq üçün dörd-beş gün gözlədisə, siz də eynisini etməlisiniz. Ya da sizə yalnız telefon mesajı atırsa, siz də ona eyni şəkildə mesajla cavab verməlisiniz. Nəticə olaraq o adam sizə həyatında prioritet vermədisə, sizin də ona prioritet verməyinizə ehtiyac yoxdur. 

Məşğuldursa?
Onu əhəmiyyətli bir şey söyləmək üçün axtardınız və məşğul olduğunu söyləyib telefonu bağladı. Həqiqətən çox əhəmiyyətli bir mövzuyla məşğul deyilsə, sizi nə qədər vaxt sonra axtardığına baxın.

Tez axtarmırsa.
Əgər işi bitən kimi axtarmırsa, deməli sizə zənn etdiyiniz qədər dəyər vermir. Nəticədə nə qədər məşğul olsa da, qısa bir mesaj göndərə bilərdi və ya çox qısa çəksə də sizə dərhal zəng vura bilərdi. Həqiqətən məşğul olduğuna inansanız, tövsiyəmiz mövzunu problem etməyin


Şərhlər:
Baxılıb: 8414
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz